Modern.az

Bakıdan Qəbələyə dəmiryolu ilə 3 saata çatmaq olacaq

Bakıdan Qəbələyə dəmiryolu ilə 3 saata çatmaq olacaq

Aktual

26 May 2019, 20:03

"Qəbələ istiqamətində olan dəmiryolu təqribən 45-46 kilometrdir. Yolun coğrafi mövqeyi bir qədər çətindir. Amma dəmiryolu ilə Bakıdan Qəbələyə 3 saata çatmaq mümkün olacaq". Modern.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

 

Cavid Qurbanov  qeyd edib ki, həmin yolda sürüşmələr ola bilər: “Belə ki, dəmiryolu məsləhətçi firmaların nəzarəti altında tikilir. Yolun bu ilin sonuna qədər torpaq yatağı bitəcək. Çalışırıq ki, yol və yol yatağını bitirək. Sürət orta hesabla 100 km olsa, 3 saat ərzində Bakıdan Qəbələyə getmək mümkündür".

 

Qeyd edək ki, C.Qurbanov bir müddət əvvəl gələn ilin yay aylarından sərnişinlərin Bakıdan Qəbələyə sürət qatarı ilə gedə biləcəklərini qeyd etmişdi. O, həmçinin əlavə etmişdi ki, bu istiqamətdə əlavə 11 elektrik qatarı, 3 dizel qatarının alınması vacibdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir