Arxiv
4 İyun 2019, 08:51 | TƏHSİL
700 bal toplayanlardan ötrü “ah-nalə” - Məleykə Abbaszadə CAVAB VERDİ

Məleykə Abbaszadə

DİM Direktorlar Şurasının sədri


Bəzilərinin öyüd-nəsihətlərinə cavab

Qeyd: statistik məlumatları istifadə edərkən mənbəni göstərməyiniz xahiş olunur.

İlk olaraq, kütləvi test imtahanlarının keçirildiyi illərdə 700 bal toplayan abituriyentlərlə bağlı statistikanı rəsmi surətdə təqdim edirik. 


Cədvəldən də göründüyü kimi, test imtahanları 1992-ci ildən etibarən keçirilsə də, ilk 700 bal toplayanlar 2007-ci ildə qeydə alınıb. Vurğulamaq lazımdır ki, bundan öncə 2001-ci ildə ölkə Prezidentinin müvafiq Fərmanına əsasən qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlərə Prezident təqaüdü təyin edilmişdir. Bununla da, abituriyentlərdə nəinki bu və ya digər ixtisasa qəbul olunmaq üçün tələb olunan balları toplamaq, eyni zamanda təqaüd almaq üçün öz ixtisas qrupunda birinci olmağa motivasiya yaranmışdır. Məhz bunun nəticəsində 2007-ci ildə ilk “700 ballı”ları müşahidə etdik. Qeyd etmək lazımdır ki, pedaqoji nöqteyi-nəzərdən 650 baldan yuxarı nəticə göstərən abituriyentləri bir-birindən fərqləndirmək düzgün deyil. Onların hamısı çox savadlı və məqsədyönlü şəxslərdir. Lakin müsabiqənin xüsusiyyətləri və abituriyentlərin iddia etdikləri müxtəlif ixtisaslarda yerlərin məhdud sayı konkret bir parametrin, yəni bədnam insan amili olmadan (insan amili dedikdə tapşırıq və ya pul ilə nəyisə həll etmək nəzərdə tutulur) abituriyentləri sıralamağa imkan verən balın zəruriliyini diktə edir. Ballar məhz bunun üçün lazımdır.


İkincisi, bəzi yazılarda DİM-in əvvəlki fəaliyyətinin İsveçrə saatının işi ilə müqayisəsi, əlbəttə ki, bizə xoş gəlməyə bilməz, lakin əfsuslar olsun ki, bu ifadə elə bir kontekstdə verilib ki, elə bil müəllif bu İsveçrə saatını bizə 27 əvvəl hədiyyə edib, biz müvəffəqiyyətlə ondan istifadə etmişik, indi isə onu sökməyə qərar vermişik.


Nəzərinizə çatdırırıq ki, DİM-in strukturu açıq sosio-texniki sistem kimi son 25 il ərzində formalaşmışdır. Bu sistem kütləvi prosesləri və 2 milyondan artıq insan haqqında verilənlər bazasını idarə etməyə imkan verən, xüsusi olaraq qurulmuş aparat-texnoloji istehsalatdan ibarətdir. Bu da İT mütəxəssisləri kollektivinin gərgin əməyinin nəticəsidir.


DİM-in strukturuna, həmçinin menecerlərin, imtahana cəlb olunan nəzarətçi və imtahan rəhbərlərinin, markerlərin hazırlanması və təkmilləşdirilməsi, bu mütəxəssislərin sertifikatlaşdırılması sistemi də daxildir və bütün bunlar saat kimi işləyir!


DİM-in strukturuna keçirdiyimiz bütün imtahan növlərinin məzmununun formalaşdırılmasını və təhlilini həyata keçirən elmi-metodiki bölmələr də daxildir. Bu işdə 5 mindən çox ekspert – alim və pedaqoq iştirak edir. Artıq indidən 2020-25-ci illərdə həyata keçiriləcək imtahanların məzmununu müzakirəyə çıxaran onlarla ekspert şuraları var və onlar da saat kimi işləyir!


DİM-in strukturuna imtahanların maddi təchizatı və prosesin logistikası ilə məşğul olan bölmələr də daxildir.


DİM-in strukturuna bütün prosesləri müşayiət edən hüquqi və psixoloji xidmətlər də daxildir.


DİM-in strukturuna elektron xidmətlərin göstərilməsi və bütün kütləvi proseslərin informasiya təminatı daxildir və bütün bunlar saat kimi işləyir!


Nəhayət, DİM-in tərkibinə hər il keçirilən bütün imtahanların nəticələri əsasında statistik araşdırmalar apararaq ictimaiyyətin diqqətinə təqdim edən analitik bölmə daxildir. “Abituriyent” jurnalının 12-ci sayı dərc olunur, regionlar üzrə məlumatlar məcmuə şəklində hər bir rayona göndərilir, məktəblər üzrə məlumatlar “Mənim məktəbim” saytında, bütün statistik məlumatlar DİM saytının “Tədqiqat” bölməsində yerləşdirilir. Yeri gəlmişkən, 2018/2019-cu tədris ili üzrə “Abituriyent” jurnalının 12-ci sayı işıq üzü görmüşdür, hər kəs oradakı məlumatlarla tanış ola bilər.


Ölkənin təhsil və qiymətləndirmə sistemlərinin yaxşılaşdırılmasına dair məsləhətlər verənlərə sualım var: siz hansı göstəriciləri yaxşılaşdırmağı təklif edirsiniz?


2018/2019-cu tədris ili üzrə “Abituriyent” jurnalının 12-ci sayı 6 paraqrafdan və 517 səhifədən ibarətdir. Jurnalın birinci paraqrafının 1-ci hissəsi “Dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul” başlığı altında, 24 qrafik və 71 cədvəldən ibarət olan statistik təhlilin nəticəsi kimi təqdim olunmuşdur. Sizin fikrinizcə, biz nəyin səviyyəsini aşağı salmışıq? Yaxud, əksinə, qaldırmışıq? Təhsil sistemi qarşısında duran məsələlərin hər zaman çoxparametrli olduğunu, yoxsa məktəb təhsilinin əsas məqsədi kimi şagirdlərin şəxsiyyətyönümlü inkişafının qoyulmasını, və bu məqsədin başqalarının əməyi hesabına özlərini “piar” edənlərin məqsədlərindən fərqli olduğunu? Aydın məsələdir.


Lakin bizi daha çox incidən başqa məsələdir: Hökuməti tənqid etməzdən əvvəl heç olmazsa, Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün təsdiq olunmuş dövlət sifarişi üzrə proqnozla tanış olun. Dövlət sifarişi üzrə yerlərin sayı bu il ötən illə müqayisədə 12 mindən 20 minədək artmışdır. Yəni bu il dövlət sifarişi əsasında təhsil almaq imkanını əldə edən abituriyentlərin sayı 8 min nəfər çox olacaq.


Hörmətli cənablar, əziyyət olsa da, bu il üçün qəbul qaydaları ilə də tanış olun. Dövlət sifarişi əsasında qəbul aparılan yerlər üzrə müsabiqə şərtləri keçən ilə nisbətən liberallaşdırılmışdır. Bu şərtlər ümumi müsabiqəyə buraxılma şərtlərindən fərqlənmir, keçən ilə nisbətən isə 50-100 bal aşağı salınıb (bax: cədvəl 2). İndi deyin, kim gənclərin taleyini düşünür? İmtahan modelini dəyişməklə DİM hansı gizli məqsədləri güdür? Bunlar, əlbəttə, ritorik suallardır.


Lakin biz ruhdan düşmürük. Bu il 22-27 sentyabrda Bakıda artıq ikinci dəfə (birinci dəfə 2007-ci ildə də keçirilmişdir) Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın (IAEA - International Association for Educational Assessment) "Qiymətləndirmə və qərar qəbuletmə: fərdi və institusional həll yolları" mövzusunda konfransı keçiriləcək. 45 ölkədən 169 elmi mühazirə qeydə alınmışdır. Azərbaycandan 14 nəfər qeydiyyatdan keçib. Müqayisə üçün deyək ki, Böyük Britaniya və ABŞ-dan müvafiq olaraq 17 və 11 nəfər qeydiyyatdan keçib. İştirakçıların sayını müqayisə edin. Bəs ölkədə təhsilin keyfiyyətinə can yandıran öz mütəxəssislərimiz hardadırlar?


Konfransda iştirak üçün qeydiyyat davam edir. Bütün arzu edənləri işimizin keyfiyyətini müzakirə etməyə, ən əsası isə təhsil sisteminin inkişafı üçün hazır reseptə malik olanları vaxt tapıb beynəlxalq elmi-praktik konfransda iştirak etməyə dəvət edirik. Həm də İsveçrə saatının işini də müzakirə edərik (İsveçrədən 2 iştirakçı qeydə alınmışdır).


P.S. KİV nümayəndələrindən bir xahişimiz var: bu yazını ya bütöv şəkildə dərc edin və ya heç dərc etməyin, yazının başlığını dəyişməyin. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb 29 May 2020, 10:05 Fond bağlanan bankların kreditorlarına yenidən müraciət etdi 29 May 2020, 09:58 Ali məktəbə qəbulda abituriyentlər ixtisas seçimində nələrə diqqət yetirməlidirlər? 29 May 2020, 09:50 Ermənilər atəşkəsi 25 dəfə pozub 29 May 2020, 09:44 DİM müraciət yaydı: bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək 29 May 2020, 09:38 Qubada “UAZ” dərəyə aşdı – 1 nəfər öldü 29 May 2020, 09:28 Dünyanın ən yaşlı kişi sakini vəfat etdi 29 May 2020, 09:20 Tramp sosial şəbəkələrin izlənilməsinə dair sərəncam imzaladı 29 May 2020, 09:13 Gəncədə xidməti otaq yandı 29 May 2020, 09:05 Jurnalist Eynulla Fətullayevə ağır itki ÜZ VERDİ 29 May 2020, 08:50 “Koronavirus ən azı 1 il bizimlə olacaq” - Türkiyədən gəlmiş həkimlə MÜSAHİBƏ 29 May 2020, 08:40 “Bəzi məqamlarda çoxarvadlılıq vacibdi” - Şeyxin internetdə olmayan MÜSAHİBƏSİ 29 May 2020, 08:26 Kirovun Bakıdakı manyak sərsəmləməsi - inqilabi-seksual çıxışı 29 May 2020, 08:24 Dünyada koronavirusa yoluxanların sayı 6 milyona yaxınlaşır 29 May 2020, 08:21 Əli Əsədov MDB ölkələrinin baş nazirləri ilə müzakirələr aparacaq 29 May 2020, 06:13 Qlobal Qəzetçilər Şurasından Azərbaycana bayram təbriki - FOTO 29 May 2020, 01:06 Dünyanın ən yaşlı kişi sakini öldü 29 May 2020, 00:51 Bakıda avtomobil 31 yaşlı kişini vurdu 29 May 2020, 00:40 Moskvada koronavirus qurbanlarının sayı artıb 29 May 2020, 00:26 Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi 29 May 2020, 00:11 Çili koronavirusa yoluxmalara görə Çini geridə qoydu 29 May 2020, 00:09 Bakıda karantin rejimini pozan kafelər aşkarlandı 28 May 2020, 23:55 İtaliya çempionatı iyunun 20-də bərpa olunacaq 28 May 2020, 23:34 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 27 119-a çatdı 28 May 2020, 23:23 Azərbaycan bayrağı dünyanın ən hündür binasında 28 May 2020, 23:17 Əsəd rejiminə qarşı sanksiyanın müddəti uzadıldı 28 May 2020, 23:10 28 May Azərbaycan qədər Türkiyənin də əziz günüdür - Qənirə Paşayeva 28 May 2020, 22:54 ATƏT PA sədri Milli Məclisin spikeri ilə danışıq aparıb 28 May 2020, 22:49  “Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər” - Prezident 28 May 2020, 22:38 Türkiyədə karantin rejimi yumşaldılır 28 May 2020, 22:21 “Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - İlham Əliyev 28 May 2020, 22:12 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 28 May 2020, 22:00 Türkiyədə 161 min insan COVİD-19-a yoluxdu 28 May 2020, 21:48 Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır 28 May 2020, 21:44 “Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir” - İlham Əliyev  28 May 2020, 21:26