Modern.az

Qaz limiti artırıldı – bəs keyfiyyət aşağı düşdü?

Qaz limiti artırıldı – bəs keyfiyyət aşağı düşdü?

Aktual

4 May 2019, 11:20

Əhaliyə verilən təbii qazın limitinin qaldırılmasından sonra bəzi abonentlərdə etiraz yaranıb. Bu isə qazın keyfiyyəti ilə bağlıdır.

 

Sosial şəbəkədə yazan abonentlər bildirirlər ki, qazın keyfiyyətində problemlər var.  

 

“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev Modern.az-a açıqlamasında bildirib ki, təbii qazın verilməsində hər hansı məhdudiyyət yoxdur.

 

“Tarif Şurasının qərarı ilə limit artırıldı. May ayın 1-də etibarən 500 kub metr limit əlavə olundu ki, bununla da  artıq istehlakçılarımız il ərzində 2200 kubmetr limitdən istifadə edə biləcəklər”-deyə İ.Kərbəlatev bildirib.

 

O qeyd edib ki, qazın verilməsi əvvəlki qaydadadır və keyfiyyətində hər hansı bir problem yoxdur.

 

Xatırladaq ki, Tarif Şurasının 30 aprel tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb.


Bu güzəştdən yalnız aşağı tariflə qaz istehlakından 1,8 milyondan artıq abonent (7 milyondan çox vətəndaş) yararlanacaq.

 

Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-dək artacaq. Təbii qazdan güzəştli tariflə istifadə limitinin artırılması ilə əlaqədar olaraq yaranmış fərq bütünlükdə dövlət tərəfindən qarşılanacaq.


Artırılmış limitin tətbiqinə gəlincə, hesablaşma 1 yanvar 2019-cu ildən etibarən istifadə olunan təbii qazın həcminə uyğun olaraq həyata keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür