Arxiv
20 May 2019, 14:09 | DİASPOR
Koordinasiya Şurası İtaliyada “Azərbaycan Evi” yaradacaq

Mayın 18-də Romada İtaliya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis toplantısı keçirilib.

 

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, sədrin müavini Faiq Quliyev, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, hazırda bu ölkədə yaşayan 40 soydaşımız iştirak edib.

Toplantı iştirakçıları çıxış edərək fikirlərini bölüşüblər, dövlətin diqqət və qayğısına görə minnətdarlıqlarını bildiriblər. Onlar İtaliyada azərbaycanlıların Koordinasiya Şurasının yaradılması fikrinə tərəfdar olduqlarını bildiriblər.

 

Sonra səsvermə yolu ilə Koordinasiya Şurası təsis olunub. Koordinasiya Şurasının Milan üzrə əlaqələndiricisi Bahar Yusifzadə, Roma üzrə əlaqələndiricisi Fərid Abbasov, Malta üzrə əlaqələndiricisi Leyla Cavadova seçiliblər.


İtaliya Azərbaycanlıları Koordinasiya Şurası gələcək planları nədir?

Məsələ ilə bağlı Modern.az-a danışan İtaliya Azərbaycanlılarının Koordinasiya Şurasının Roma üzrə əlaqələndiricisi Fərid Abbasov deyib ki, qurum İtaliyada yaşayan azərbaycanlılar üçün böyük önəmə sahibdir.

 

“Təsis yığıncağına İtaiyanın müxtəlif şəhərindən burada illərdir yaşayan icmalar, müəyyən təşkilatlar, assosiasiya və İtaliyada fərdi olaraq 15 ildən çox yaşayan azərbaycanlılar qatılmışdı. Koordinasiya Şurasının toplantısınında 40 nəfərin arasından 3 əlaqələndirici seçildi. Məni Roma üzrə əlaqələndirici seçdilər. İtaliyada Azərbaycan Gənclər Assossasiyasının sədriyəm. Təşkilatımız 2013-cü ildə təsis edilib. 6 ildən çoxdur İtaliyada fəaliyyət göstəririk. Tək Romada deyil, İtaliyanın başqa şəhərlərində də bizim koordinatorlarımız var. Biz daim  Azərbaycandakı önəmli hadisələrlə bağlı, Xocalı soyqırımının dünyaya tanıdılması ilə bağlı tədbirlər, məlumatlandırıcı aksiyalar keçirmişik”.

 

F.Abbasov deyib ki, Koordinasiya Şurası illərdir bir şəhərdə yaşayıb amma bir-birini tanımayan azərbaycanlıları bir araya gətirdi.

 

“Burada elə adamlar var ki, 15 ildən çoxdur eyni şəhərdə yaşayırlar, ancaq bir-birini tanımırlar. Şuranın sayəsində onlar sıx əməkdaşlıq edəcək, müntəzəm olaraq bir araya gələcəklər”.

 

Görüləcək işlərdən danışan Fərid Abbasov deyib ki, müzakirələr aparılıb Azərbaycanla bağlı önəmli tədbirlər keçiriləcək:

“Bu şuranın məqsədi azərbaycanlılar arasında sıx əməkdaşlıq yaratmaq, müntəzəm olaraq bir araya gəlib fikir mübadiləsi etmək, həmçinin Azərbaycanla bağlı məsələrlə birgə fəaliyyət göstməkdir. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikəri geniş ictimaiyyətə çatdırmaq üçün birgə fəaliyyət göstərmək önəmlidir. Burada bir çox icmalar var, onlar fərdi şəkildə fəaliyyət göstərirlər, fərdi şəkildə işin mahiyyəti yaxşı olmur. Ona görə də biz bir araya gəlib Koordinasiya Şurasının layihələrini Diasporlarla İş Üzrə Dövlət Komitəsinə təqdim edəcəyik. Təbii ki, layihələr qəbul olunsa,  biz o layihələri İtaliyada reallaşdıracağıq. Həmvətənlərimizin bir araya gəlməsində, onların sıx əməkdaşlıq etmələrində vasitəçilik edəcəyik”.  

 

Müsahibimiz bildirib ki, İtaliyada “Azərbaycan Evi”nin təsis olunması da nəzərdə tutulub.

 

“Biz İtaliyanın müxtəlif qurumları ilə əməkdaşlıq etməyi planlaşdırırıq. İtaliya ictimaiyyətinə Azərbaycan həqqiqətlərini çatdırmaq üçün addımlar atacağıq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə  26 İyun 2019, 16:47 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43 Müdafiə Nazirliyi şəhid ailələrini bir araya topladı - VİDEO 26 İyun 2019, 15:32 Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi 26 İyun 2019, 15:23 Səhərinizi motivasiya ilə başlayın, gün boyu gümrah olun! 26 İyun 2019, 15:23 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi - FOTOLAR 26 İyun 2019, 15:02 Kəmaləddin Heydərov və Eldar Əzizov yanğın baş verən yerə getdi - FOTOLAR-YENİLƏNİB 26 İyun 2019, 15:00 Qayınatasının evinə atəş açdı, polis tutdu 26 İyun 2019, 14:54 Səhiyyə Nazirliyindən yeni narkotik növü ilə bağlı XƏBƏRDARLIQ   26 İyun 2019, 14:40 Sahil Babayev Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə müzakirə apardı 26 İyun 2019, 14:38 Daha bir güləşçimiz "Minsk-2019"un 1/4 final mərhələsinə yüksəldi   26 İyun 2019, 14:33 Deputat: “Prezidentin diqqəti qüdrətli bir ordunun formalaşmasına xidmət edir” 26 İyun 2019, 14:02 Polkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏ 26 İyun 2019, 13:59 Yol polisindən “plyonka xəbərdarlığı: “Heç kimə güzəşt olmayacaq!” 26 İyun 2019, 13:48 Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub   26 İyun 2019, 13:25 Xırdalanda azyaşlını vurub qaçan sürücü saxlanıldı   26 İyun 2019, 13:10 Hacı Əliyev erməni rəqibini 6:0 hesabı ilə məğlub etdi 26 İyun 2019, 13:07 Məhərrəm Quliyev “Cümə” məscidi ilə bağlı tövsiyə verdi 26 İyun 2019, 13:03 Bakıda 12 nəfərin zəhərləndiyi dönərxana ilə bağlı RƏSMİ AÇIQLAMA 26 İyun 2019, 12:53 Mətbuat Şurası Əməkdar jurnalistlə bağlı nekroloq imzalayıb   26 İyun 2019, 12:48 Silahlı Qüvvələr Günü Goranboyda - FOTOLAR 26 İyun 2019, 12:44 Qubada itkin düşən azyaşlı tapılaraq valideyninə təhvil verilib   26 İyun 2019, 12:40 Azərbaycan və Mərkəzi Asiya turizm assosiasiyaları əməkdaşlığa başlayır 26 İyun 2019, 12:36 Sabah 40 dərəcə isti olacaq, yağış yağacaq - HAVA PROQNOZU 26 İyun 2019, 12:28 Məmur kreslosundan elm və təhsilə transfer edən EKS-NAZİRLƏR 26 İyun 2019, 11:52 Borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanıldı 26 İyun 2019, 11:45 “Tam məhv edəcəyik...Daha heç bir Kerri, Obama olmayacaq!” 26 İyun 2019, 11:30 Rusiyada 42 yaşlı erməni güllələndi 26 İyun 2019, 11:21 Füzulidə Silahlı Qüvvələr günü qeyd olundu 26 İyun 2019, 10:59 Badamlı yeni istehsal sahəsi açır - FOTOLAR 26 İyun 2019, 10:52 Mehriban Əliyeva: “Ordu bizim dövlətçiliyimizin dayağıdır 26 İyun 2019, 10:48 Balaca kəndin böyük DİRƏNİŞİ 26 İyun 2019, 10:46