Modern.az

Bakıda daha bir yol “tora salınacaq”

Bakıda daha bir yol “tora salınacaq”

9 Aprel 2019, 13:26

Bakıda daha bir kəsişmədə sarı tor nişanlanması təşkil ediləcək. Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

M.Ağayev qeyd edib ki, növbəti belə nişanlanma bu axşam S.Vurğun və M.Füzuli küçələrinin kəsişməsində olacaq. 

Xatırladaq ki, BNA-nın təşəbbüsü ilə Bakının nəqliyyat sistemində yenilik olan sarı kəsişmə toru nişanlanması kəsişmələrdə tıxacların aradan qalxmasına ciddi təsir göstərir. Sarı tor nişanlanması ilkin olaraq S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsində təşkil edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi