Arxiv
18 Aprel 2019, 15:38 | TƏHSİL
9-cuların 3 mart tarixli buraxılış imtahanlarının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi  (DİM) martın 3-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasında yerləşən ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib.


Modern.az xəbər verir ki, imtahan nəticələrinin emalının son mərhələsində (iş nömrələrinin deşifrə olunması) DİM İctimai Şurasının üzvü İKT məsələləri üzrə ekspert Osman Gündüz də iştirak edib.

İmtahanda iştirak etmiş şagirdlər (37434 nəfər) DİM-in internet saytında  https://www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=19 keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. Qeyd edək ki, markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər.


Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.


Qeyd edək ki, buraxılış imtahanının birinci mərhələsində şagirdlərə ana dili fənnindən 10 açıq və 10 qapalı, riyaziyyat fənnindən 10 açıq, xarici dil fənnindən 9 qapalı və 6 açıq tipli tapşırıq olmaqla ümumilikdə 45 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-dur. Açıq tipli tapşırıqların hər biri qiymətləndirmə meyarlarına uyğun olaraq 0,  və ya 1 balla, qapalı tipli tapşırıqların hər biri isə 0 və ya 1 balla qiymətləndirilir. Balların hesablanması qaydasına görə (Cədvəl 1) şagirdlərin:

 

  • xarici dil fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir və -a vurulur.

  • Azərbaycan (rus) dili fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir.

  • Riyaziyyat fənni üzrə isə açıq tipli tapşırıqlardan toplanılan ballar cəmlənir və 3-ə vurulur.

 

Cədvəl 1

 

Fənn

I mərhələ, test tapşırıqları

Maksimal 
bal

Test tapşırıqlarınn 
sayı

Bal

Xarici dil (ingilis, alman, fransız, rus, ərəb, fars dilləri)

30

15 (6 açıq

+

9 qapalı)

 ·(2nd(açıq)

+

nd(qapalı))

Tədris dili (Azərbaycan dili, rus dili)

30

20 (10 açıq

+

10 qapalı)

2∙nd (açıq)

+

nd (qapalı)

Riyaziyyat

30

10 (açıq)

3∙nd(açıq)

 

 nd (açıq) - açıq tipli test tapşırıqlarına verilmiş balların cəmi

nd (qapalı) - qapalı tipli test tapşırıqlarına verilmiş balların (düzgün cavabların) cəmi 

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 1-3 və 6-7 may 2019-ci il tarixində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər bütün imtahanların nəticələri elan olunduqdan sonra 24-26 və 29-30 aprel tarixlərində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Qeyd olunan müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Apelyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.

Məlumat üçün bildirək ki, 10, 17 və 31 mart tarixlərində keçirilmiş imtahanların nəticələri də yaxın günlərdə mərhələ-mərhələ elan olunacaq. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müsavat rəhbərliyi Vurğun Əyyubu ziyarət üçün ailəsinə MÜRACİƏT ETDİ 24 Sentyabr 2019, 12:38 Azərbaycan Xalq Hərəkatının qurultayı gecikir - SƏBƏB 24 Sentyabr 2019, 12:20 Zahid Orucun rəhbərlik etdiyi Mərkəz ilk tədbirə toplaşdı - Dövlət qurumları TƏNQİD OLUNDU 24 Sentyabr 2019, 12:14 Naqif Həmzəyev: “İşsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb” 24 Sentyabr 2019, 12:05 İsgəndər Həmidov ikinci dəfə əməliyyat olundu  24 Sentyabr 2019, 11:56 Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə “BMW Fest 2019” keçirilib - FOTO+VİDEO 24 Sentyabr 2019, 11:55 Bakıda “Nəsimi ili” ilə bağlı FESTİVAL 24 Sentyabr 2019, 11:50 Binəqədidə 9 evdən oğurluq edən şəxs tutulub - FOTO 24 Sentyabr 2019, 11:42 İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın təcavüzü ilə bağlı bəyanat verdi - MƏTN 24 Sentyabr 2019, 11:39 Təcili yardım maşını ilə məişət əşyaları daşınır? - Nazirlik TƏKZİB ETDİ - FOTOLAR 24 Sentyabr 2019, 11:38 Bakıda Səduyyə Ərəbistanı Krallığının Milli günü qeyd edilib - FOTOLAR 24 Sentyabr 2019, 11:34 Koreya Respublikasında TƏQAÜDLÜ təhsil imkanı - ELAN 24 Sentyabr 2019, 11:29 AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb 24 Sentyabr 2019, 11:24 “Qızıl Xaç” Dilqəmlə Şahbazdan nə gətirib? - Girovların yaxınları DANIŞDI 24 Sentyabr 2019, 11:18 Katoliklərin Bakıdakı kilsəsində... və ya Allahın evindən REPORTAJ 24 Sentyabr 2019, 11:05 İcbari tibbi sığortanın perspektivləri müzakirə olundu 24 Sentyabr 2019, 11:00 Yerevanda keçmiş nazir intihar edib - O, Koçaryanın cinayət işində şahid idi 24 Sentyabr 2019, 10:43 Ruandalı tələbələr Bakı Ali Neft Məktəbində təhsil alacaq 24 Sentyabr 2019, 10:42 Rumıniyalı alimdən Kamal Abdullanın yaradıcılığına həsr olunan MƏQALƏ 24 Sentyabr 2019, 10:38 Məmmədyarovun Mnatsakanyanla nəticəsiz qalan Nyu-York GÖRÜŞÜ 24 Sentyabr 2019, 10:37 Müflis olmuş banklardakı əmanətlərin sahiblərinə ŞAD XƏBƏR 24 Sentyabr 2019, 10:23 Şamaxıda ağır yol qəzası – 1 ölü, 1 yaralı 24 Sentyabr 2019, 10:17 Bakıda qəzaya düşən avtobusun 82 yaşlı sərnişini öldü   24 Sentyabr 2019, 10:16 Bu yerlərdə qaz olmayacaq 24 Sentyabr 2019, 10:15 Azərbaycan məhsullarının Hindistana ixracı müzakirə edilib 24 Sentyabr 2019, 10:12 ADU-nun Konfutsi İnstitutunun direktoru “Sinxua”ya müsahibə verib 24 Sentyabr 2019, 10:08 Rəsmi Bakıdan Yerevana sərt MESAJ: Əsgərimizi öldürənlər cəzalandırılacaq 24 Sentyabr 2019, 10:07 Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir 24 Sentyabr 2019, 10:01 Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbazdan XƏBƏR GƏTİRİB 24 Sentyabr 2019, 10:01 Ermənistan atəşkəsi 21 dəfə pozdu 24 Sentyabr 2019, 09:59 Əsgərimizin meyiti neytral ərazidən çıxarıldı 24 Sentyabr 2019, 09:56 Vilayət Quliyev:Qulağından tutmağa komsomolumuz, quyruğundan yapışmağa pionerimiz olmasa...” 24 Sentyabr 2019, 09:40 İşə götürənlərdən nazirliyə şikayətlər... 24 Sentyabr 2019, 09:33 Tısbağa sürətli mətbuat katibləri... 24 Sentyabr 2019, 09:16 Tanınmış jurnalistin tələbə oğlu: “Bacara bilməyəcəyim işin arxasınca getmirəm” - MÜSAHİBƏ 24 Sentyabr 2019, 08:47