Arxiv
15 May 2019, 16:40 | HADİSƏ
Bakıda tutulan avtoritetlərə ləqəbi kim verir? - Kriminalist İZAHI

Son vaxtlar baş verən cinayət hadisələrində xüsusi ləqəbli şəxslərin adının hallandığının şahidi oluruq. Kriminal avtoritet, və ya mafioz qruplaşmalarında da fərqli adlarla  daha doğrusu ləqəblərlə qarşılaşırıq.

 

Maraqlıdır, bu ad və ya ləqəbləri onlara kim verir? Cəmiyyət ya öz mühitləri? Bu barədə ekspert-kriminalist  Mahmud Hacıyev Modern.az-a  danışıb.

 

“Cinayətkar aləminin öz qanunları var. 18-19-cu əsrdən yəni ta qədimdən belə o qanunlar mövcuddur. Öz aralarında “yığıncaqları”  “iclasları” olur. Bu tək Azərbaycanda yox, xarici ölkələrdə də, MDB məkanında da belədir. Həmin iclaslarda uşaq və ya gənc yaşlarında cinayətkar neçə dəfə məhkum həyatı yaşayıb, məhkum olduğu dövrdə özünü necə aparıb və hansı səbəblə həbs olunub - bunlar əsas götürülür. İlkin olaraq avtoritet adı verilir, sonrakı yığıncaqlarda isə artıq həmin şəxs “qanuni oğru” adını alır.

 

Həmin yığıncaqlarda, yəni advermə mərasimlərində tac qoyulur, özlərinə uyğun bunu qeyd edirlər. Bu mərhələdən sonra da ad qoyulan şəxsin özünü aparmaq qayda-qanunları var. Keçmişdə belə bir qayda var idi ki, avtoritet və “qanuni oğrular” evlənə bilməzdi, narkotik işi ilə məşğul ola bilməzdilər. Həmin şəxslər də bu qaydalara əməl edirdilər. Lakin indi avtoritetlər arasında bu qanunlara əməl edənlər çox azdır. İndi əksər “qanuni oğrular” narkotik satışı və qəbul edilməsi ilə məşğuldurlar. Evlənib ailə quranları da var”.

 

Ekspertin sözlərinə görə, “qanuni oğrular” öz aralarında pul yığaraq “bank” da yaradırlar.

 

 “Maddi cəhətdən çox nüfuzlu olurlar. Əgər öz mühitlərindən kimsə  çətinə düşərsə, onlar məkan fərqi olmadan həmin  “qanuni oğru” və ya avtoritetə kömək edirlər. Məsələn Avropa, Asiya ölkələrinin birində hər hansı “qanuni oğru” çətinə düşürsə, avtoritetlər  başqa ölkədən olsa belə öz fondlarından yığılan pulla həmin şəxsə köməkilik göstərirlər.  Adətən öz adları ilə tanınırlar. Ləqəb  isə ya doğulduğu yer, ya da bədənində keçmişindən qalma hər hansı bir nişanə varsa, ona uyğun verilir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyada koronavirusa qarşı 141 fərqli vaksin hazırlanır 2 İyul 2020, 09:47 Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi 2 İyul 2020, 09:40 Lerikdə avtomobil dərəyə aşdı, ölənlər var 2 İyul 2020, 09:34 Rusiyada Konstitusuya referendumunun nəticələri AÇIQLANDI 2 İyul 2020, 09:28 Bu gün dollar neçəyədir? - Rəsmi məzənnə 2 İyul 2020, 09:22 Cəbhədə gərginlik artıb - düşmən snayperləri işə saldı 2 İyul 2020, 09:16 Şamaxı icra başçısına yeni müavin təyin olundu 2 İyul 2020, 09:10 İlham Əliyev: “Polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir” 2 İyul 2020, 09:05 2 iyul Polisin GÜNÜDÜR 2 İyul 2020, 09:00 Parlamentin yaz sessiyası jurnalistlərin yadında necə qaldı?.. 2 İyul 2020, 08:55 “Sosial şəbəkələrdə əhali arasında vahimə yaradan yalan məlumatlar yayılır” - Nazir 2 İyul 2020, 08:53 Daxili İşlər Naziri zərərsizləşdirilmiş cinayətkar qruplardan DANIŞDI 2 İyul 2020, 08:47 Vilayət Eyvazov: “İctimai nəqliyyatda sərnişinlərin bəzən yarısı maskadan istifadə etmir” 2 İyul 2020, 08:43 Ərdoganla Merkel telefonla danışdı 2 İyul 2020, 08:21 Bu gün buraxılış imtahanı keçirilir 2 İyul 2020, 08:14 Şamaxıda zəlzələ olub 2 İyul 2020, 08:00 Donald Tramp vəd verdi: “Çox tezliklə bizdə vaksin olacaq” 2 İyul 2020, 00:59 “Zaminbank”ın sədri həbs edilib 2 İyul 2020, 00:46 Sosial şəbəkə ilə bağlı mövqe siyasilər arasında qarşıdurma yaratdı 2 İyul 2020, 00:33 Mehriban Əliyeva polis əməkdaşlarını təbrik etdi - FOTO 2 İyul 2020, 00:22 Azərbaycanda Polis günü qeyd olunur 2 İyul 2020, 00:12 Əri ilə mübahisə edən qadın özünü 5-ci mərtəbədən atdı 1 İyul 2020, 23:54 Çempionlar Liqasının təqvimi AÇIQLANDI 1 İyul 2020, 23:41 Koronavirusun xroniki mərhələyə keçmə ehtimalı var 1 İyul 2020, 23:24 Rusiyada ümumxalq səsverməsi başa çatıb 1 İyul 2020, 23:07 Şirvanda küçədə kişi meyiti tapıldı 1 İyul 2020, 22:55 Bu ölkədə iki həftəlik karantin tətbiq edilir 1 İyul 2020, 22:41 Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı artdı - STATİSTİKA 1 İyul 2020, 22:25 Deputat Masallıdakı içməli su problemini "Azərsu" sədrinə bildirdi 1 İyul 2020, 22:11 Qarabağ ermənisi azərbaycanlı deputatdan KÖMƏK İSTƏDİ 1 İyul 2020, 22:01 Türkiyədə COVİD-19-a yoluxanların sayı 200 mini ötdü 1 İyul 2020, 21:53 İlqar Məmmədov Ədalət Vəliyevlə görüşdü: REAL onlayn qurultay keçirəcək 1 İyul 2020, 21:36 Yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanıldı 1 İyul 2020, 21:23 Ermənistandan Qarabağa gedən əsas yol 4 aylıq BAĞLANDI 1 İyul 2020, 21:14 AZAL İstanbula əlavə xüsusi reys təşkil edir 1 İyul 2020, 21:08