Modern.az

Sabah da yağış yağacaq - HAVA PROQNOZU

Sabah da yağış yağacaq - HAVA PROQNOZU

Aktual

23 Aprel 2019, 13:06

24 apreldə gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında isə sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 4-7, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoz

 

Aprelin 24-25-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı