Arxiv
12 İyun 2019, 21:31 | DÜNYA
Naxçıvan üçün yeni lokomotivlər alındı

Naxçıvan dəmir yolunda lokomotivlərə olan tələbat nəzərə alınaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun tapşırığına əsasən “ÇME 3” seriyalı 6069 saylı yeni manevr teplovozu “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilib.

Modern.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası işğalçı ölkə tərəfindən blokadaya salındığı üçün ölkəmizlə qədim diyarın birbaşa dəmir yolu əlaqəsi olmadığına görə daşımalar əsasən avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir. Yüklərin muxtar respublikaya çatdırılmasında Gürcüstan və Türkiyə üzərindən keçən avtomobil yolundan da geniş istifadə olunur. Yeni teplovoz da xüsusi avtoqoşqular vasitəsilə Gürcüstan və Türkiyə üzərindən keçməklə iyunun 12-də muxtar respublikaya gətirilib.

 

Teplovozdan dəmir yolunda manevr işlərinin aparılmasında, qatarların təhlükəsiz və maneəsiz hərəkətinin təmin olunmasında, sərnişinlərin vaxtında mənzil başına çatdırılmasında, həmçinin Ordubad-Culfa istiqamətində hərəkət edən yük-sərnişin qatarlarında dartı vasitəsi kimi istifadə olunacaqdır.

 

Qeyd edək ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb, vağzal binaları, stansiyaların idarəetmə mərkəzləri, inzibati və yardımçı binalar əsaslı təmir olunub. Yeni avadanlıqların, maşın və mexanizmlərin, vaqonların alınıb gətirilməsi, yolların əsaslı təmiri və yenidən qurulması yük və sərnişindaşımalarının etibarlılığını təmin edib.

 

Muxtar respublikada dəmir yol-nəqliyyat kompleksinin yenilənməsi, bu sahənin texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər 2019-cu ildə də davam etdirilir. Yeni teplovozun muxtar respublikaya gətirilməsi də görülən işlərin davamıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyada azərbaycanlı bloqer saxlanıldı 25 Avqust 2019, 00:53 Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57 Fransada etirazçılarla  qarşıdurma 24 Avqust 2019, 23:38 Heydər Əliyev Mərkəzinin parkında konsert 24 Avqust 2019, 23:24 Türkiyədə polisləri daşıyan maşın aşdı: 2 ölü 24 Avqust 2019, 23:10 Sumqayıtda toy zamanı şadlıq evi yandı: 360 nəfər təxliyyə edildi 24 Avqust 2019, 22:59 Şəkidə yanğın 70 hektar ərazini kül etdi 24 Avqust 2019, 22:46 Sərbəst sözün işığı 24 Avqust 2019, 22:37 Ruhani  rialdan dörd sıfrı silir 24 Avqust 2019, 22:17 Goranboyda ağır qəza: 1 ölü, 5 yaralı 24 Avqust 2019, 21:44 "Səbail" I pilləyə yüksəldi 24 Avqust 2019, 21:30 Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56 Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü 24 Avqust 2019, 17:42 Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib 24 Avqust 2019, 17:30 Çin Trampa rəsmi XƏBƏRDARLIQ etdi 24 Avqust 2019, 17:13 Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub 24 Avqust 2019, 16:53 Türkiyədə zirehli avtomobil aşıb, 2 polis ölüb, 4-ü xəsarət alıb 24 Avqust 2019, 16:46 Zelenski Bakı ermənisini TŞ-nin rəhbəri postuna gətirir? 24 Avqust 2019, 16:31 Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü 24 Avqust 2019, 16:18 Sosial evləri kirayə verənlər: “Mənzilə ehtiyacları yoxdur, pul qazanmağı düşünürlər” 24 Avqust 2019, 15:53 ABŞ İran tankerini qəbul edən limanları sanksiyalarla hədələdi 24 Avqust 2019, 15:39 Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB 24 Avqust 2019, 15:27 İranda iqtisadi vəziyyət pisləşməkdə davam edir 24 Avqust 2019, 14:56 Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı - Fotolar 24 Avqust 2019, 14:49 Bakıda narkobaronlara qarşı əməliyyat: "Bibixanım" saxlanıldı - FOTOLAR 24 Avqust 2019, 14:21 Goranboyda növbəti ümumrayon aksiyası keçirildi 24 Avqust 2019, 14:05 Rusiya dənizdən raketlər atdı, hədəflər məhv edildi 24 Avqust 2019, 13:51