Arxiv
28 mart 2019, 14:13 | PARLAMENT
“Prezident Paşinyanı yerində oturdacaq” - Deputatların Əliyev-Paşinyan görüşündən GÖZLƏNTİLƏRİ

Sabah Azərbaycan  Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada Qarabağ münaqişəsi ilə bağlı görüş keçiriləcək. Görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında gerçəkləşir.

Modern.az saytı Vyana görüşündən mümkün gözləntilər barədə deputatların fikirlərini öyrənməyə çalışıb.

Deputat Rasim Musabəyov deyib ki, Vyana görüşündən hər hansı razılaşmanın elan olunmasını heç kim gözləməməlidir.

“Bundan öncə cənab Prezident Paşinyanla Davosda görüşmüşdü. Davos görüşü  qeyri-formal idi.  Ancaq Vyana görüşü rəsmi görüşdür. Görüşün müəyyən gündəliyi var. Bu görüş ümumi söhbətlərdən konkret razılaşmaya yol açsa, o zaman  öz-özlüyündə müsbətdir. Bu görüşdən heç kəs hansısa razılaşmanın elan olunmasını gözləməməlidir. Yaxud da hansısa sənədin imzalanması qeyri-mümkündür. Ancaq gündəlik dəqiqləşsə və bu görüş sonrakı zaman üçün yol açsa, bu o deməkdir ki, hansısa nəticə gözləmək olar”.

Məlahət İbrahimqızı düşünür ki, bu cür görüşlərin keçirilməsi çox önəmlidir:

“20 ildən artıqdır ki, Minsk qrupunun həmsədrləri Qarabağ  məsələsinin həll edilməsi  ilə bağlı səlahiyyətə sahibdirlər. Danışıqlar prosesinin uzanmasında təkcə Ermənistan tərəfinin destruktiv mövqeyi rol oynamayıb. ATƏT-in Minsk qrupunun həmsədrləri də bu günə kimi loyal, çox passiv nəticə nümayiş etdiriblər. Həmsədr ölkələrin hər üçü erməni lobbiçiliyinin güclü olduğu ölkələrdir. Onlar birmənalı olaraq qəbul etməlidirlər ki, Azərbaycan və Ermənistan tərəfini eyniləşdirmək olmaz. Biri işğalçı, digəri isə işğala məruz qalan dövlətdir. Ona görə də Qarabağ məsələsində onlardan çox şey gözləyirik. Bu məsələdə çox ciddi olmalıdırlar. Təəssüf ki, ötən dövr ərzində heç bir nəticə olmayıb. Münaqişənin həllinə yaxınlaşanda Ermənistanda hadisələr baş verib. Nədənsə məsələnin çözüm prosesinə yaxınlaşanda proseslər Ermənistan tərəfi və Ermənistanın arxasında duranlar tərəfindən ləngidilib. Uzun müddət keçdiyinə görə, ümid azdır. Ancaq bu görüşlərin keçirilməsi çox önəmlidir. Bu konflikt necə həll oluna bilər?! Bunun iki yolu var. Müharibə, ya da danışıqlar.
Hərb yolu ilə dedikdə gücümüz dünyaya bəllidir.  Bunu 2016-cı ilin aprel və Naxçıvan hadisələrində sübut etdik. Sadəcə, müharibə dağıdıcıdır. Uzun sürərsə, təkcə Ermənistan-Azərbaycan arasında baş verməyəcək. Ona görə də möhtərəm Prezidentimiz çalışır ki, danışıqlar yolu ilə torpaqlarımızın işğaldan azad olunmasına nail olsun. Dəfələrlə bəyan edib ki, Azərbaycan bir ovuc torpağını belə  işğal altında qoymayacaq.
Bu, küçə mitinqlərindən  hakimiyyətə gəlmiş baş nazir Paşinyanla ilk rəsmi görüşdür. Yenə  də cənab Prezidentimizə uğurlar arzulayırıq. Cənab Prezidentin güclü diplomatiyası Paşinyan kimilərini danışıqlarda hər zaman üstələyib. Onsuz da Prezidentimizin arqumentləri həmişə güclü olıub. Ona görə də onlar çalışırlar ki, destruktiv mövqe tutsunlar. Əminik ki, bu məsələni gec-tez həll edəcəyik”.

Aqil Abbas tərəflərin Vyana görüşündən gözləntiləri olduğunu vurğulayıb:

“Adətən  Azərbaycan-Ermənistan  rəhbərliyinin bütün görüşlərindən nələrsə gözləyirik. Vyana görüşündən isə daha ciddi nəsə gözləyirik. Paşinyan yeni hakimiyyətə gəlib, eyforiyadadır. Güman ki, bu görüş zamanı cənab Prezidentimiz Paşinyanı yerində oturdacaq. Düşünürəm ki, əgər savaşa qalsa, Ermənistan yer üzündən silinər”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kasilyas 39 yaşında futbol kayerasına son qoydu 4 Avqust 2020, 16:15 Nazirlik istifadəyə yararlı çimərliklərin adlarını açıqladı 4 Avqust 2020, 16:12 Polis 10 kiloqramdan çox narkotik götürdü 4 Avqust 2020, 16:02 Fəttah Heydərovla bağlı NEKROLOQ imzalandı 4 Avqust 2020, 16:00 Maliyyə naziri: İqtisadiyyatın əksər sektorlarında azalmalar müşahidə olunmaqdadır 4 Avqust 2020, 15:58 Bu şəxslərin rayonlara gediş-gəlişinə İCAZƏ VERİLDİ 4 Avqust 2020, 15:42 Prezident və birinci xanım Bakıda salınan yeni parkda - FOTOLAR - YENİLƏNİB 4 Avqust 2020, 15:40 Qazaxın su və kanalizasiya sistemi yenidən qurulur 4 Avqust 2020, 15:31 Deputatın maaşından tutublar 4 Avqust 2020, 15:27 İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi büdcəni müzakirə edir 4 Avqust 2020, 15:22 DSMF-nin gəlir və xərclərinin azalma səbəbi komitə iclasında açıqlandı 4 Avqust 2020, 15:17 2 polisin qatili 25 il sonra Azərbaycanda YAXALANDI 4 Avqust 2020, 15:08 Hamımızın ağsaqqalı FƏTTAH HEYDƏROV 4 Avqust 2020, 15:06 BMU ilə İnha Universiteti arasında ikili diplom proqramına müraciət imkanı sadələşdirilib 4 Avqust 2020, 14:53 Naftalanda karantin qaydalarına nəzarət işləri davam etdirilir 4 Avqust 2020, 14:44 DİM-dən qəbul imtahanlarının 2-ci mərhələsinin vaxtı ilə bağlı AÇIQLAMA 4 Avqust 2020, 14:33 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində kadr təyinatları olub 4 Avqust 2020, 14:09 Lukaşenko: “Rusiyanın Belarusdan başqa yaxın müttəfiqi qalmayıb” 4 Avqust 2020, 14:06 Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin HƏCMİ 4 Avqust 2020, 13:55 Ermənilər bir faktı etiraf edə bilmirlər ki, Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır” - Arye Qut 4 Avqust 2020, 13:48 Birinci vitse-prezidentin köməkçisi: “Emənistan bir daha səbrimizi sınağa çəkməsin!” 4 Avqust 2020, 13:42 Sabaha gözlənilən HAVA PROQNOZU 4 Avqust 2020, 13:36 Agentlik ictimai iaşə müəssisələrinə müraciət etdi 4 Avqust 2020, 13:22 Azərbaycanlı şagird Rusiyadakı “Kurchatov” olimpiadasında 3-cü yerə çıxıb 4 Avqust 2020, 13:14 3,3 min kassa çeki üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilib 4 Avqust 2020, 13:04 İki bələdiyyə sədrinə cərimə kəsildi 4 Avqust 2020, 12:57 Azyaşlı azərbaycanlı blogerdən Ermənistanın faşist siyasətinə etiraz - VİDEO 4 Avqust 2020, 12:51 Memar Şahdağlinskinin etirafları və poetik müraciəti 4 Avqust 2020, 12:47 Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB 4 Avqust 2020, 12:46 Neft Fondu iyulda banklara nə qədər dollar satıb? – MƏBLƏĞ 4 Avqust 2020, 12:44 Sərxoşluq edən 583 nəfər müalicəyə cəlb edilib 4 Avqust 2020, 12:42 İşğal altındakı torpaqlarda virusa yoluxanların sayı 247-yə ÇATDI 4 Avqust 2020, 12:41 Azərbaycanda narkotiklərə görə tutulanların yaş və cins GÖSTƏRİCİLƏRİ 4 Avqust 2020, 12:34 Narkomaniyadan əziyyət çəkən 1228 nəfər məcburi müalicəyə göndərilib 4 Avqust 2020, 12:30 O, “yuxarıdan” göndərilib, “lap yuxarıdan!..” 4 Avqust 2020, 12:24