Modern.az

Koçaryan Avropa liderlərini köməyinə çağırdı

Koçaryan Avropa liderlərini köməyinə çağırdı

19 Aprel 2019, 13:34

Həbsdə saxlanılan Ermənistanın ikinci prezidenti Robert Koçaryan Avropa liderlərinə müraciət edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Euractiv” nəşrində məqalə ilə çıxış edən siyasətçi həbs olunmasına əsas verən 2008-ci ilin mart hadisələri barədə yazıb.

“Mənə qarşı qaldırılan cinayət işi siyasi motivlidir. Həbsxanada qanunsuz saxlanılıram və bunun əsas səbəbi populist Nikol Paşinyanın ünvanına səsləndirdiyimi tənqidlərdir” - deyə Koçaryan yazıb.

 

Onun sözlərinə görə, 2008-ci ilin 1 mart iğtişaşlarının yatırılması zamanı hüquq-mühafizə orqanları qanunun tələblərini pozmayıblar.  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI