Modern.az

“Bank Respublika”ya yeni rəhbər gətirildi

“Bank Respublika”ya yeni rəhbər gətirildi

28 Mart 2019, 12:09

“Bank Respublika” ASC-nin Müşahidə Şurasının növbəti yığıncağı keçirilib.

Modern.az xəbər verir ki, yığıncağda bankın İdarə Heyətinin yeni sədri vəzifəsinə Tariyel İsmayılovun təyin edilməsi barədə qərar qəbul edilib. Tariyel İsmayılov aprel ayının 2-dən etibarən səlahiyyətlərinin icrasına başlayacaq.

Tariyel İsmayılov əvvəllər “AccessBank” QSC-də İdarə Heyətinin sədrinin müavini vəzifəsində çalışıb. O, “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə ali təhsil alıb. Ailəlidir, 2 övladı var.

Məlumata görə, “Bank Respublika”nın İdarə Heyətinin əvvəlki sədri Asəf Namazov, tutduğu vəzifədən öz xahişi əsasında azad edilib və peşəkar fəaliyyətinə digər biznes qurumunda davam edəcək.

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu