Arxiv
8 May 2019, 12:35 | HADİSƏ
Yardıma ehtiyac duyanların ümid yeri 

İnsanlara yaxşılıq etmək Heydər Əliyev Fondunun ali prinsipidir


Bir neçə gündən sonra 15 yaşı tamam olacaq Heydər Əliyev Fondu  tariximizə müstəqil Azərbaycan Respublikasının qurucusu kimi daxil olan Heydər Əliyevin xatirəsinə ehtiramı ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini təbliğ etmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb.


2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də böyük layihələrin təşəbbüskarıdır.

Onlardan biri “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsidir. 2004-cü il dekabrın 4-də Fondda layihənin təqdimatından sonra ictimaiyyətin, yerli və xarici təşkilatların diqqəti ölkəmizdə diabetli uşaqların probleminə cəlb edilib, bu xəstəliyə tutulmuş 14 yaşadək uşaqların dərmanlarla təmin olunmasındakı çətinliklər aradan qaldırılıb. Bu iş indi də davam etdirilir, diabetdən əziyyət çəkən uşaqlar və böyüklər insulin, qlükometr və dərmanlar sarıdan korluq çəkmirlər.


Fondun səhiyyə sahəsində həyata keçirdiyi mühüm layihələrdən biri də talassemiya xəstəliyinin müalicəsi ilə bağlıdır. Bu xəstəlikdən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələləri həmin layihə üzrə görülən işlərin əsas istiqamətləridir.
Bakıda müasir avadanlıqla təchiz olunmuş Talassemiya Mərkəzinin yaradılması həmin layihənin Azərbaycan səhiyyəsinə sanballı töhfəsidir.

Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin inşası da samballı səhiyyə təşəbbüslərindəndir.

Heydər Əliyev Fondu ölkəmizdə səhiyyənin müxtəlif sahələrində yeni texnologiyaların tətbiqinə kömək edir, təbabətin ən müasir nailiyyətlərinin Azərbaycana gətirilməsi üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir.

Ölkənin müxtəlif bölgələrində səhiyyə ocaqlarının tikilməsi, bir sıra xeyriyyə aksiyalarının, pulsuz müayinə və müalicələrin təşkili məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşıb. Yeni tibb müəssisələrinin açılması, səhiyyə sahəsində aparılan islahatlar Fondun prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.


Heydər Əliyev Fondunun Azərbaycanda səhiyyənin inkişafı, yeni xəstəxanaların açılması və onların müasir avadanlıqla təchiz edilməsi sahəsində gördüyü işlər dünyanın beynəlxalq qurumları tərəfindən də yüksək qiymətləndirilib.


“Heydər Əliyev Fondu səhiyyə sahəsində çox böyük işlərə imza atıb”. Bunu Modern.az-a  Fondun gördüyü işlərdən danışan deputat Məlahət İbrahimqızı deyib.


Deputat qeyd edib ki, immunlaşdırmadan başlamış səhiyyədə həyata keçirilən iri layihələrə qədər tibbin hər bölməsində Fondun təşəbbüsləri, xidmətləri böyükdür:


“İnfrastruktur layihələrinin həyata keçirilməsində xüsusilə Heydər Əliyev Fondunun gördüyü işləri vurğulamaq lazımdır. Perinatal mərkəzlərin, uşaq səhiyyə müəssisələrinin təmiri, xəstəxanaların yüksək avadanlıqlarla təmin olunması Fondun müsbət addımları sırasındadır.

Dünyada ən təhlükəli məqamlardan biri epidemiya dərəcəsinə çata biləcək uşaq infeksion xəstəliklərinin yayılmasıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondunun dəstəyi sayəsində həyata keçirilən immunizasiya proqramı infeksion xəstəliklərin statistikasını xeyli azaldıb.

Tək sadaladıqlarımız deyil, həmçinin, şəkər xəstəliyi, anadangəlmə psixonevroloji, fiziki və əqli problemlər, ürək çatışmazlığı və s. xəstəliklərlə üz-üzə qalmış uşaqların müalicəsi üçün ciddi işlər həyata keçirilib. Ölkədə çoxprofilli xəstəxana, tibb müəssisələri şəbəkələrinin, müasir standartlara cavab verən tibbi infrastrukturların həyata keçirilməsində Heydər Əliyev Fondu yaxından dəstəkçidir.
Fondun yaradılmasından bu yana 15 ildir ki, müxtəlif kateqoriyalı xəstəliklərdən əziyyət çəkən insanlar quruma müraciət edir, maddi dəstək ala bilirlər”.


Deputat Rauf Əliyev bildirib ki, Heydər Əliyev Fondunu xalqımıza ən çox sevdirən onun prinsipləridir:


“Bu prinsiplərin əsasında çox sadə bir ideya dayanır: insanlara yaxşılıq etmək. Ötən 15 il ərzində  Heydər Əliyev Fondu ölkədə səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətinə də güclü dəstək olub. Paytaxtda və respublikamızın müxtəlif bölgələrində tikilən çoxsaylı səhiyyə ocaqları ilə yanaşı, Fond cəmiyyəti narahat edən bir çox problemlərin həllinə yaxından yardım edib”.


Bəli, Heydər Əliyev Fondu müxtəlif xəstəliklərə düçar olmuş insanlara humanitar yardım məsələsini daim diqqət mərkəzində saxlayır. Bu zaman uşaq, gənc, yaşlıya fərq qoyulmur…

Fondun prezidenti Mehriban Əliyeva məhz humanitar sahədə oynadığı vacib rola görə Azərbaycan xalqının dərin rəğbət və sevgisini qazanıb. Mehriban Əliyevanın malik olduğu yüksək insani keyfiyyətlər, xalqın və ölkənin yüksəlişi istiqamətində göstərdiyi səylər, xarici  humanitar yardım missiyalarına verdiyi töhfələr istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda birinci xanımın yüksək imicinin formalaşmasına böyük təsir edib və onun ən yüksək vəzifəyə layiq görülməsinə yol açıb.

Bir sözlə, Heydər Əliyev Fondunun yaradılması Azərbaycan dövlətinin cəmiyyətə ünvanlanan ali məqsədlərinin reallaşdırılması yolunda tarixi nailiyyətə çevrildi. Yarandığı gündən Fondun qarşısına qoyduğu məqsədlər miqyası ilə fərqləndi. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond cəmiyyəti narahat edən, Azərbaycan vətəndaşlarının həyatı, sağlamlığı ilə bağlı olan sahələrə diqqət yönəltdi. Məqsədlər o qədər aydın və ali oldu ki, Heydər Əliyev Fondu yardıma ehtiyac duyan hər bir kəsin ümid yerinə çevrildi.

Məqsədlərinin əhəmiyyətinə, miqyasına və sambalına görə Azərbaycanda alternativi olmayan Fond ötən illərdə ulu öndərin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması naminə müəyyən etdiyi ideyaların reallaşmasına dəstək verir. Bu fəaliyyət indi də davam edir, sabah da belə olacaq…

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İnterpol qətl törədən azərbaycanlını axtarır 24 May 2019, 20:28 Nazirlikdə bilik yarışı keçirilib - FOTOLAR 24 May 2019, 20:16 İmperator İlham Əliyevi təbrik etdi 24 May 2019, 20:05 Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu 24 May 2019, 20:03 Erməni polkovnikin yalanı - Müdafiə Nazirliyi məlumat yaydı 24 May 2019, 19:55 “Qəhrəmanlar unudulmur” Şamaxıda - FOTOLAR   24 May 2019, 19:46 Məşhur futbolçular Bakıda Azarkeş Festivalında iştirak edəcək 24 May 2019, 19:34  “Azərbaycanla danışıqların birinci mərhələsi başa çatıb” - XİN başçısı  24 May 2019, 19:25 Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR   24 May 2019, 19:14 Şabranda oğurluq edən şəxs tutulub   24 May 2019, 19:05 Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır 24 May 2019, 18:56 Avroliqanın finalı ilə əlaqədar Bakı metrosunda könüllülər çalışacaq - FOTO 24 May 2019, 18:44 DİM hökumətin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh etdi 24 May 2019, 18:35 Tramp İlham Əliyevə məktub yazdı: “Xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq” 24 May 2019, 18:24 Koçaryanı azadlığa buraxan hakim istefa verdi   24 May 2019, 18:14 Deputatdan mitinq keçirmək istəyənləırə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar"” 24 May 2019, 18:04 İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25 Dünyaca məşhur şirkət “Azərenerji”nin məsləhətçisi oldu   24 May 2019, 17:08 İstirahət günlərində hava necə olacaq?  24 May 2019, 17:04 Ukraynanın baş naziri istefa verdi 24 May 2019, 16:59 Ağstafada hamilə qalan dörd gəlinin yaşı açıqlandı - Qalmaqalın TƏFƏRRÜATI 24 May 2019, 16:51 Ziyafət Əsgərov: Onlar əxlaqsız adamlardır 24 May 2019, 16:33 Çilinin tanınmış saytı Naxçıvandan yazdı 24 May 2019, 16:31 Deputatlar prezidenti məhkəməyə verdilər 24 May 2019, 16:26 İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ 24 May 2019, 16:23 Ziyafət Əsgərov: “Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşır” 24 May 2019, 16:06 “Nar”-ın da dəstəyilə ADA-da uğurlu innovativ layihələr seçilib   24 May 2019, 16:03 Rusiyanın S-400 sistemləri: Vaşinqton-Ankara münasibətlərində növbəti gərginliyin adı 24 May 2019, 15:57 Böyük Britaniyanın yeni baş nazirin adı məlum olacaq 24 May 2019, 15:49 Aİ ilə yeni Sazişdə sahibkarlarımızın mənafeyi qorunurmu?   24 May 2019, 15:43 Goranboyun başçısı kümçülərlə görüşdü 24 May 2019, 15:40 Sabah karatenin əlbəyaxa döyüş növü üzrə peşəkarların mübarizəsidir - VİDEO 24 May 2019, 15:31