Arxiv
3 İyun 2019, 11:14 | HADİSƏ
Hacı Muradın qalıqları oğurlanıb? - Qaxın deputatı: “Komissiya yaradılmalıdır!”

XIX əsrin ortalarında Qafqaz müharibəsində dağlıların liderlərindən biri olmuş Hacı Muradın nəşinin yenidən dəfn edilməsi ətrafında qeyri-müəyyənlik davam edir. Rusiya KİV-ləri Hacı Muradın qalıqlarının iyunun 2-də Dağıstanın Xunxzax kəndində dəfn olunduğunu iddia edib.



Məsələ ilə bağlı Milli Məclisin Qax rayonundan seçilmiş deputatı Azər Kərimli Modern.az-a bildirib ki, Hacı Muradın məzarı Qax rayonun Tanqıt və Baydarlı kəndləri yaxınlığında sıx meşəlik ərazidədir:


“O məzar təkdir, meşə massivində, fındıqlıq ərazidədir. Yəni nə kəndin içində, nə də kənd qəbristanlığında olmadığından mühafizəsi yoxdur. Bu gün olan vəziyyətə görə, başdaşı, sinədaşı yerindədir. Sadəcə üzü məzara duranda sağ tərəfdə yer daşlarının söküldüyü görünür. Amma bu o demək deyil ki, qalıqlar qəbirdən çıxarılıb”.


Deputat qeyd edib ki, bunu aydınlaşdırmaq üçün komissiya yaradılmalıdır:


“Çünki bunu gözlə görmək mümkün deyil. Dəqiqləşmə üçün rayon səviyyəsində komissiya yaradılmalıdır”.


A.Kərimlinin sözlərinə görə, əgər qalıqlar aparılıbsa belə, oğurlanaraq aparılıb:


“Amma bunu dəqiqləşdirmək lazımdır. Adi gözlə baxaraq, bunu ayırd etmək mümkün deyil. Rusiya KİV-lərinin yaydığı məlumata münasibət bildirmək üçün qəbir rəsmi olaraq açılmalıdır. İndiki məqamda biz bunu nə təsdiq, nə də təkzib edə bilərik”.


“Kafkazskiy uzel” saytı Çar Rusiyasına qarşı inqilabi dəstələrə rəhbərlik etmiş əfsanəvi çeçen qəhrəman Şeyx Şamilin ən yaxın silahdaşlarından olmuş və məzarı hazırda Qax rayonunda olan Hacı Muradın qalıqlarının doğulduğu Dağıstanın Xunxzax kəndinə aparıldığını iddia edib. Sayt Hacı Muradın  qalıqlarının basdırılması üzrə təşkilat komitəsinin sədri Maqomed Əmirxanova istinadən xəbər yayıb ki, qalıqlar iyunun 2-də dəfn edilib. İyunun 2-də isə onun qalıqlarının Xunxzaxda dəfn olunduğu iddia edilən fotolar yayılıb.


Məlumat üçün bildirək ki, Qafqaz müharibəsi dövründə İmam Şamilin naibi olan Hacı Murad 1852-ci ilin mayın 5-də qətlə yetirilib. Onun başı bədənindən ayrılaraq Peterburqdakı Hərbi Tibbi Akademiyaya göndərilib. 1959-cu ildən etibarən isə Antropologiya və Etnoqrafiya muzeyində saxlanılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ayın səthinə Çinin bayrağı sancıldı - FOTO 4 Dekabr 2020, 18:02 Erməni diplomatlar baş nazir və hökumətin istefasını tələb edirlər 4 Dekabr 2020, 17:56 TÜRKPA-nın Baş katibi İlham Əliyevi təbrik etdi 4 Dekabr 2020, 17:50 Almaniyada vaksinasiya pulsuz olacaq 4 Dekabr 2020, 17:44 “Fransa Milli Assambleyası parlament kimi öz ciddiliyini itirib” - Şentop 4 Dekabr 2020, 17:38 Dolların məzənnəsi sabit qaldı 4 Dekabr 2020, 17:32 ATƏT-ə yeni baş katib təyin olundu 4 Dekabr 2020, 17:26 Bakı və Yerevan əsirlərin tam siyahısını “Qızl Xaç”a TƏQDİM ETDİ 4 Dekabr 2020, 17:20 Kəlbəcərin Yanşaq kəndinin görüntüləri - VİDEO 4 Dekabr 2020, 17:14 Bakıda parada hazırlıq işləri gedir - FOTOLAR 4 Dekabr 2020, 17:08 Azərbaycan Fransaya nota verdi - Səfir nazirliyə çağrıldı   4 Dekabr 2020, 17:02 Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb 4 Dekabr 2020, 16:56 “Azərbaycanlı hərbçilər Xankəndiyə gəliblər” - Erməni ekspertdən ETİRAZ 4 Dekabr 2020, 16:50 Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazdı 4 Dekabr 2020, 16:44 Ceyhun Bayramov latviyalı həmkarı ilə danışdı 4 Dekabr 2020, 16:38 Sabiq icra başçısı vəfat etdi 4 Dekabr 2020, 16:32 Hərbçilərimiz canları bahasına bu qələbəni əldə ediblər - Milix Yevdayev 4 Dekabr 2020, 16:26 Ərdoğan Bakı səfərinin tarixini AÇIQLADI 4 Dekabr 2020, 16:20 Ceyhun Bayramov Belarusun Azərbaycandakı səfirini qəbul edib 4 Dekabr 2020, 16:15 Mahmud Hacıyev: “Qarabağda qanunsuz silahların yığılması barədə tədbirlər görüləcək” 4 Dekabr 2020, 16:10 “İlham Əliyevin Fransaya tövsiyəsini mən də dəstəkləyirəm” - Ərdoğan 4 Dekabr 2020, 16:05 Azərbaycanda daha 4267 nəfər virusa yoluxdu - 41 nəfər öldü 4 Dekabr 2020, 16:00 Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO 4 Dekabr 2020, 15:55 Türkiyədə rusiyalı jurnalistlər SAXLANILDI 4 Dekabr 2020, 15:50 Komandir - VİDEO 4 Dekabr 2020, 15:44 Millət vəkilindən azad edilmiş ərazilərə dair maraqlı TƏKLİFLƏR 4 Dekabr 2020, 15:38 Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər  4 Dekabr 2020, 15:32 Milli Məclisdə büdcə müzakirələri başlayır - Üç məsələyə diqqət ayrılacaq 4 Dekabr 2020, 15:26 Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB 4 Dekabr 2020, 15:20 UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! 4 Dekabr 2020, 15:15 Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK 4 Dekabr 2020, 15:13 Səttar Möhbalıyev: Şəhidlərə ehtiramımız sonsuzdur! 4 Dekabr 2020, 15:10 “Türk əsgəri olduğu torpağa həmişə sülh gətirib” - Deputat 4 Dekabr 2020, 15:05 “Şəhidlərimizin qanı nahaq yerə tökülmədi” - Mehriban Əliyeva 4 Dekabr 2020, 15:00 LAÇIN-düşmən üzərində tam Qələbə! 4 Dekabr 2020, 14:55
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?