Modern.az

“Özünə hörmət edən şəxslər “qara siyahı”ya düşən KİV-ə pul ayırmaz”

“Özünə hörmət edən şəxslər “qara siyahı”ya düşən KİV-ə pul ayırmaz”

26 Aprel 2019, 09:24

Aprelin 24-ü Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib. İclasda MŞ-a 2019-cu ilin yanvar-mart ayları ərzində daxil olan şikayətlərin əsasında qərarlar çıxarılıb. Hesabat müddətində “Təzadlar” qəzetinin adının “qara siyahı”ya salınması iclasda təsdiqlənib. Bundan əlavə 10 media vasitəsinə xəbərdarlıq edilib («Press.info, «Emtv.az», «Open.az, «İstixeber.info» və s.),  15-nə müvafiq tövsiyyələr verilib. 14 şikayət isə hazırda araşdırma mərhələsindədir.

Göründüyü kimi, hər il Şuranın “qara siyahısı”na düşən mətbuat orqanları, qəzet və saytlar olur. Hər nə qədər qanunsuz fəaliyyətləri ilə adları çəkilsə də, həmin media orqanlarına maliyyə dəstəyi göstərən, müəyyən vəsait ayıran mənbələr buna davam edirlər.

Maraqlıdır, həmin qəzet və saytları, kütləvi informasiya vasitələrini maliyyələşdirən şəxslərə, qurumlara qarşı niyə addım atılmır?

Bu barədə sualımızı cavablandıran Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Modern.az-a açıqlamasında qeyd edib ki, MŞ-nın həmin məsələdə müdaxilə etmək imkanı yoxdur:

“Şura hər hansı müəssisəyə, maliyyə mənbəyinə “qara siyahı”ya düşmüş media orqanına pul verməklə bağlı qadağa qoya bilməz. Amma özünə hörmət edən ictimai qurum rəhbəri, maliyyəçi bilməlidir ki, “qara siyahı”ya düşən KİV-in əməlləri qanunsuzdur. Belə KİV qurumuna maliyyə dəstəyi göstərən mənbələr özləri də birbaşa həmin əmələ şəriklik etmiş olurlar. Belə çıxır, onların özlərinin də fəaliyyəti qüsurludur ki, “qara siyahı”dakı KİV-lərə dəstəkdirlər. Haqqında danışdığımız məqamları maliyyə dəstəyi göstərən şəxslər düşünməlidirlər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir