Arxiv
7 May 2019, 08:04 | DİASPOR
Amerikada gözəllik yaradan azərbaycanlı xanım - FOTOLAR

"Hər şey gözəldir həyatda,
Sən bu gözəlliyi anlaya, duya bilsən.
Hər şey gözəldir həyatda,
Özün bir zərrə gözəllik yarada bilsən"…

Bu misralar mərhum Arif Abdullazadənin Cavanşir Quliyevin bəstəsində yaddaşımıza hopan məşhur şeirindəndir. Bəli, mahiyyətini duyanlar, anlayanlar üçün həyat gözəldir. Və bu gözəlliyə zərrəcə töhvə versən, özün bir zərrə gözəllik yarada bilsən, bütün ömrün boyu bu kəlmələr taleyinin nəğməsinə çevriləcək, yaşamına rəng qatacaq: "Hər şey gözəldir həyatda"…

Özünü rəssam kimi təqdim etməsə də, necə deyərlər, rəssam doğlulub. Uzun illər bu istedadından heç özünün də xəbəri olmayıb. Başı təhsilə, elmə qarışıb. Amerikaya gələndən sonra bir gün görüb ki, xeyli rəsm çəkib. Ərsəyə gətirdiyi müxtəlif əl işlərinin isə sayı-hesabı yoxdur. Bu əsərlərin hər biri göz oxşayır, insanı xəyalən uzaqlara aparır…

…Ailədə dörd uşaq olublar, iki qardaş, iki bacı. Böyük qardaşı fəlsəfə elmləri doktoru, professor Nazim Səfərov Lomonosov adına MDU-nun Bakı filialında çalışır. İkinci qardaşı İbrahim Səfərov Azərbaycan Radiosunun musiqi fonduna rəhbərlik edir. Ailənin sonbeşiyi Solmaz xanım isə narkoloji dispanserdə həkim-narkoloq işləyir. Anası Qəmər xanım Çəmbərəkəndli idi. Atası Səfər Səfərov isə uzun illər AMEA-da inzibati vəzifədə çalışıb. Şamaxılı məşhur Səfərəli bəyin oğlu olub…

Haqqında söhbət açdığım Emma Səfərova Bakıda dünyaya gəlib. 1972-ci ildə 190 nömrəli orta məktəbi bitirib. Botanika insititutunda laborant kimi əmək fəaliyyətinə başlayıb. Eyni zamanda, 1972-1978-ci illərdə Bakı Dövlət Universitetinin biologiya faklütəsinin axşam şöbəsində ali təhsil alıb. 1988-1990-cı illərdə AMEA-nın Botanika insititutunun aspiranturasında təhsilini davam etdirərək, biologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 2010-cu ilədək həmin institututda baş laborant, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. Doqquz ildir ki, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində yaşayır…

…Ömür-gün yoldaşı Vaqif Abiyev ixtisasca diş həkimidir. Uzun illər Bakıda 1 nömrəli stomotoloji poliklinikada işləyib. Bir qızı var, adı Leyladır. Leyla xanım ailəsi ilə birlikdə Bakıda yaşayır...

Emma xanım rəsmləri yağlı boya ilə işləyir. Dəridən rəngarəng güllər hazırlayıb xüsusi çərçivələrə salır, şüşə qablarda nöqtəbənöqtə üsulu ilə müxtəlif şəkillər çəkir. Xüsusi hazırladığı soyuq farforla əşyalara dekorativ bəzək vurur. Yundan keçə hazırlayıb papaq, başmaq, ayaqqabı düzəldir. Və onları özünəməxsus üsulla yun sapla bəzəyir. Amerikalılar onun əl işlərini görüb heyran olurlar. Tezliklə internet maqazin yaradıb əl işlərini satışa çıxarmaq fikrindədir…

Emma xanım deyir: "Baxmayaraq doqquz ildir burdayam, hələ də Azərbaycanla nəfəs alıram. Amerikalılara qaynayıb-qarışa bilmirəm. İnanın ki, çox darıxıram. Doğrudur, buranın müsbət cəhətləri yetərincədir, amma mənim üçün Azərbaycan vətəndir ki, vətən! Nə qədər əyər-əskiyi olsa da doğmadır, əzizdir. Burada insanlar arasında ünsiyyət problemi var. Heç kimlə yaxın dost ola bilmirsən. Mənəvi dünyanda yaranan boşluğu açıq-aşkar hiss edirsən. Ona görə də hər ilin üç ayını vətəndə keçirirəm"…

Bəli, ən böyük arzusu nəvəsinin toyunu görmək olan bu xanımın yaratdıqlarının mayasında sonsuz vətən sevgisi vardır. Bu sevgi zərrə-zərrə gözəlliyə çevrilir...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Arif Əliyev: “Bizim sayt təkcə xəbər çatdırmayacaq, xidmət də təklif edəcək” 18 Sentyabr 2019, 08:56 Sabiq deputat: “Ay ziyalılar, gəlin yığışaq, iqtidarla müxalifəti barışdıraq!” - MÜSAHİBƏ  18 Sentyabr 2019, 08:25 Bu gün Çempionlar Liqasında daha 8 oyun - TƏQVİM 18 Sentyabr 2019, 08:13 Çempionlar Liqasında 8 görüş keçirilib - NƏTİCƏLƏR 18 Sentyabr 2019, 08:10 Manatın bugünkü məzənnəsi 18 Sentyabr 2019, 08:05 Ruhun şad olsun, Üzeyir bəy! 18 Sentyabr 2019, 07:59 "Sevilya" artıq Bakıdadır - VİDEO 18 Sentyabr 2019, 00:48 Paytaxtın bu ərazisi qaranlıqda qaldı 18 Sentyabr 2019, 00:37 Türk Hava Yolları təyyarəsi təcili eniş edib 18 Sentyabr 2019, 00:09 Güclü külək Bərdədə fəsadlar törətdi 17 Sentyabr 2019, 23:48 Azərbaycan nefti bahalaşıb 17 Sentyabr 2019, 23:31 Tacikistan Qırğızıstana nota verdi: sərhəddə gərginlik artır 17 Sentyabr 2019, 23:14 Bakıda "Maserati"  gənc qızı vurub öldürdü - FOTO 17 Sentyabr 2019, 22:57 Prezident məmurları cəzalandırdı 17 Sentyabr 2019, 22:43 "Ticarət mərkəzində səhərdən gecəyədək "mitinq"dir" - İlqar Məmmədov 17 Sentyabr 2019, 22:29 Kürdəmirdə dəfələrlə məhkumluq həyatı yaşayan peşəkar oğru tutuldu 17 Sentyabr 2019, 22:16 BMT missiyası daha bir il Əfqanıstanda qalacaq 17 Sentyabr 2019, 22:01 Azərbaycanda şəkərli diabet xəstələri artıb 17 Sentyabr 2019, 21:44 Yapon dənizində Rusiya sərhədçilərinə hücum oldu 17 Sentyabr 2019, 21:26 "Əfqanıstan həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib" - Nazir 17 Sentyabr 2019, 21:09 “İrəli”-nin əməkdaşları İspaniyada beynəlxalq layihədə 17 Sentyabr 2019, 21:00 Azərbaycan Çində növbəti şərab evi açır 17 Sentyabr 2019, 20:53 Sumqayıtda 32 yaşlı kişi itkin düşdü - FOTO 17 Sentyabr 2019, 20:40 Azərbaycanda abort edən qadınların sayı azalıb 17 Sentyabr 2019, 20:29 Əfqanıstan prezidenti Azərbaycana gəlir 17 Sentyabr 2019, 20:01 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb  17 Sentyabr 2019, 19:28 Xəzərdə zəlzələ olub 17 Sentyabr 2019, 18:55 Azərbaycanla İran arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib 17 Sentyabr 2019, 18:41 İlham Əliyev çilili həmkarını təbrik edib 17 Sentyabr 2019, 18:24 “Azercell” Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir   17 Sentyabr 2019, 18:22 İki mədəniyyət xadimi fəxri diplomla təltif olunub - SƏRƏNCAM 17 Sentyabr 2019, 18:20 Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi 17 Sentyabr 2019, 18:13 Prezident onları “Tərəqqi” medalı ilə təltif etdi 17 Sentyabr 2019, 18:11 Gömrükdən qeyri-qanuni 2 milyon manatlıq dərman keçirmək istəyənlərin qarşısı alındı 17 Sentyabr 2019, 18:04 İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində  17 Sentyabr 2019, 17:52