Arxiv
13 İyun 2019, 14:12 | AKTUAL
Azərbaycanlılar Avrasiya Patent Universiadasının qalibi olub

“Gələcəyə baxış” Avrasiya Patent Universiadası ( bilik yarışması) baş tutub.

 

Avrasiya Patent Təşkilatı (APT) tərəfindən keçirilən yarışmada APT-nın üzv-dövlətlərinin iki yaş kateqoriyası üzrə orta ümumi, orta peşə, ali təhsil proqramlarını həyata keçirən təhsil müəssisələrinin tələbələri və 25 yaşadək digər maraqlanan şəxslər iştirak edib.

Əqli Mülkiyyət Agentliyinin və Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizin nümayəndələri  bilik yarışmasına qatılıblar. Azərbaycanın ali və ümumi təhsil müəssisələrini təmsil edən 30-dan çox müəllifin layihələri Universiadanın Təşkilat Komitəsinə göndərilib.

 

Bilik yarışmasının nəticələrinə əsasən, birinci yaş kateqoriyası (10 yaşdan - 17 yaş daxil olmaqla) üzrə Təhsil Nazirliyinin tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Cəmilə Əlizadə və Ələsgər Tarverdiyev qalib elan edilib. Onların birgə hazırladıqları “Su anbarlarının suyunun təmizlənməsi üçün bioplatonun tətbiqi” layihəsi münsiflər heyəti tərəfindən ən yüksək yerə layiq görülüb.

Bundan əlavə, birinci yaş kateqoriyası üzrə Bakı şəhəri 7 nömrəli tam orta məktəbin şagirdi Fidan Həsənzadənin “Dizel yanacağının qələvi təmizlənməsinin tullantılarından naften turşularını ayırmaq üçün üsul”, Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyinin şagirdləri Taleh Əliyev və Zərifə Əhmədzadənin “Neft hasilatının yeni əmsalının sintezi”, Ləman Əliyeva və Filipp Bakaldinin “Pilotsuz hava aparatları üçün paraşüt”, Həmid Səlimov, Aybəniz Əhmədova və Timur Kaləyevin “Piezoelektrik anti-buzlanma sistemi” mövzusunda layihələri, eləcə də ikinci yaş kateqoriyası (18 yaşdan - 25 yaş daxil olmaqla) üzrə isə Sumqayıt Dövlət Universitetinin tələbələri Seymur Talıbov və Tayfun Hacıyevin “CAD/CAM əsasında köhnə model avtomobillərinin yenidən qurulması üçün çevik istehsal modulu” mövzusundai layihə də Universiadanın mükafatçıları sırasındadır.

Universiadanın məqsədi istedadlı gənclərə dəstək olmaq və onların əqli mülkiyyət məsələlərinə marağını artırmaqdır.

 

Qeyd edək ki, APT 1994-cü ildə yaradılıb. Ölkəmiz 1994-cü il 9 sentyabr tarixində Avrasiya Patent Konvensiyasını imzalayıb, 1995-ci ildə isə konvensiyanın ratifikasiya edilməsi ilə təşkilatın tam hüquqlu üzvü olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaxda zəlzələ olub 17 İyun 2019, 10:33 Kanadada yaşayan azərbaycanlı rəssam:  “Yox cavabı alanda, deyirdilər, “heç olmasa, amerikalısan” - MÜSAHİBƏ 17 İyun 2019, 10:20 Bakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilib 17 İyun 2019, 10:02 Xalq şairinin yubiliyar qızı - Xatirə xanım 17 İyun 2019, 10:02 Ermənilər cəbhədə təxribatlara davam edir 17 İyun 2019, 10:00 40 gündə 93 ölüm - Rəis piyadaları İTTİHAM ETDİ 17 İyun 2019, 09:38 Qaxda kişi özünü bıçaqladı 17 İyun 2019, 09:23 Beş ayda ölkədə istifadəyə verilmiş müəssisələrin SİYAHISI 17 İyun 2019, 09:04 Bakıda 2 otaqlı ev yandı 17 İyun 2019, 08:55 Ərdoğan Putin və Trampla bir araya gəlir 17 İyun 2019, 00:41 Prezident canlı yayımda 600 mindən artıq sualı cavablandıracaq 17 İyun 2019, 00:09 Kazinoda azərbaycanlı qadın döyüldü 16 İyun 2019, 23:49 Sumqayıtda ağır qəza 16 İyun 2019, 23:37 Pənah Hüseyndən Surət Hüseynova sərt CAVAB: “Qələt eləyir, başın daşa döyür” 16 İyun 2019, 23:15 Baş redaktor vəfat etdi 16 İyun 2019, 22:57 Təyyarə qəzadan son anda döndü 16 İyun 2019, 22:52 Surət Hüseynovun sensasion VIDEOSU - Mir Şahinin vaxtnda 16 İyun 2019, 22:42 Şəkidə 14 yaşlı yeniyetmə intihar etdi 16 İyun 2019, 22:24 İstanbul savaşı: İmamoğlu-Yıldırım debatından CANLI YAYIM 16 İyun 2019, 22:06 Litvaya 19 minə yaxın miqrant gəlib 16 İyun 2019, 21:46 Göygöldə ağır mikroavtobus qəzası 16 İyun 2019, 21:27 Krımda azərbaycanlı pula görə qətlə yetirildi - VİDEO 16 İyun 2019, 21:08 İki təyyarə toqquşdu: pilotlar öldü 16 İyun 2019, 20:54 Röyadan LGBT-yə dəstək 16 İyun 2019, 20:36 Azərbaycanlı qəza törətdi: Futbolçunun həyat yoldaşı öldü 16 İyun 2019, 20:19 Azərbaycandan Meksikaya gedən turistlərin sayı artıb 16 İyun 2019, 20:02 Gürcüstanda meşə yanğınları olub 16 İyun 2019, 17:43 Goranboyun başçısı görülən işlərlə tanış oldu 16 İyun 2019, 17:06 Sumqayıtda ər arvadını bıçaqladı - SƏBƏB  16 İyun 2019, 16:55 Suriyada Türkiyənin müşahidə məntəqəsi atəşə tutulub 16 İyun 2019, 16:29 Binəqədidə üçmərtəbəli yaşayış binasında YANĞIN   16 İyun 2019, 16:01 9-cular üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb 16 İyun 2019, 15:23 Azərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblər - FOTOLAR 16 İyun 2019, 15:06 OPEC-in növbəti görüşünün keçiriləcəyi vaxt açıqlandı 16 İyun 2019, 14:41 Prezident təmirə 40 milyon manat ayırdı - Məktəblərdə yenə də şagirdlərdən pul yığılır 16 İyun 2019, 14:10