Arxiv
19 İyun 2019, 15:04 | AKTUAL
Energetika Nazirliyi Yaponiya şirkəti ilə memorandum imzalayıb

Energetika Nazirliyi və Yaponiyanın “Mitsui” şirkəti arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Modern.az xəbər verir ki, Memorandum Azərbaycanda bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, Azərbaycanda iqtisadi baxımdan sərfəli bərpa olunan enerji layihələrinə investisiya qoyuluşunu təşviq edəcək normativ bazanın yaradılması üçün əsas amillər müəyyənləşdiriləcək və inkişaf etdiriləcək.

Memorandumu Energetika nazirinin müavini Samir Vəliyev və “Mitsui”şirkətinin Avropa, Orta Şərq və Afrika ölkələri üzrə vitse-prezidenti Moçida Keniçi imzalayıb.

Nazir müavini Samir Vəliyev Azərbaycanda bərpa olunan enerji potensialı, bu sektorun inkişafına investisiya qoyuluşunun təşviqi ilə bağlı görülən işlər barədə danışıb və “Mitsui” şirkəti ilə əməkdaşlığın ölkəmizdə bərpa olunan enerji sahəsinin inkişafına,  birgə layihələrin həyata keçirilməsinə töhfə verəcəyini bildirib. 

“Mitsui” şirkətinin vitse-prezidenti Moçida Keniçi isə bu sənədi bərpa olunan enerji sahəsində Azərbaycan -Yaponiya əməkdaşlığının nümunəsi kimi qiymətləndirib. Bildirilib ki, şirkət Azərbaycanda bərpa olunan enerji, xüsusilə külək enerjisi sahəsində həyata keçiriləcək layihələrə investisiya qoymaq niyyətindədir.

Görüşdə bərpa olunan enerji sahəsində gələcək əməkdaşlığın əsas hədəf və istiqamətləri ilə bağlı müzakirələr aparılıb. Həmçinin “Mitsui” şirkətinin iştirakı ilə Braziliya, Yaponiya, Avstraliya və digər ölkələrdə reallaşdırılan külək, su, istilik, günəş, qaz, kömür elektrik stansiyaları layihələri barədə məlumat verilib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qoşulmama hərəkatı serparatçıların Qarabağda keçirdiyi qodarma seçkiləri tanımır 5 Aprel 2020, 13:34 Üçüncü dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?! 5 Aprel 2020, 13:25 Çernobıl AES ərazisində yanğın baş verib 5 Aprel 2020, 13:25 ADA Universiteti təhsili onlayn rejimdə davam etdirir 5 Aprel 2020, 13:18 Ötən ay Türkiyədə 80-dən çox terrorçu zərərsizləşdirilib 5 Aprel 2020, 13:10 Almaniyada bütün klublar mövsümü davam etdirməyə razılıq verdi 5 Aprel 2020, 12:58 Gürcüstanda daha bir nəfər koronavirusdan öldü 5 Aprel 2020, 12:51 Gəncədə kişi həyat yoldaşını benzinlə yandırıb - FOTO 5 Aprel 2020, 12:44 Bakı polisi icazə olmadan hərəkət edənləri müəyyənləşdirdi 5 Aprel 2020, 12:37 Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyacaq 5 Aprel 2020, 12:28 Tovuzda öldürüb kanala atılan kişinin kimliyi bəlli oldu 5 Aprel 2020, 12:19 Sabaha gözlənilən hava şəraiti açıqlanıb 5 Aprel 2020, 12:12 Millət vəkillərimiz Vankuver sessiyasında iştirak edə bilməyəcək 5 Aprel 2020, 12:03 Kolumbiyadakı partlayışda 11 nəfər ölüb 5 Aprel 2020, 11:56 Millət vəkili seçicilərinə səsləndi: “Vəziyyətin ciddi olduğunu bilməliyik!” 5 Aprel 2020, 11:48 Səfir diplomatiya könüllüləri ilə bu cür görüşdü 5 Aprel 2020, 11:44 Tovuzda su kanalında kişi meyiti tapılıb 5 Aprel 2020, 11:41 Ermənistanda daha 52 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb 5 Aprel 2020, 11:36 Pakistan məscidlərində cümə namazına icazə verildi 5 Aprel 2020, 11:33 Fransada alış-veriş üçün bayıra çıxanlar bıçaqlandı 5 Aprel 2020, 11:24 Qazaxıstanda koronavirusdan ölənlərin sayı 6 nəfərə çatıb 5 Aprel 2020, 11:15 Qırğızıstanda koronavirusa yoluxanların sayı artdı 5 Aprel 2020, 11:10 Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb 5 Aprel 2020, 11:04 Post-pandemiya dövründə yeni iqtisadi artım modeli necə tətbiq ediləcək? 5 Aprel 2020, 10:56 İsraildə koronavirusa yoluxanların sayı 8 mini ötdü 5 Aprel 2020, 10:44 Bakıda çoxmərtəbəli yaşayış binası yanır 5 Aprel 2020, 10:40 Dağıstanda koronavirus nəzarətsiz mərhələyə keçdi  5 Aprel 2020, 10:35 Ermənistan Qazaxın kəndlərini atəşə tutub 5 Aprel 2020, 10:25 Rektor müəllim və tələbələrə müraciət etdi – AZƏRBAYCANDA 5 Aprel 2020, 10:15 Özbəkistanda xüsusi karantin rejimi elan edilib 5 Aprel 2020, 10:05 “Milli Məclisdə amnistiya təklifi irəli sürülə bilər” – Deputat AÇIQLADI 5 Aprel 2020, 10:00 Qarabağ cəbhəsində gərginlik - pulemyotlar işə düşdü 5 Aprel 2020, 09:53 Deputat koronsvirus vaxtı seçicilərlə belə görüşdü 5 Aprel 2020, 09:43 Azərbaycanda ən çox koronavirus yayılan bölgələrin deputatları: Vəziyyət hələ ki, həyəcanlı deyil 5 Aprel 2020, 09:39 Cənubi Koreyada koronavirusdan ölənlərin sayı 138-ə yüksəlib 5 Aprel 2020, 09:23