Arxiv
22 May 2019, 11:32 | ƏDƏBİYYAT
Vətəninə məhəbbət, peşəsinə sədaqət hissi ilə

Akif Cabbarlı


Mart ayının axırlarında Azərbaycan xüsusi xidmət orqanlarının yaradılmasının 100 illik yubileyi münasibəti ilə ölkəmizdə bir sıra maraqlı, yaddaqalan tədbirlər keçirildi, ömrünü dövlətimizin və xalqımızın təhlükəsizliyinə, rahat və firavan həyatına həsr etmiş şanlı çekistlərimizin keçdiyi şərəfli yola mətbuatda geniş spektrda işıq salındı, görünməz cəbhənin cəsur əməkdaşlarının fəaliyyəti barədə ədəbi-bədii və sənədli nəşrlər buraxıldı, kinolentlər təqdim olundu. Xüsusi xidmət orqanlarının veteranı, polkovnik Hamlet İsmayılovun rus dilində çap olunmuş «Гаранты Государственный Безопасности» (“Dövlət təhlükəsizliyinin qarantları”) kitabı da əlamətdar yubileyə həsr olunmuş qiymətli əsərlər sırasında layiqli yer tutur.


Hamlet müəllimi çoxdan tanıyıram. Sadə, təvazökar, amma yumoru sevən, şux zarafatları xoşlayan nikbin adamdır. Müxtəlif tədbirlərdə, kitab təqdimatlarında, yubiley məclislərində görüşmüş, hərbi vətənpərvərlik mövzusunda keçirilən mərasimlərdə, xatirə gecələrində bir yerdə olmuş, səfərlərə çıxmışıq. Rusca təhsil alsa da, Azərbaycanımızın adını həmişə uca tutan, milli adət-ənənələrimizə hörmət edən, ədəbiyyat və incəsənətimizə, tarixi keçmişimizə duyğusal yanaşan, şərəf gətirən soydaşlarımızdandır. İndiyədək 6 kitabı, xeyli sayda müxtəlif mövzulu publisistik yazıları işıq üzü görüb. Ortaya qoyduğu kitablarda, məqalələrdə vətənə bağlılığını və sadiqliyini, valideynlərindən miras qalan vicdanlılıq və sədaqətlilik prinsiplərini həmişə önə çəkib. O, dövlətimizin müqstəqilliyinin qorunmasına, daha da inkişaf etməsinə yönəlik əməllərə möhkəm sadiq olduğunu yazıçı təxəyyülü, əsl publisist səriştəsilə təqdim edir.


Heydər Əliyev fədakarlıq məktəbinin layiqli davamçılarından olan tanınmış şair və publisist Azər Hacıbəyli öz dostu və silahdaşı barədə söz düşəndə həmişə deyir ki, Hamlet müəllim bir vaxtlar cəsur, qorxmaz çekist kimi tanınırdı, indi də güclü qələm sahibi, istedadlı nasir və şair kimi oxucularının sevimlisinə çevrilib. Hamlet İsmayılovun xüsusi xidmət orqanlarının şanlı keçmişinə və bu gününə həsr olunmuş yazıları gənc çekistlərin əsl vətənpərvərlik ruhunda yetişməsi və xidmət göstərməsi işində mühüm önəm daşıyır. Haqqında bəhs etdiyimiz kitabda müəllif xüsusi xidmət orqanlarının milliləşməsində, yenidən formalaşdırılmasında əvəzsiz xidmətləri olan, fenomenal şəxsiyyət, ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrə geniş yer ayırır.


Yaxşı yadımdadır, 1980-ci ildə ulu öndərin Naxçıvan səfəri zamanı ölkə rəhbərinin təhlükəsizliyinə cavabdeh olanlar arasında o zaman Dövlət Təhlükəsizlik Komitəsinin Naxçıvan idarəsində işləyən Hamlet İsmayılov da vardı. Biz jurnalistlər səfər zamanı təbii ki, xüsusi xidmət orqanları əməkdaşlarının belə ciddi siyasi tədbirlərdə hansı çətinliklərlə üzləşdiyindən, necə fəaliyyət göstərdiyindən xəbərdar ola bilməzdik və çox sonralar qələm dostumun həmin səfər zamanı hansı cəsurluq və peşəkarlıq nümunəsi göstərdiyi barədə ətraflı öyrəndim. Bu haqda Hamlet müəllimin kitabında ətraflı bəhs olunur.


“Onunla fəxr edirəm ki, taleyimə dahi bir insanın, Azərbaycan dövlət Təhlükəsizlik Komitəsi sədrinin, Azərbaycan KP MK Birinci katibinin, Sov.İKP MK Siyasi Büro üzvünün, SSRİ Nazirlər Soveti sədrinin Birinci müavininin, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin təhlükəsizliyinin təmin olunması kimi şərəfli vəzifəni yerinə yetirənlər sırasında olmaq qisməti düşüb”.


Hamlet müəllim öz keçmişi ilə öyünən, bu gününə sevinən və gələcəyinə inanan insanlardandır. Bu kitabı oxusanız, Ziya Yusifzadə, Bahadur Hüseynov, Abdul Xalıqov, Əliheydər Dadaşov, İsmayıl Kərimov, Azər Qarayev və digər şöhrətli çekistlər barədə necə ürəkaçıqlığı, qürur hissilə söhbət açdığının şahidi olarsınız. Əfsanəvi çekist Məmmədhüseyn Xudadat oğlu Əsədov haqqında iftixarla danışan müəllif 1943-cü ildə Böyük Üçlərin Tehran konfransında həmyerlimizin podpolkovnik Nikolay Kravçenko ilə birlikdə Stalin, Ruzvelt və Çörçilə qarşı planlaşdırılan terror aktının qarşısını necə igidliklə aldığını faktların dili və publisistik çalarlarla ortaya qoyur. Bununla da hansısa erməni əsilli, Vartanov adlı agentin “qəhrəman” obrazının üstündən xətt çəkilməsinə nail olur.


Hamlet İsmayılovun yeni kitabında dövlət təhlükəsizliyinin qarantları olan insanların şərəfli həyat yolu ilə bağlı qeydlər, özünün iştirakı və rəhbərliyi ilə həyata keçirilən operativ əməliyyatlar barədə müfəssəl məlumatlarla yanaşı, son illər yazdığı bir sıra şeirləri də yer alır. bu kitabı oxuyan hər kəs müstəqil Azərbaycanın təhlükəsizliyi keşiyində dayanan xüsusi xidmət orqanlarının keçmişi, bü günü və perspektivə hesablanan hədəfləri barədə ətraflı məlumat ala biləcək.


1973-cü ildən 2003-cü ilədək xüsusi xidmət orqanlarında qüsursuz fəaliyyət göstərən polkovnik Hamlet İsmayılovun əməyi dövlətimiz tərəfindən bir sıra mükafat və təltiflərə layiq görülüb. Ən başlıcası isə onu keçmiş iş yoldaşları və gənc çekistlər vətənin sadiq əsgəri, layiqli vətəndaşı kimi tanıyır və ehtiram göstərirlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nyu-York ştatında komendant saatı tətbiq olunur 2 İyun 2020, 00:55 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə yeni rəis müavini təyin edildi 2 İyun 2020, 00:38 Helikopter qəzasında 4 nəfər öldü 2 İyun 2020, 00:23 Bulvarda şəkil çəkmək istəyən gənc dənizə düşdü 2 İyun 2020, 00:07 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 1 İyun 2020, 23:52 Etirazçılara qarşı bunu da etdilər - VİDEO 1 İyun 2020, 23:39 Paytaxtda COVID-19 qurbanlarının sayı 2624-ə çatdı 1 İyun 2020, 23:24 Xırdalanda kişi yaşadığı binanın qarşısında bıçaqlanıb 1 İyun 2020, 23:11 Avropa Olimpiya Komitəsinin prezidenti öldü 1 İyun 2020, 22:54 “ÜST vasitəsilə  yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik” - İlham Əliyev 1 İyun 2020, 22:40 Bakıda motosiklet yük maşınına çırpıldı 1 İyun 2020, 22:27 Azərbaycan prezidenti: “Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik” 1 İyun 2020, 22:16 Qənirə Paşayeva 500 Tovuz məktəblisinə kitab hədiyyə edib 1 İyun 2020, 22:11 “Dörd ay ərzində qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunub” - İlham Əliyev 1 İyun 2020, 22:04 “Hazırda biz yeni layihələr üzərində işləyirik” - Prezident 1 İyun 2020, 21:53 ABŞ-da küçəyə çıxma qadağası 1 İyun 2020, 21:44 Türkiyədə sutkalıq COVİD-19 qurbanlarının sayı  23 nəfərədək azaldı 1 İyun 2020, 21:28 "Qarabağ" məşqləri bərpa etdi 1 İyun 2020, 21:16 Bu ölkədə koronavirus qurbanlarının sayı 33 475-ə çatdı 1 İyun 2020, 21:04 Goranboyda taxıl biçininə start verildi - FOTO 1 İyun 2020, 20:48 Ermənistanda ağır vəziyyətdə olan 500 koronaviruslu xəstə var 1 İyun 2020, 20:38 Sosial şəbəkələrin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsi aktualdır 1 İyun 2020, 20:25 Azərbaycanda sabiq bələdiyyə sədrini döyüb xəstəxanalıq etdilər 1 İyun 2020, 20:14 Atışmada iki hərbçi öldü 1 İyun 2020, 20:01 Putinlə Tramp telefonla danışdılar 1 İyun 2020, 19:57 AFFA mövsümü dayandırdı - çempion bəlli oldu 1 İyun 2020, 19:48 Milli Məclis müsabiqə elan etdi 1 İyun 2020, 19:39 Mərkəzi Bankdan TƏKZİB: “Qeyd olunan məlumat həqiqəti əks etdirmir” 1 İyun 2020, 19:30 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri - Fotolar 1 İyun 2020, 19:20 UNEC-də bəzi kafedra və fakültələr ləğv edildi 1 İyun 2020, 19:10 Qapıları 70 gün müştərinin üzünə bağlı qalan “Mall”lardan FOTOREPORTAJ 1 İyun 2020, 19:00 Azərbaycanda koronavirus testindən keçənlərin sayı 300 mini keçdi - RƏSMİ 1 İyun 2020, 18:52 Litva Prezidenti İlham Əliyevi təbrik edib 1 İyun 2020, 18:44 Azərbaycanda 5 nəfər koronavirusdan öldü - daha 168 nəfər yoluxdu 1 İyun 2020, 18:36 Şəhərdə dolaşan ayı ilə bağlı daha bir AÇIQLAMA 1 İyun 2020, 18:31