Modern.az

Azərbaycanlılar bu əyləncələrinə 85 milyon dollar xərcləyib - STATİSTİKA

Azərbaycanlılar bu əyləncələrinə 85 milyon dollar xərcləyib - STATİSTİKA

Mədəni̇yyət

29 Mart 2019, 17:31

“Newzoo” analitik şirkəti dünyada videooyunlara ən çox pul xərcləyən ölkələrin siyahısını hazırlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, reytinq qumar və mərc oyunları istisna olmaqla, dünyada satılan lizensiyalı videooyunları nəzərə alıb.

“Newzoo”nun reytinqindən aydın olur ki, ötən il Azərbaycanlı geymerlər öz oyun ehtiyaclarını ödəmək üçün 85 milyon dollar xərcləyiblər. Bu göstəriciyə görə, Azərbaycan dünyada 61-ci pillədə qərarlaşıb.

 

Ermənistan 24 milyon dollarla 95-ci pillədə, Gürcüstan 20 milyon dollarla 100-cü pillədə qərarlaşıb.

Maraqlıdır ki, Türkiyə geymerləri ötən il öz sevimli oyunları üçün 853 milyon dollar (dünyada 18-ci ən yüksək göstərici), İran geymerləri 487 milyon dollar (26-cı pillə), Rusiya geymerləri isə 1,657 milyard dollar (dünyada 11-ci yer) xərcləyiblər.

 

Ən çox videoyunlara vəsait ayıran ölkə sakinləri arasında liderlik Çin (34,4 milyard dollar), ABŞ (31,5 milyard dollar) və Yaponiyaya (17,7 milyard dollar) məxsusdur.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi