Arxiv
29 İyun 2019, 12:21 | ƏDƏBİYYAT
Nəhslərlə nəhsə son – Hekayə

Azad Müzəffərli

 

Gözlərinin çimirini tam ala bilmədi. Xoruzların ilk banına hövlnak yuxudan ayıldı. Səhər də gözlərini təzəcə ovxalamaqdaydı. İçinə səda dolmuşdu. Ona elə gəlirdi ki, illər öncə itirdiyinə bu gün mütləq qovuşacaq. Bircə qalırdı, özünü qaranəfəsə vaxtilə birgə üz tutduqları xudmani parka yetirmək. Ondan asılı olan sadəcə bu idi. Qəfil bayquş səsinə diksindi. Niyə, niyə, axı, həmişə həlledici məqamlarda mənimki belə gətirir. Bu boyda Bakının tən ortasında səhərin alatoranında bayquş haradan peyda oldu, axı... Bayquşsa ulamağındaydı.

 

Bu dəfə israrlıydı. Nəhayət ki, nədənsə, qismətinin üzünə güləcəyinə yaman əmindi. Kimsə oyanmasın deyə dabanları üstə evdən çıxdı. Gecə mənzillərinin giriş qapısını yaddan çıxarıb bağlamamalarını da bir o qədər vecinə almadı. Başqa vaxt olsaydı, haray-həşirindən qətiyyən qalmazdı. Ən çox qorxduğu da, özündən iki yaş kiçik olan bacısıydı, qazdan ayıqdı. Bu dəfə ötüşdü, o, duyuq düşmədisə, deməli, hər şey qaydasındaydı.

Binalarının tinini təzəcə burulmuşdu ki, qənşərindən bir qara pişik yel kimi ötdü. İlahi, niyə mənə qarşı bu qədər amansızsan, axı, hansı günahın yiyəsiyəm?! Mən ki xeyirxahlıqdan yoğrulmuşam. Tərslikdən, buna bəndmiş kimi yaxınlıqdakı çinar ağaclarında lövbər salan qarğalar bir tufan qopardılar ki, gəl görəsən, qarrrr, qarrrrr, qarrrrrr... Əlləri yanına düşdü, az qala nitqi quruya. Ümidi nisbətən öləzidi. Bu azmış kimi zibilliyin yaxınlığında şöngüyən bir kapal köpəkdən ən kiçiyi də hürə-hürə ona sarı cumdu. Şükür ki, yerdə qalan köpəklər ona hay vermədilər.

 

Acığa addımlarını yeyinlətdi. Qəribəydi, qıçları ilə ayaqlaşa bilmirdi. Az qala yüyürürdü. Nəhayət ki, yetişdi. Hə, bu da onun ümid yeri, illərdi nisgilini çəkdiyi doğma parkın girişindəydi. Bu dəfə qənşərində görünüşündən cinlərin belə hürkəcəyi qaraçı qadın peyda oldu. Ətəyindən də bir cüt törəməsi sallanmışdı. Xudaya, bu nə sirdir, mən haranın külünü başıma töküm?!

 

- Qismətimi kəsmə, sübh tezdən ilk müştərim sənsən... Sol əlini tez bəri uzat... Ovucunu da geniş aç... Qımıldanma... Sadəcə, dümdüz gözlərimin içinə bax...

 

Əmrə müntəzirdi, nəzakətli olmaq, yaxşılıq alın yazısıydı.

 

- Tezliklə evinizdə dəyişiklik gözlənilir... Doğmalarından biri sizi tərk edəcək, onun yerinə isə yad biri gələcək... Aha, anladım, gözümə fata göründü... Deməli, bacınla sənin toyunuz eyni gündə olacaq. O, gəlin köçəcək, əvəzində isə sənin gələcək həyat yoldaşın onun yerini tutacaq.  

 

Fala baxdırmaq onluq deyildi, təkcə kişi olduğuna görə yox. Sadəcə, bunu cahillik əlaməti sayardı. Bu dəfə isə candərdi də olsa, əlini cibinə salmağı unutmadı. Falçının çöhrəsi pöhrələndi. O, isə parkın mərkəzindəki fəvvarələrə sarı tələsdi. Bu dəmdə ondan bir neçə addım öndəki gənc bədahətən diqqətini çəkdi. O da düz həmin səmtə yön almışdı. Əlində də bir yox, düz iki dəstə tər gül-çiçək. Təxminən onunla həmyaşıd olan gəncin yerişi də görkəmi kimi şax-şux idi. İki göz gərəkdi, qamətinin tamaşasına dura. Duruxdu.

 

Çəkinə-çəkinə nəzərlərini qarşıdakı oturacağa yönəltdi. Yanılmamışdı. Həqiqətən, oturacaqda əyləşən onun illərdi həsrətində olduğu qadındı. Özü də şirin təbəssümlə əl eləyirdi. Önündəki oğlanın addımlarını bir qədər də yeyinlətməsi olan-qalan ümidini heçə endirməkdəydi. Təsadüfə bir bax, doğurdanmı, tale onu növbəti dəfə xar etmək üçün bu əcaib tamaşanı qurmuşdu. İstədiyinin bir addımlığındaykən yenə də mi qisməti tərsinə gəlirdi?! Bir anlığa gözünün önündə bayaqkı nəhs əlamətlər -  bayquşların ulartısı, qarşısından sürətlə şütüyüb ötən qara pişik, səsindən insan eymənən qara qarğa və bir də hürə-hürə ona sarı götürülən dəyyus küçük düşdü. İllər sonra yenidən közərən ümidi qırılmaqdaykən gözlənilmədən irəlidəki oğlan qıza çata-çatda sağa buruldu və gözdən itdi. Bir anlığa dünya yerində saydı. Həmin məqamda sanki bir vedrə bumbuz suyu təpəsinə əndərdilər. Qızsa hələ də günahkarcasına ona əl eləməkdəydi. Hər ehtimala qarşı bir də ətrafına boylandı, kimsə görünmürdü.

 

İldırım sürətilə qismətinə sarı götürüldü. Sarmaşıq təkin biri-birinə sarıldıqlarının mahiyyətinə varana qədər illər kino lenti kimi gözləri önündən keçdi.

 

- Məni bağışla, vaxtında səni qədərincə dəyərləndirə bilmədim... Boynuma alıram, illər başıma ağıl qoydu...

 

- Qismət... Tanrının məsləhəti beləymiş... Dünən axşamüstü bacım mənə deyəndə ki, sabahdan o tərəfə qoyma, bəxtini bir də sına, inanmadım... Sən demə doğru deyirmiş. Qadınlar həqiqətən olduqca mürəkkəb məxluqlardır... Heyf, bilsəydim sənin üçün nəfis bir gül-çiçək çələngi bağlatdırardım, sədd heyf... Sən buna layiqsən... Haradan ağlıma gələrdi?! – Yarı zarafat, yarı ciddi davam elədi, - Yəqin ki, ötən dəfəkindən fərqli olaraq bu dəfə məni qırmazdın?

 

Cavab əvəzinə qəfil hənirtiyə qanrıldı. Qəribə bir gündü. Gözlənilməzliklər şələlənməkdəydi. Sanki, yuxu görürdü. Səhərin gözü təzəcə açılan bir vaxtda doğmaca bacısı bir addımlığındaydı, qucağında da indi onun kəskin ehtiyac duyduğu, insanın ruhunu yerindən oynadacaq gül dəstəsiylə, özü də bir cüt.  Bacısı şəstlə gül dəstələrindən birini ona uzatdı. Ötən təxminən bircə saat içində baş verənlərdən, həyatını arzuladığı axara yönəldən bu sirri-sehrdən sarsılan kəsin heyi yalnız var gücü ilə baş barmağını dişləməyə yetdi.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qara dəniz sahillərində V əsrə aid xəzinə tapıldı 20 Oktyabr 2019, 00:17 Əli Kərimli sərbəst buraxılıb 19 Oktyabr 2019, 23:58 Kuba prezidenti Bakıya səfər edir 19 Oktyabr 2019, 23:32 NASA-dan xəbərdarlıq: Yerə iri asteroid  yaxınlaşır 19 Oktyabr 2019, 23:15 Braziliya sularına 100 tondan çox neft sızıb 19 Oktyabr 2019, 22:54 Rusiyada bənd uçması nəticəsində ölənlərin sayı 15-ə çatdı 19 Oktyabr 2019, 22:33 Bəndin uçması nəticəsində ölənlərin sayı 15-ə çatdı 19 Oktyabr 2019, 22:14 Mətbuat Şurası mitinqdə jurnalistlərin işinin monitorinqini aparıb 19 Oktyabr 2019, 21:47 “Barış çeşməsi”  kimləri susuz qoyacaq? - TƏHLİL 19 Oktyabr 2019, 21:26 Sumqayıt sakini avtomobilində ölü tapıldı 19 Oktyabr 2019, 20:58 Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq 19 Oktyabr 2019, 20:37 Qurbanov yüksək sürətlə maşın sürdüyünə görə cəzanlandırdığı oyunçusundan danışdı 19 Oktyabr 2019, 20:22 “Xəbərdarlıqdan sonra qeyri-qanuni əməllərin törədilməsi cinayət məsuliyyəti doğuran haldır” - Əli Həsənov 19 Oktyabr 2019, 20:03 Ərdoğan: “Trampa da dedim, razılaşma pozulacaqsa, “Barış bulağı” davam edəcək” 19 Oktyabr 2019, 18:02 14 marşrut xəttinin hərəkət sxemi bərpa edildi 19 Oktyabr 2019, 17:59 Böyük Britaniya parlamenti Brexit müqaviləsini səsverməyə çıxarır 19 Oktyabr 2019, 17:49 Milli Şuranın mitinqində 60 nəfər saxlanılıb - RƏSMİ 19 Oktyabr 2019, 17:36 Rəsmi Bakı Fransa məhkəməsinin qərarını alqışladı 19 Oktyabr 2019, 17:30 Əli Əhmədov: “Sanki onlar insanların rahatlığını pozmaqdan həzz alırlar” 19 Oktyabr 2019, 17:18 "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olunub 19 Oktyabr 2019, 17:11 Bakı polisi: “Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var 19 Oktyabr 2019, 16:46 “Avtoşluq” edən futbolçu “Qarabağ”ın heyətindən kənarlaşdırıb 19 Oktyabr 2019, 16:38 Tramp CNN-ni məhkəmə ilə hədələdi 19 Oktyabr 2019, 16:06 Merkel: G7 sammitinin keçiriləcəyi yeri seçmək Trampın hüququdur 19 Oktyabr 2019, 15:56 Türkiyə kürdləri barışığı pozmaqda ittiham etdi 19 Oktyabr 2019, 15:42 Azərbaycan hərbi xərclərini kəskin artırdı – “Müharibəyə hazır olmalıyıq” 19 Oktyabr 2019, 15:28 "28 May" istiqamətində 14 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib 19 Oktyabr 2019, 15:13 Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və... 19 Oktyabr 2019, 14:52 Rusiyada dəhşətli yanğında beşi uşaq olmaqla, yeddi nəfər ölüb 19 Oktyabr 2019, 14:38 Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb 19 Oktyabr 2019, 14:24 Sosioloq kişiləri yıxdı-sürüdü: “Qadın kimi qaş qaldırmağa, saç boyamağa maraq göstərirlər” 19 Oktyabr 2019, 14:11 Şirvana qonaq gələn Hacıqabul sakini itkin düşüb 19 Oktyabr 2019, 14:10 Azərbaycanda gələn il inflasiya neçə faiz olacaq? 19 Oktyabr 2019, 14:05 Şəmkirdə 2 uşaq anası itkin düşüb 19 Oktyabr 2019, 13:31 Bazar günü Bakıya yağış yağacaq 19 Oktyabr 2019, 13:20