Modern.az

Yasamalda maşın gənc oğlanı vurdu

Yasamalda maşın gənc oğlanı vurdu

Aktual

16 May 2019, 00:45

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən "Günəş Petrol" yanacaqdoldurma məntəqəsinin yaxınlığındaqeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Fərəcov Firuz Zaur oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Ona sol çanağının əziyi diaqnozu qoyulub və ambulator müalicəyə göndərilib.

Daha əvvəl Bakının Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır