Arxiv
4 Aprel 2019, 10:30 | ÖLKƏ
Azərbaycan-Rusiya-Ermənistan görüşü keçirilə bilər - Müzakirələr Sankt-Peterburqda gözlənilir

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan martın 29-u Avstriyanın paytaxtı Vyanada ilk dəfə olaraq rəsmi görüş keçiriblər. Görüşdən sonra, artıq aprelin 1-i Ermənistan baş nazirinin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı haqqında məlumat yayıldı. Qeyd olunan informasiyaya görə, erməni baş nazir Azərbaycan lideri İlham Əliyevlə görüş barədə də V.Putinlə müzakirə aparıb. Rusiya prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı ölkəsinin bundan sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə hazır olduğunu təsdiqləyib.

Bu məlumatlardan göründüyü kimi, Rusiya münqaişənin tənzimlənməsi məsələsində yenə də aktiv mövqeyi ilə seçilir. Maraqlıdır, şimal qonşumuzun bu yanaşması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin taleyində necə rol oynayacaq?

Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, Rusiyanın məsələdə digər həmsədrlərdən aktiv olması anlaşılandır. Çünki Ermənistan da, Azərbaycan da uzun müddət Rusiyanın tərkibində olublar:

“Rusiya ABŞ və Fransadan fərqli olaraq, bölgə ilə həmsərhəd olduğundan daha həssasdır. Münaqişənin tənzimlənməsində hər hansı irəliləyiş müşahidə olunarsa, həmsədrlərdən daha üstün səlahiyyəti olanı vasitəçi kimi ortaya çıxmalıdır. Vaxtilə Dmitri Medvedev də, indiki prezident Vladimir Putin də, Fransanın keçmiş prezidenti Jak Şirak da, ABŞ rəsmiləri də bu görüşləri təşkil ediblər. Putinin indiki halda məsələyə münasibəti göstərir ki, irəliləyiş mümkündür. Putin də öz töhfəsini verməyə hazır olduğu halda proses irəli gedə bilər və nəticəyə gətirib çıxarar. Bu, hansı şəkildə olacaq, öncədən demək çətindir.

Adətən hər il may ayında Sankt-Peterburqda iqtisadi forum keçirilir. Həm Azərbaycan, həm də Ermənistan rəhbərləri orada iştirak edirlər. Mən gözləyirəm ki, Sankt-Peterburqda üçtərəfli görüş təşkil olunsun. Belə olduğu halda Rusiyanın münaqişənin tənzimlənməsinə əlavə töhfə verə biləcəyi məsələsi də vurğulana bilər. İstənilən halda nəticə əldə etmək üçün əvvəlcədən müzakirə olunmuş, tərəflərin hər ikisinin razılaşdığı sənədlər ortaya qoyulmalıdır. Ancaq bu halda müzakirələr mümkündür”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sahil Babayev Azərtac-ın kollektivi ilə görüşdü 29 Fevral 2020, 16:21 Müxalifət təmsilçisi PA-da keçirilən görüşdən DANIŞDI: “Bu ilin sonunda yeni bir referendum keçirilə bilər” 29 Fevral 2020, 16:13 Azərbaycanda koronavirusa yoluxanların yaşları açıqlandı 29 Fevral 2020, 15:51 Azərbaycan İranla sərhədi BAĞLADI 29 Fevral 2020, 15:30 AZAL Bakı-Tehran reysini məhdudlaşdırdı 29 Fevral 2020, 15:13 Azərbaycanda daha iki nəfərdə koronavirus aşkarlandı - RƏSMİ 29 Fevral 2020, 15:00 Paşinyanın “Qarabağ Azərbaycanındır” deməsi Niderlandda erməniləri çaşdırdı 29 Fevral 2020, 14:44 Bakıda narkotacirlər saxlanıldı - FOTO 29 Fevral 2020, 14:38 İran parlamenti koronavirusa görə iclas keçirməyəcək: 43 ölü, 593 yoluxma 29 Fevral 2020, 14:29 “5 il əvvəlki Əfqanıstan deyilik” – Əşrəf Qani “Taliban”ı hədələdi 29 Fevral 2020, 14:18 Moldovanın spikeri Azərbaycan səfirinə martişor hədiyyə etdi 29 Fevral 2020, 14:08 Nazirlərin rayonlarda qəbul cədvəli AÇIQLANDI 29 Fevral 2020, 13:59 Türkiyənin İdlibdə verdiyi şəhid sayı 36-ya çatdı 29 Fevral 2020, 13:48 Mağazalardan brend geyim əşyaları oğurlayan şəxs saxlanıldı 29 Fevral 2020, 13:45 Bakı Ali Neft Məktəbi PAŞA Bankla əməkdaşlığa başladı 29 Fevral 2020, 13:38 Sabahın hava proqnozu - güclü külək, yağış, qar... 29 Fevral 2020, 13:25 Müsavat başqanı da Prezident Administrasiyasına ÇAĞIRILDI 29 Fevral 2020, 13:14 Yol qəzalarında 3 nəfər öldü 29 Fevral 2020, 13:04 Polis qadağan olunmuş yerlərdə siqaret çəkənləri CƏRİMƏLƏYİR 29 Fevral 2020, 12:59 DGK və DİN birgə əməliyyat keçirdi 29 Fevral 2020, 12:42 Telefondan asılmaq, informasiya bolluğu huşsuzluq yaradır - PROBLEM 29 Fevral 2020, 12:35 Ali Məhkəmə Hüseyn Abdullayev və anasının şikayətinə baxacaq 29 Fevral 2020, 12:22 Azərbaycan neftinin qiyməti bir qədər də ucuzlaşdı 29 Fevral 2020, 12:08 Gürcüstanda koronavirusa görə karantinə alınanların sayı artdı 29 Fevral 2020, 12:00 DTX yüksək vəzifəli məmurları rüşvətə görə saxladı 29 Fevral 2020, 11:54 İlqar Məmmədov Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüşüb 29 Fevral 2020, 11:45 Bakıdan Ankaraya uçan təyyarə yarı yoldan QAYITDI 29 Fevral 2020, 11:36 İran parlamentinin yeni deputatı virusdan öldü 29 Fevral 2020, 11:22 Martda 15 gün iş olmayacaq 29 Fevral 2020, 11:10 Goranboyda adam öldürən polis zabitinin məhkəməsi başladı 29 Fevral 2020, 11:02 “Unudulmaz səslər” - “Cahargah”ın bənzərsiz ifaçısı Sabir Mirzəyev toyda necə aldadılıb... 29 Fevral 2020, 10:53 Koronavirusa yoluxmuş Rusiya vətəndaşından XƏBƏR VAR 29 Fevral 2020, 10:41 İrandakı bütün Azərbaycan vətəndaşları geri QAYITDI 29 Fevral 2020, 10:34 ABŞ-dan Türkiyəyə dəstək 29 Fevral 2020, 10:28 Daha bir ölkə İranla əlaqələri kəsdi - Koronavirusa görə 29 Fevral 2020, 10:20