Modern.az

“Qəbələ” kuboku Tale Heydərova həsr edib

“Qəbələ” kuboku Tale Heydərova həsr edib

Aktual

19 May 2019, 22:34

Azərbaycan Kubokunun final qarşılaşmasında “Sumqayıt” üzərində 1:0 hesablı qələbə qazanaraq Avropa Liqasına vəsiqəni də təmin edən “Qəbələ”nin məşqçisi Zaur Həşimov mətbuat konfransı keçirib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bölüşüb:

 

- Sevinirik ki, neçə illik həsrətə son qoyduq. Kuboku Tale Heydərova həsr edirik. Uşaqlar məsuliyyəti dərk etdilər və məqsədlərimizi həyata keçirdilər. İqlim elə idi ki, boğulmalar olurdu. Söhbət hər iki komandadan gedir. “Qəbələ” camiəsini bu tarixi qələbə münasibəti ilə təbrik edirəm.

 

- Qol erkən gəldi. Ancaq bundan sonra daha çox müdafiədən oynadınız…

 

- Oyunun sonlarında geri çəkildik. Rəqib bizi müdafiəyə çəkilməyə vadar etdi.

 

- Fasilədə nəyi müzzakirə etdiniz?

 

- On dəqiqə ərzində kəlmə də kəsmədik. Boğulmalara görə ancaq su içirdilər. Əsas tapşırıq isə o oldu ki, son 45 dəqiqə həyati önəm kəsb edir.

 

- “Avroliqa” planları necədir?

 

- Hələ ki, heç bir plan tərtib olunmayıb.

 

- Kubokun qazanılması pozitiv dəyişikliyə təsir edə bilərmi?

 

- Birmənalı şəkildə Kubokun qazanılması pozitiv dəyişikliyə təsir edə bilər! Buna böyük ümidimiz var

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür