Modern.az

Gürcüstan baş nazirindən “Keşikçidağ” bəyanatı

Gürcüstan baş nazirindən “Keşikçidağ” bəyanatı

Aktual

26 May 2019, 17:46

Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclası iyunun ikinci yarısında keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstan baş naziri Mamuka Baxtadze ONA-ya müsahibəsində bildirib.

 

Baş nazir bu gün Gürcüstan vətəndaşlarının Keşikçidağda yerləşən məbədə rahat şəkildə getdiyini bildirib:

 

“Gürcüstan mediasından xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşsın. Bu, çox emosional məsələdir. Komissiya öz işini davam etdirir. Bu məsələ iki qardaş və dost ölkə arasında öz həllini tapacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!