Modern.az

Azərbaycan Ermənistanın Qarabağdakı “fəaliyyətini” AŞPA-nın yaz sessiyasına ÇIXARIR  

Azərbaycan Ermənistanın Qarabağdakı “fəaliyyətini” AŞPA-nın yaz sessiyasına ÇIXARIR   

2 Aprel 2019, 11:05

“Avropa Şurası Parlament Assambleyasının  (AŞPA) yaz sessiyası aprelin 7-də öz işinə başlayacaq. Sessiya aprelin  14-nə kimi davam edəcək. Azərbaycan nümayəndə heyəti isə aprelin 8-13 tarixlərində iclaslara qatılacaq”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.


Nümayəndə heyətinin rəhbəri iclasda müxtəlif məsələlərin  müzakirə olunacağını da vurğulayıb:

“Budəfəki sessiya geniş və əhatəli məsələlərə toxunub. Müzakirə olunacaq mövzular  içərisində Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsi də var. Sessiyanın  gedişi zamanı  Dağlıq Qarabağ və onun ətrafında olan işğal edilmiş rayonlarda ermənilər tərəfindən qeyri-qanuni fəaliyyətin müzakirəsini də konfrans kimi təşkil edəcəyik. Bu, çox vacib məsələdir. Hesab edirəm ki, bu, bütün dünya ictimaiyyətinə çatdırılmalıdır”.

Səməd Seyidov bildirib ki, son zamanlar Azərbaycan da daxil olmaqla, bu kimi iclas və konfranslar müxtəlif yerlərdə keçirilir:

“Bu yaxınlarda Almaniyada da keçirilmişdi. İndi Avropa Şurasında bunu təşkil etməyə hazırlaşırıq. Xarici ictimaiyyət bilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən hər hansı fəaliyyət qeyri-qanunidir. Təbii ki, bunu Avropa Şurasının üzvlərinə də çatdıracağıq.

Nümayəndə heyəti müxtəlif məsələlərlə bağlı çıxış etməyə hazırlaşır. Bildiyiniz kimi, müxtəlif məsələlərlə  bağlı həm monitorinq, həm də insan haqları komitəsinin birgə təşkil etdiyi dinləmələr olacaq. Biz orada çıxış edəcəyik”.

S.Seyidov sessiyaya müxtəlif dövlət başçılarının, baş nazirlərinin gələcəyindən də danışıb:

“O cümlədən Gürcüstanın və Ermənistanın yeni seçilmiş baş nazirləri də sessiyaya qatılacaq.  Onların seçkilərdən sonra Avropa Şurasında çıxış etməsi Avropa Şurasının qəbul olunmuş ənənəsidir. O cümlədən BMT-nin rəhbərliyi də Avropa Şurasında təmsil olunacaq. Hətta gündəlik ətrafında bəzi qüvvələr müxtəlif və düzgün olmayan məsələlər səsləndirməyə çalışırlar ki,  Azərbaycanın məsələsi birbaşa Avropa Şurasının  Parlament Assambleyasının gündəliyindədir.  Çirkli pulların yuyulması və  sairə. Onu da etiraf etməliyəm ki, belə bir məsələ düzgün şərh olunmur. Çirkli pulların yuyulması və buna  qarşı mübarizə ümumi konteksdə müzakirə olunur. Bütün Avropa Şurasının üzvü olan  dövlətlərdə gedən proseslər gündəmə gəlir. Müxtəlif ölkələr müzakirə olunur. O cümlədən Azərbaycan da burada var. Azərbaycanın ayrı məsələ kimi gündəmə gətirilməsi və müzakirə olunması bəzi qüvvələr tərəfindən ictimiyyətin diqqətini yayındırmaq cəhdini özündə daşıyan bir addımdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir