Arxiv
4 İyun 2019, 09:24 | DİASPOR
Amerikanın azərbaycanlı neftçisi

Mərhum Rəşid Behbudovun çəkildiyi “Bəxtiyar” filminə yəqin ki, hamınız tamaşa etmisiniz. Həmin filmdəki Bəxtiyar 200-300 metr dərinlikdən neft çıxarırdısa, haqqında söhbət açmaq istədiyim Bəxtiyar Səlimovun çalışdığı şirkətin işçiləri isə 2000-3000 metrlikdən neft hasil edə bilirlər. Bu Bəxtiyar, o Bəxtiyar kimi oxumağı bacarmasa da, fəqət on yaşından on yeddi yaşına qədər üzgüçülüklə, on altı yaşından on doqquz yaşınadək idmanın cüdo növü ilə məşğul olub. İyirmi dörd yaşından isə şeir yazır. Atıcılıqla məşğul olmağı xoşlayır. Karandaşla qrafik rəsmlər çəkməkdən zövq alır. Bütün bunlar azmış kimi, hətta Azərbaycan mətbəxinin təamlarını evdə bəzən özü hazırlayır…

…Ata babası Babaəli Səlimov iyirmi beş il Bakının keçmiş Əzizbəyov rayonunun prokuroru olub. Ana babası Əbdül Ələsgərov Daxili İşlər Nazirliyinin istintaq idarəsində prokuror işləyib. Atası Rafiq Səlimov uzun illər məsul vəzifələrdə çalışıb. Mərhum anası İradə xanım isə ingilis dili müəllimi olub…

Qarabağın işğaldan tezliklə azad edilməsi onun da ən böyük arzusudur. Ehtiyac olarsa, əlinə silah alıb döyüşməyə hazır olduğunu söyləyir. Qorxmazdır, hətta Karib dənizində akulalara yem verib. Üstəlik təyyarədən paraşütlə də tullanıb. Avropanın əksər ölkələrinə, Afrikanın bəzi bölgələrinə, ABŞ-ın bir sıra ştatlarına səyahət edib…

Deyir ki, Amerikaya gəlmək, burada özünü təsdiq edib vətənə dönmək, Azərbaycan iqtisadiyyatına fayda vermək uşaqlıq arzusu olub: “Necə deyərlər, mən ABŞ-a arzuların qanadında gəlmişəm”…

…Bəxtiyar Səlimov 1984-cü ildə Bakıda dünyaya gəlib. Bir il ABŞ-ın Massaçusets ştatının Boston şəhərində oxuduqdan sonra tam orta təhsilini 2000-ci ildə, on altı yaşın içində olarkən, 134 nömrəli məktəbdə başa vurub. 2000-2004-cü illərdə Qərb Universitetinin işgüzar inzibatçılıq fakultəsində bakalavr, 2004-2006-cı illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin biznesin idarə olunması fakultəsində magistr dərəcələrinə yiyələnib. Eyni zamanda, 2004-cü ildən 2006-cı ilədək tikinti şirkətlərinin birində satış üzrə menecer, 2007-2008-ci illərdə “Reality Caspian” şirkətində təhcizat şöbəsinin mütəxəsisi vəzifələrində çalışıb. 2008-ci ildən ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayır…

…Ömür-gün yoldaşı Zəkiyə Dilbazi ixtisasca mühasibdir. BP-nin Hyustondakı idarəsində maliyyəçi işləyir. İki övladı var. Böyük qızı Səlimə 10, ikinci qızı Mədinə isə 5 yaşındadır…

O, Hyustona gələndən sonra ingilis dilini təkmiləşdirmək üçün dil kurslarına gedib. 2009-cu ildə neftin daşınması şirkətində işə başlayaraq, 2011-ci ilədək orada qrup rəhbəri vəzifəsinədək yüksələ bilib. 2011-2013-cü illərdə Cənubi Kolumbiya Universitetində menecer və marketinq üzrə mütəxəsis ixtisasına yiyələnib (MBA). Həm də 2011-ci ildən “Schlumberger” neft şirkətində çalışır. Hazırda material-texniki təhcizat qrupunun rəhbəridir…


“Deyilənlərə görə prokuror babama çox oxşayıram. Bir dəfə Bakı kəndlərindən birinə, dostumun yanına getmişdim. Dostumun qohumu, yaşlı bir kişi bizə yaxınlaşıb mənim Babaəli Səlimovun nəvəsi olub-olmadığımı soruşdu. Təsdiq edəndən sonra dönüb dostumun atasına, filankəsi o vaxt bunun babası tutmuşdu, söylədi. Bir az duruxdum, özümü toplayıb, nə üstündə tutulduğunu soruşdum. Deyəndə ki, adam öldürmüşdü ürəyim yerinə gəldi”...

Bəli, yumor hissi güclü olduğundan zarafat etməyi xoşlayır. Ciddi göründüyü qədər də mehriban, sadə insandır. Yüksək mədəniyyəti, davranışı, işgüzarlığı, dürüstlüyü ilə amerikalıların rəğbətini qazana bilib. Hyustonda Azərbaycan cəmiyyətlərinin tədbirlərində tez-tez iştirak edir. Amerikada yaşasam da ürəyim Azərbaycanladır, vətənimlə bağlı hər nə varsa mənə doğmadır, söyləyir…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məşhurların övladları: Qabil Hüseynlinin musiqiçi qızı - Mətin pilot xanımı - DOSYE 25 Avqust 2019, 11:37 Ən təhlükəli qan qrupu açıqlandı 25 Avqust 2019, 11:00 “Hər şeydən bezib yorulmuşdum” - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramı 25 Avqust 2019, 10:47 Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib   25 Avqust 2019, 10:30 Hacıların sonuncu qrupu bu gün vətənə dönür 25 Avqust 2019, 10:13 Yol polisi sürücülərə və sərnişinlərə sərin su payladı - FOTO 25 Avqust 2019, 10:00 Qubadakı yanğın məhdudlaşdırıldı 25 Avqust 2019, 09:45 Mövqelərimiz atəşə tutuldu 25 Avqust 2019, 09:30 Şəkidə baş vermiş yanğınlar 300 hektara yaxın ərazini əhatə edib   25 Avqust 2019, 09:15 Azərbaycan adından qrant alan qurumlar hesabat verəcək - QƏRAR 25 Avqust 2019, 09:00 Rusiyada azərbaycanlı bloqer SAXLANILDI 25 Avqust 2019, 00:53 Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57 Fransada etirazçılarla  qarşıdurma 24 Avqust 2019, 23:38 Heydər Əliyev Mərkəzinin parkında konsert 24 Avqust 2019, 23:24 Türkiyədə polisləri daşıyan maşın aşdı: 2 ölü 24 Avqust 2019, 23:10 Sumqayıtda toy zamanı şadlıq evi yandı: 360 nəfər təxliyyə edildi 24 Avqust 2019, 22:59 Şəkidə yanğın 70 hektar ərazini kül etdi 24 Avqust 2019, 22:46 Sərbəst sözün işığı 24 Avqust 2019, 22:37 Ruhani  rialdan dörd sıfrı silir 24 Avqust 2019, 22:17 Goranboyda ağır qəza: 1 ölü, 5 yaralı 24 Avqust 2019, 21:44 "Səbail" I pilləyə yüksəldi 24 Avqust 2019, 21:30 Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56 Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü 24 Avqust 2019, 17:42 Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib 24 Avqust 2019, 17:30 Çin Trampa rəsmi XƏBƏRDARLIQ etdi 24 Avqust 2019, 17:13 Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub 24 Avqust 2019, 16:53 Türkiyədə zirehli avtomobil aşıb, 2 polis ölüb, 4-ü xəsarət alıb 24 Avqust 2019, 16:46