Modern.az

Ukraynada fövqəladə vəziyyət

Ukraynada fövqəladə vəziyyət

27 May 2019, 00:44

Ukraynanın Qərb bölgəsində hökm sürən qeyri-sabit hava şəraiti fövqəladə vəziyyət yaradıb.

 

Modern.az “Azərtac”a istinadən xəbər verir ki, qasırğa ilə müşahidə olunan güclü yağışlar nəticəsində İvano-Frankovsk şəhərində 57 yaşlı kişi və 11 yaşlı oğlan ölüb.

 

Məlumata görə, qeyri-sabit hava şəraiti Zakarpatya, İvano-Frankovsk, Lvov, Xmelnitski və Çernovtsı vilayətlərinə ziyan vurub. Sellə müşayiət olunan güclü yağış nəticəsində 10 minə yaxın ev, 9 minə yaxın kənd təsərrüfatı sahəsi, 100 kilometrlik yol su altında qalıb.

 

Fövqəladə hallar yaranan zaman təhlükəli zonalardan minə yaxın insan, 90-dan artıq avtomobil evakuasiya olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır