Arxiv
2 İyun 2019, 12:47 | TƏHSİL
Bu il niyə 700 bal toplayan yoxdu? 1000 ballıq məsələ...

Etibar Əliyev,
Təhsil eksperti


Bu il ali məktəblərə qəbul imtahanlarında maksimum bal toplayan olmayıb və istər-istəməz bunun səbəbləri ilə bağlı suallar yaranır. Yaranmalıdır. Amma emosionallıq üçün yox, doğru analiz və faydalı müzakirə üçün.
Gəlin ilk olaraq bir suala cavab verək: bunu təhsilin səviyyəsinin aşağı düşməsi kimi qiymətləndirmək olarmı? Obyektiv yanaşaq, tutaq ki, ötən ildən bu yana inkişaf olmayıb, lakin enmə də olmayıb. Eyni nazirdir, eyni abi-havadır, eyni məktəblərdir. Başqa vaxt 700 balları məktəbin yox, repetitorların uğuru sayanlar da olurdu, indi bunu repetitorların da uğursuzluğu da saymaq olmaz, onlar da yerində qalıb. 700 bal yığılmaması ilə bağlı mətbuatda tənqidi yazılardan birində müəllif haqlı olaraq soruşur: “Bəs bu necə oldu? Təcrübə göstərir ki, builki abituriyentlər keçənilkilərdən (eləcə də 10, 20 il öncəkilərdən) daha çox oxuyur, daha çox hazırlaşırlar”.

Deməli, səbəb test suallarının məzmunu ilə bağlıdır. Aşağıdakılardan hansılar baş verib:

1) Tapşırıqlar daha çətin olub;
2) Yeni tip tapşırıqlar olub;
3) Keyfiyyətsiz tapşırıqlar olub;
4) Daha keyfiyyətli olub.

Tapşırıqlar daha çətinmi olub? Mənim yadıma gəlir, vaxtı ilə Misir Mərdanov imtahan nəticələrinin aşağı olması ilə bağlı qəribə və gülməli bir izah vermişdi ki, suallar çətin olur. O zaman mətbuatda nazirə yaxşı cavab verdilər: suallar niyə asan olmalıdır? Doğrudan da suallar asan ola bilməz, məktəb proqramının tələblərini aşmadan (kurilkulumlar bunu daha dəqiq aparmağa imkan verir) çətin sualların düşməsi təhsilə ziyan deyil. Çətin dedikdə, olimpiada suallarından, proqramı aşan tapşırıqlardan söhbət getmir. Normalda məktəb dərslərinin tələblərinə daxil olan və asan olmayan suallar nəzərdə tutulur. Bundan qorxmaq əvəzinə, nəzarət etmək lazımdır ki, əskinə, asan suallarla yüksək nəticə göstərənlər, ictimaiyyəti aldatmasın.

Mənim təhlillərimə görə bu il sualların çətinlik səviyyəsi də dəyişməyib, onların keyfiyyətinin azalıb-artmasından da söhbət getmir, əsl səbəb doğrudan da, yeni tip sualların – açıq tipli sualların imtahana salınması ilə bağlıdır.
Nazirlik əvvəldən bəyan etmişdi ki, digər tip bacarıqların aşağı olmasına görə imtahanın məzmununa açıq tipli suallar salınacaq. Bütün suallar bu məsələ üzərində qoyulmalıdır. Deməli, doğrudan da uşaqlarımız açıq tipli suallara cavab verməkdə çətinlik çəkir. Təsdiq olunan budur. 700 balların arxasında gizlənib, yalandan öyünməkdənsə, bu cür etiraf yaxşıdır. Məktəb doğrudan da açıq tipli sualları çözmək bacarığını yüksəldə bilmir. 
Gəlin öncədən razılaşaq ki, imtahanın başlıca nəticəsi 700 balların sayı ilə ölçülmür. Zatən 85 faizlik göstərici bütün dünyada əla kimi qiymətləndirilir. 700 bal böyük uğurdur, bu uşaqlar hər cür hörmətə və diqqətə layiqdir, amma çox istedadlı uşaqlar, o cümlədən olimpiada uğurları olan uşaqlar dünyanın hər yerində ümumi standart test imtahanlarında 100 faizlik nəticə göstərmir. Bunun da müxtəlif səbəbləri var, kifayət qədər öyrənilmiş məsələdir.
Yəni 700 bal toplayacaq abituriyentlər yenə də çempiondur, bu dəfə tutaq ki, 695 balla. Heç kimin haqqına girilməyib. Bizim qorxacağımız ədalətsizliyin olmasıdır. Bunu da iddia edə bilmərik. Bütün dünyada test üsulunu pisləyənlərə qarşı ən yaxşı cavab odur ki, bundan ədalətli seçim yoxdur.

Hamı eyni şərtlər altında yarışıb. Çempion yenə öndədir, əla qiymət alanlar yenə öndədir, uğursuz olanlar da yenə ortadadır.
Şişirtmədən, asan imtahandansa, daha sərt müsabiqə üstündür. Ədalət hər hansı digər göstəricidən üstündür.
Keçək yeni tapşırıqlara, açıq sualların salınmasına. Mən açıq suallara cavab vermək bacarığının vacib olmasını, yazı bacarıqlarının inkişafını və tənqidi oxu keyfiyyətinin, natiqliyin vacib olduğunu qəbul edirəm. Dövlət İmtahan Mərkəzinin bu qayğısını başa düşürəm, haqsızlıq saymıram, amma yenə də açıq tipli sualların imtahana salınmasının üzərində düşünməyi vacib sayıram. Onu da bilirəm ki, buna çağırışlar bütün dünyada var. Həm də qiymətləndirmədə insan iştirakına birmənalı olmayan münasibətləri də bilirik.

İmtahana düşən açıq tipli suallardan uşaqlar razı qalmır, onların bəzilərini ikibaşlı cavablar tələb etdiyini deyirlər. İldən-ilə bunu da təkmilləşdirmək olar. Amma yenə də bütün ixtiyarı Ədalətin Təntənəsinə xələl gətirməyəcək maşınlara verməyin tərəfindəyəm. O maşınlar ədalətli və dəqiq işləyən riyaziyyat proqramlari ilə işləyir. İnsan amili ilə şübhə yeri qoymur. Nazirlik, DİM bunu yenidən düşünməli, cəmiyyətin qəlbində özünə yurd qurmuş bir sistemi saxlamalıdır. 
Bəli, qapalı test sualları ilə qiymətləndirmənin də qüsurları var, amma üstünlükləri daha çoxdur. Bu üsulla gedən ABŞ universitetləri gerimi qalıb?! Çoxlu tədqiqatlar var, test üsulunun əvəzsiz olduğunu göstərir. Bunları sadalamaq istəmirəm. 
Bunun əvəzinə, qapalı test suallarının keyfiyyətini dəyişmək olar, onlara tənqidi oxu məzmunu əlavə etmək olar, keys (situasiya) suallarının qapalı forması ilə digər bacarıqları da yoxlamaq olar, amma qiymətləndirmədə insan amilinin lap aşağı salınması istiqamətində çalışmalar davamlı olmalıdır. 

Bu, 700 yox, 1000 ballıq məsələdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans keçirilib - FOTO 29 May 2020, 10:13 Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb 29 May 2020, 10:05 Fond bağlanan bankların kreditorlarına yenidən müraciət etdi 29 May 2020, 09:58 Ali məktəbə qəbulda abituriyentlər ixtisas seçimində nələrə diqqət yetirməlidirlər? 29 May 2020, 09:50 Ermənilər atəşkəsi 25 dəfə pozub 29 May 2020, 09:44 DİM müraciət yaydı: bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək 29 May 2020, 09:38 Qubada “UAZ” dərəyə aşdı – 1 nəfər öldü 29 May 2020, 09:28 Dünyanın ən yaşlı kişi sakini vəfat etdi 29 May 2020, 09:20 Tramp sosial şəbəkələrin izlənilməsinə dair sərəncam imzaladı 29 May 2020, 09:13 Gəncədə xidməti otaq yandı 29 May 2020, 09:05 Jurnalist Eynulla Fətullayevə ağır itki ÜZ VERDİ 29 May 2020, 08:50 “Koronavirus ən azı 1 il bizimlə olacaq” - Türkiyədən gəlmiş həkimlə MÜSAHİBƏ 29 May 2020, 08:40 “Bəzi məqamlarda çoxarvadlılıq vacibdi” - Şeyxin internetdə olmayan MÜSAHİBƏSİ 29 May 2020, 08:26 Kirovun Bakıdakı manyak sərsəmləməsi - inqilabi-seksual çıxışı 29 May 2020, 08:24 Dünyada koronavirusa yoluxanların sayı 6 milyona yaxınlaşır 29 May 2020, 08:21 Əli Əsədov MDB ölkələrinin baş nazirləri ilə müzakirələr aparacaq 29 May 2020, 06:13 Qlobal Qəzetçilər Şurasından Azərbaycana bayram təbriki - FOTO 29 May 2020, 01:06 Dünyanın ən yaşlı kişi sakini öldü 29 May 2020, 00:51 Bakıda avtomobil 31 yaşlı kişini vurdu 29 May 2020, 00:40 Moskvada koronavirus qurbanlarının sayı artıb 29 May 2020, 00:26 Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi 29 May 2020, 00:11 Çili koronavirusa yoluxmalara görə Çini geridə qoydu 29 May 2020, 00:09 Bakıda karantin rejimini pozan kafelər aşkarlandı 28 May 2020, 23:55 İtaliya çempionatı iyunun 20-də bərpa olunacaq 28 May 2020, 23:34 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 27 119-a çatdı 28 May 2020, 23:23 Azərbaycan bayrağı dünyanın ən hündür binasında 28 May 2020, 23:17 Əsəd rejiminə qarşı sanksiyanın müddəti uzadıldı 28 May 2020, 23:10 28 May Azərbaycan qədər Türkiyənin də əziz günüdür - Qənirə Paşayeva 28 May 2020, 22:54 ATƏT PA sədri Milli Məclisin spikeri ilə danışıq aparıb 28 May 2020, 22:49  “Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər” - Prezident 28 May 2020, 22:38 Türkiyədə karantin rejimi yumşaldılır 28 May 2020, 22:21 “Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - İlham Əliyev 28 May 2020, 22:12 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 28 May 2020, 22:00 Türkiyədə 161 min insan COVİD-19-a yoluxdu 28 May 2020, 21:48 Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır 28 May 2020, 21:44