Arxiv
4 İyun 2019, 09:11 | MƏDƏNİYYƏT
Göy cismi Ay, yoxsa təqvim ayı? - Ramazanla bağlı fikir ayrılığı

Nəriman Qasımoğlu,
Dinşünas alim

Ramazan ayı girər-girməz, bitər-bitməz müsəlmanlar yenə də fikir ayrılığındadır. Ay nə zaman başlayır, Ramazan bayramı nə zaman keçrilməlidir sualları ətrafında insan ayağının çoxdan bəridir Aya dəydiyi, planetlərarası uçuşları gerçəkləşdirməyin yolları arandığı bir dövrdə də bu fikir ayrılığı gündəmi zəbt edir.

Bu ay təqviminin Ramazanı necə ola bilər ki, Tehranda, Bağdadda, Məkkədə, İstanbulda, Bakıda və b. şəhərlərdə fərqli tarixlərdə başlasın və bitsin? Məsələ burasındadır müsəlmanlar gözlərini göyə dikib hilalı, bu aydoğdunu fərqli günlərdə görürlər. Belə hesab edirlər ki, aydoğdunu sadəcə ya gözlərilə, ya da teleskopla görməlidirlər ki, ay nə zaman başlanır deyə qərar versinlər. Yəni astronomik ayın, təqvim ayının girişi onları maraqlandırmaz, çünki bu zaman aydoğdu görünməyə bilər.

“Hərçənd OXU Ramazanın aydoğdunun görülməsi ilə deyil, təqvim ayı olaraq başlanılmasına verilən şəhadətlə daxil olmasını açıqca vurğulayır. Mətnin əsli belə deyir: “şəhru ramada:na-l-ləzi: unzilə fi:hi-l-qur'ə:nu hudən li-n-nə:si va bəyyinə:tin minə-l-hudə: va-l-furqa:ni fəmən şəhidə minkumu-ş-şəhra fəlyasumhu”.
Tərcüməsi: “Ramazan ayı ki var, onda insanlara bələdçilə Ayırddan aydın dəlillər olaraq bu OXU endirilmiş. Kim sizdən o aya tanıqlıq eylədisə, oruc tutsun o ayı” (İnək surəsi, 2:185).

Tərcümələrin əksəriyyətində “şəhidə-ş-şəhra” ifadəsi “ayı gördü” kimi keçir. Bəzi tərcümələrdə (məsələn, ingiliscə) “aydoğdunu” mötərizədə yazaraq “təqvim ayını gördü” ifadəsinə üstünlük verirlər. Bu da sual altındadır ki, təqvim ayını bəsirət gözü ilə deyil, adi gözlə necə görmək olar.

OXU-da keçən “şəhr” sözü göy cismi mənasında ay deyil, məhz təqvim ayıdır. Başqa ayələrdə də bu söz yalnızca həmin anlamda işlənir. Məsələn: “Göylərlə yeri yaradan gün Tanrı yazısına görə on ikidir Tanrı qatında ayların sayı” (Tövbə surəsi 9:36). Yazının orijinalında da təqvim ayı mənasında “şəhr” və bu sözün cəmi “əşhur” keçir. Göy cismi mənasında isə işlənən söz bizim “qəmər” kimi tələffüz etdiyimiz “qamər”dir. OXU-nun 54-cü surəsinin adı “Qamər”, yəni göy cismi olan aydır.

“Şəhidə-ş-şəhra” ifadəsi “təqvim ayına şahidlik etdi” anlamındadır, gördü anlamında yox. Bunlar fərqli nəsnələrdir. Çünki təqvim ayı gözlə görülməz, bu ayın gəlişinə yalnız şahidlik etmək olar. Və bu ayın gəlişi zamanlanmasına dəqiqliklə tanıqlığı isə astronomlar edə bilərlər ki, onların bu şahidliyinə biz də inanıb şəhadət verməliyik. Əski zamanlarda bu, mümkün deyildi və bu mənada tam anlaşılandır ki, Ramazanın gəlişinin və gedişinin zamanlanmasını gözlərin göyə zillənməsilə təyin etməkdən başqa çarə yox idi.

İndiki müsəlmanlar isə əski zamanlarda qalmağı tərcih edirlər. OXU-nun bu günümüzə möcüzəvi bir tərzdə işıq tutan hikməti onlar üçün qapalı qalmaqdadır. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“İndi onlara Almaniyada cinayət işi açıla bilər” - Nurlan Həsənov 25 May 2020, 11:39 Modern.az-ın əməkdaşı The London Post” qəzetində yazdı 25 May 2020, 11:30 “Maska taxmayanlar həyatlarını təhlükəyə atırlar” 25 May 2020, 11:29 İt dişləyən kişi quduzluqdan öldü 25 May 2020, 11:19 “Pandemiya ilə bağlı Gəncədə bütün zəruri tədbirlər həyata keçirilir” - Səməd Tomuyev 25 May 2020, 11:15 Mədəniyyət nazirinin səlahiyyətləri kimə həvalə edilib? - Rəsmi AÇIQLAMA 25 May 2020, 11:09 Azərbaycanda faktiki HAVA 25 May 2020, 10:58 Qurban Qurbanov və “Qarabağ” dünya rekordçuları ARASINDA 25 May 2020, 10:49 Ruslan İzzətlini hərbi xidmətə apardılar 25 May 2020, 10:37 “TRT Rusca” xəbər kanalı açıldı 25 May 2020, 10:31 Muzey və qoruqlarda “açıq qapı” günləri başladı 25 May 2020, 10:26 Ağdaşda narkotik əməliyyatı 25 May 2020, 10:18 Polis aztəminatlı ailələrə sovqat apardı 25 May 2020, 10:14 Yanacaqdoldurma məntəqələrində benzin niyə EYNİ QİYMƏTədir? 25 May 2020, 10:13 Neftin qiyməti bahalaşır 25 May 2020, 10:07 Ərdoğan İlham Əliyevə zəng etdi 25 May 2020, 09:52 Qazaxıstan bütün hava limanlarını açır 25 May 2020, 09:47 Cəbhədə silhalar susmur - Rayonlarımız atəşə tutuldu 25 May 2020, 09:31 Bu Avropa ölkəsi koronavirusdan qurtuldu 25 May 2020, 09:23 Kiyevdə də metro açıldı 25 May 2020, 09:15 “Xalq artisti”, “Əməkdar artist” lüt soyunub ekrana çıxır” - Fəxri adlara ETİRAZ 25 May 2020, 09:12 Koronavirusa yoluxanların sayı 5 milyon yarımı ötdü 25 May 2020, 09:03 İtaliya çempionatı bu tarixdə bərpa olunacaq 25 May 2020, 08:57 Fransada 28 367 nəfər COVİD-19-un qurbanı olub 25 May 2020, 00:46 “Putin yenidən prezident seçilməyimi istəmir” - Tramp 25 May 2020, 00:33 ABŞ-da koronavirus qurbanlarının sayı 100 minə çatır 25 May 2020, 00:21 Moskvadakı atışmaya görə 9 nəfər saxlanıldı 25 May 2020, 00:04 Ağstafada gənc oğlan intihar edib 24 May 2020, 23:49 Daha 2 min Taliban üzvü azadlığa buraxıldı 24 May 2020, 23:30 Azərbaycanda bu kənd nəzarətə götürüldü 24 May 2020, 23:14 Koronavirus səbəbindən G7 sammitinin vaxtı dəyişdi 24 May 2020, 22:58 Zidan özünütəcrid qaydalarını pozdu 24 May 2020, 22:45 Rusiyada azərbaycanlı vəhşicəsinə qətlə yetirildi 24 May 2020, 22:29 Elmar Məmmədyarov Çavuşoğlu ilə müzakirə apardı 24 May 2020, 22:15 Gəncə sakini bıçaqlandı 24 May 2020, 21:59