Arxiv
5 Aprel 2019, 09:51 | PARLAMENT
“İnsanları incidirlər, rüşvət istəyirlər, süründürməçilik edirlər” - Deputatdan sərt AÇIQLAMA

“Bu islahatlar davamlı olacaq. Çünki cənab prezidentin cəmiyyətə mesajı ondan ibarət oldu ki, islahatlar davamlı olacaq. İslahatlarda da əsas məqsəd şəffaflığı təmin etmək, korrupsiyanı aradan qaldırmaq, insanların həyat şəraitini yaxşılaşdırmaqdır. Əsas bu 3 məsələdən söhbət gedir”.

Bunu Modern.az-a açıqlamasında deputat Vahid Əhmədov  Prezident İlham Əliyevin  məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı imzaladığı Fərmanı şərh edərkən deyib.


Deputat bildirib ki, bir müddət əvvəl  sosial müavinətlər, bank sistemi ilə bağlı  bir neçə sənəd imzalanıb. İndi isə məhkəmə-hüquq sistemi ilə bağlı Fərman verilib.


“Bu, inqilabi Fərmandır. Çünki Azərbaycanda ən çox şikayət olunan sahə məhkəmə sistemidir. Məhkəmə sistemindən yüz minlərlə şikayətlər var. İnsanları incidirlər, rüşvət tələb edirlər, süründürməçiliyə yol verirlər. Qərarlar Azərbaycan qanunlarına uyğun yox, müəyyən təzyiqlər nəticəsində qəbul olunur. Fərmanda məhkəmələrin müstəqilliyini təmin etmək üçün bütün göstərişlər verilib. Məhkəmənin sosial vəziyyətinin yaxşılaşdırılması barədə maddə var. Bütün bunlar ondan ötrüdür ki, məhkəmələr artıq Azərbaycanda dönməz prosesin getdiyini başa düşsün.  Bu prosesi idarə edən cənab prezidentdir”.


Vahid Əhmədov vurğulayıb ki, hər hansı bir məhkəmə, yaxud da istər yuxarı,  istərsə də aşağı instansiya olsun, müəyyən addımlar atacaqsa, cəzalandırılacaq:


“Əsas o təşkilatlara tapşırıq verilir ki, faktiki  olaraq məhkəmələri bu günə salıblar. Hesab edirəm ki, məhkəmələr tam sərbəst olmalıdır. Heç kimin tabeliyində olmamalı, ayrıca qurum olmalıdır. Bütün dünyada olduğu kimi, qərarları da sərbəst qəbul etməlidirlər. Heç kimə də qulaq asmamalıdırlar. Azərbaycan dövlətinin qanunlarına,  Mülki Məcəllə, İnzibati Məcəllə və digər  qanunlara  uyğun olaraq qərarlar verməlidirlər. Əgər insanın cəzası varsa çəkməlidir. Bu da tam şəffaf olmalıdır. Cənab prezident qeyd edib ki, audio yazılar aparılmalı, çəkilişə  icazə verilməlidir. Başa düşürəm ki, hərbi və dövlət sirri olan məsələlər var ki, onlar qapalı keçirilə bilər. Ancaq qalan məhkəmələr açıq keçirilməlidir.


Həmçinin, sahibkarları məhkəmələr çox incidirlər. Bu da problemdir. Minlərlə şikayəti məhkəmələrə göndəririk. Proses  çox ciddidir”.


Milli Məclisin deputatı media sahəsində də islahatların aparılmalı olduğunu qeyd edib:


“Eyni zamanda, media sistemində də islahatlara başlamaq lazımdır. Millət vəkili olaraq deyə bilərəm ki, media sistemi bizi qane etmir. Çünki media sistemində yalnız birtərəfli işıqlandırma aparırıq. Fikir ayrılıqları olsa da, insanlar üçün  şərait yaratmaq lazımdır ki, televiziyalarda, qəzetlərdə, internet saytlarında öz sözlərini desinlər. Bu məsələlər də gündəmdə var və öz həlini tapmalıdır. İslahatlar birtərəfli aparıla bilməz. Paralel aparılmalıdır ki, müəyyən nəticəyə sahib ola bilək”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xırdalanda hündürlükdən yıxılan 32 yaşlı kişi ölüb 17 İyun 2019, 16:46 Ağdamda 120 kiloqram yararsız ət aşkarlanıb - FOTO 17 İyun 2019, 16:32 Ermənilər Ağdama 10 min nəfərlik qoşun topladılar - VİDEO 17 İyun 2019, 16:16 CAR-da avtobus qəza törətdi - 24 ölü 17 İyun 2019, 16:03 Azərbaycan neftinin bir bareli 64,21 dollara satılır 17 İyun 2019, 15:48 Abşeronda “Mercedes” betona çırpılıb - Sürücü ölüb 17 İyun 2019, 15:37 Böyüdü, atasının və əmisinin qisasını “Kalaşnikov”la aldı... 17 İyun 2019, 15:20 İlkin Xəlilov: “ATV-də işimə davam edirəm, bu, 3 aymı çəkəcək, 6 aymı, bilmirəm...” 17 İyun 2019, 15:19 NATO-nun şərq cinahındakı ABŞ qoşunları Polşadan idarə olunacaq 17 İyun 2019, 15:08 Azərbaycanda QAN DAVALARI - Fəxrəddinin müsibəti sonuncu deyilmiş… 17 İyun 2019, 15:07 Nigeriyada terror aktları 17 can aldı 17 İyun 2019, 14:40 Məktəblilərimiz beynəlxalq olimpiadalarda 23 medal qazanıblar 17 İyun 2019, 14:35 ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtdı - FOTOLAR 17 İyun 2019, 14:23 Azərbaycan qazı Avropaya çatdırıldı 17 İyun 2019, 14:17 Türkiyədə 45 PKK-çı saxlanıldı 17 İyun 2019, 14:13 Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 14:07 Apple şirkətindən gecə rejimi ilə bağlı YENİLİK 17 İyun 2019, 13:47 Tanınmış mühəndis vəfat etdi 17 İyun 2019, 13:44 ATV-dən telejurnalist İlkin Xəlilovla bağlı AÇIQLAMA 17 İyun 2019, 13:20 Tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib - Təhsil Nazirliyi 17 İyun 2019, 13:10 Azərbaycanlıların bəlası - “Çörəyi çox yemək xəstəliklərə YOL AÇIR!” - Mütəxəssis MƏSLƏHƏTİ: “İmtina edin!” 17 İyun 2019, 12:58 Eldar Sabiroğlu oğlundan imtina etdi: Məzarım üstə gəlməni istəmirəm! 17 İyun 2019, 12:56 Azərbaycan kommunistləri Venesuela səfiri ilə ABŞ-ın müdaxiləsini müzakirə etdilər 17 İyun 2019, 12:50 Sumqayıtda aptekdən oğurluq edən şəxs hadisə yerində yaxalandı 17 İyun 2019, 12:43 Azərbaycan bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB 17 İyun 2019, 12:22 Ağstafada 7 nəfər güllələndi - 4-ü öldü  17 İyun 2019, 12:05 Sabahın HAVASI: Küləkli olacaq, yağış yağacaq 17 İyun 2019, 11:43 Azercell-dən möhtəşəm rəqəmsal şou! 17 İyun 2019, 11:31 Alın yazısı 17 İyun 2019, 11:30 Beş ayda dəmir yolu nəqliyyatı ilə 1,27 milyard dollarlıq yük daşınıb   17 İyun 2019, 11:29 Lənkəran çayından kişi meyiti tapılıb   17 İyun 2019, 11:07 Bədbəxt varislər - Bir ailənin FACİƏSİ 17 İyun 2019, 10:56 Astarada çətənə yetişdirən ailə saxlanıldı 17 İyun 2019, 10:52 Qaxda zəlzələ olub 17 İyun 2019, 10:33 Kanadada yaşayan azərbaycanlı rəssam:  “Yox cavabı alanda, deyirdilər, “heç olmasa, amerikalısan” - MÜSAHİBƏ 17 İyun 2019, 10:20