Modern.az

Göygöldə ağır mikroavtobus qəzası

Göygöldə ağır mikroavtobus qəzası

16 İyun 2019, 21:27

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Belə ki,  hərəkətdə olan “Mersedez” (sprinter) markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində xəsarət alan sərnişinlərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində aşan mikoavtobusda 10-a yaxın sərnişin olub. Onlardan bir nəfəri - 1999-cu il təvəllüdlü, İbrahimov Qələndər xəsarət alıb.

Kənd sakinlərinin sözlərinə görə, mikroavtobuzdakı ailə və qohumlardan ibarət sərnişinlər ad günü məclisindən gəlirlərmiş.

 Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub