Modern.az

Allahşükür Paşazadənin müavini: “Nə qədər ki, pirlərə gedib-gələnlər var...”

Allahşükür Paşazadənin müavini: “Nə qədər ki, pirlərə gedib-gələnlər var...”

11 İyun 2019, 16:02

İslam dini tək olan Allahdan qeyri başqa obyektə sitayiş etməyi qəti rədd edir. Hətta İslam dinini yaymaq üçün göndərilmiş Məhəmməd peyğəmbər də Allahın rəsulu olduğu üçün hörmətli bir şəxs sayılsa da, nəzəri cəhətdən o da sitayiş obyekti hesab olunmur. 

Lakin bir çoxları hələ də pirlərə gedir, oradan yardım umurlar.

 

Bəs günümüzün aktual mövzusuna çevrilən pirlərə, ziyarətgahlara kimlər nəzarət edir?

 

Bu barədə Qafqaz Müsəlman İdarəsinin sədr müavini Qəmər Cavadlı Modern.az-a açıqlamasında bildirib ki, ziyarətgahlar 2 cür olur.

 

“Bura dövlət qeydiyyatında olan ziyarətgahlar və şəxsi ziyarətgahlar daxildir.  Şəxsi ziyarətahlara nəzarəti bilmirəm, amma dövlət qeydiyyatında olan ziyarətgahlara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzarət edir”.


O, pirlərə qarşı neqativ münasibətin çox ucuz söhbət olduğunu da deyib.

 

“Nə qədər ki, ora gedib-gələn var, əslində ziyarətgahları qınamaq olmaz. Bu gün pirlərə və ziyarətgahlara inam bir daha göstərir ki, cəmiyyətimizin doğrudan da dini təhsilə ehtiyacı var”.

 

Qeyd edək ki, sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki Seyid Miribiş ağa pirində çəkilən görüntülər müzakirələrə səbəb olub.


Müzakirələrin səbəbi isə insanların nicat tapmaq üçün gəldiyi pirdə başlarına hansısa geyim əşyasının sürtülməsidir. Əvvəlcə iddialarda həmin geym əşyasının qaloş olduğu bildirilirdi. Guya, insanların mədət umduğu həmin qaloşu vaxtilə burada yaşamış Seyid Miribiş ağa geyinib.
 

Amma Goranboy rayon İcra Hakimiyyətinin Qurbanzadə kənd icra nümayəndəsi Mehman İbrahimov iddianı təkzib edib. O, insanların başına çəkilən əşyanın qaloş deyil, papaq olduğunu söyləyib. Miribiş ağanın nəvələri də həmin əşyanın seyidin papağı olduğunu bəyan edib.

 

Nuranə DAXİLQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir