Modern.az

Razi Nurullayev heç cür AXCP-ni qeydiyyatdan keçirə bilmir

Razi Nurullayev heç cür AXCP-ni qeydiyyatdan keçirə bilmir

11 May 2019, 14:27

“Dəfələrlə müraciətimizə baxmayaraq, Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) qeydiyyatdan keçirməyə nail olmadıq”.

 

Bu barədə Modern.az-a AXCP-dən ayrılaraq eyni adlı siyasi təşkilat yaradan Razi Nurullayev məlumat verib. O bildirib ki, indiyə qədər bir çox məhkəmə instansiyalarına baş vurublar:

“Vəziyyət bu günə qədər necə idisə, elə də qalır. Bizim də qeydiyyatımız yoxdur, qarşı tərəfin də. Hələ ki, məsələ havada asılı qalıb”.

  1. Nurullayev AXCP adından imtina etməyəcəklərini vurğulayıb:

“Təşkilatın adının dəyişdirilməsi ilə bağlı müzakirəmiz olmayıb. Belə bir planımız da yoxdur. Partiyanın adının dəyişdirilməsi mənim tərəfimdən çıxış edən insanlar tərəfindənm qəbul olunmayacaq”.

 

Qeyd edək ki, 19 avqust 2015-ci ildə Əli Kərimlidən narazı qüvvələr AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər.27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımayıb, 17 oktyabr 2015-ci ildə qurultay keçirib və Razi Nurullayevi AXCP sədri seçib.

 

Xatırladaq ki, AXCP ilə bağlı oxşar hal bir dəfə də yaşanıb. Hazırda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına rəhbərlik edən deputat Qüdrət Həsənquliyev 2000-ci illərin əvvələrində AXCP-dən ayrılan qanadı Ədliyyə Nazirliyindən Azərbaycan Xalq Cəbhəsi Partiyası adı ilə qeydiyyata aldırmaq istəsə də, bu, baş tutmamışdı. Və nəticədə Qüdrət Həsənquliyevin təşkilatı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası adını götürməyə məcbur olmuşdu.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı