Arxiv
30 İyun 2019, 10:07 | MƏDƏNİYYƏT
Maliyyə Nazirliyindən aktrisalığa... - Məşhur Xalq artistinin SƏNƏT YOLU

Atası aktyorluğu bitirib, amma sənətinin arxasınca getməyib, ailəsini saxlamaq üçün müxtəlif işlərdə çalışıb. Anası bağça müəlliməsidir, amma əsasən uşaqlarına baxıb, iki qız, bir oğlan. Mehriban ikinci uşaq olub ailədə, ikinci qız. Ailədə hamıdan çox diqqət tələb edən bu arıq, çəlimsiz, tez-tez xəstələnən qıza elə gəlirdi ki, həmişə də diqqətdən kənarda qalır. Xüsusən də üçüncü uşağın oğlan olmağı onu ata-anasından umduğu bütün sevgi və diqqətdən məhrum eləyib. Hər halda, qız belə düşünürdü. Əslində isə iki qızın və bir oğlanın böyüdüyü bu ailədə məqsəd uşaqların hər üçünün təhsilli və tərbiyəli böyümələri idi. 

Mehriban orta məktəbdə yaxşı oxuyurdu. Çoxlu mütaliəsi də vardı, evdə əlinə keçən bütün kitabları nəzərdən keçirər, sonra kitabxanalara, kitab mağazalarına üz tutardı. Təbii ki, əsas əl altında olan evdəki kitablardı, onlar da atasının təhsilinə uyğun, mədəniyyət və incəsəntlə bağlı kitablar olardı. 

Şüuraltı bilirdi ki, atası onun aktrisa olmasını istəməz, ona görə də həmin kitabları elə-belə, maraq xətrinə oxuyardı. Kino, teatrla bağlı atasının abunə olduğu jurnalları isə lap çox sevərdi.

Bir də hüquqla bağlı ədəbiyyata meyli vardı. Görünür, xaraktercə ədalətli, prinsipial, düzgünlük sevər olması burda öz işini görürdü. Mehriban daxilən hüquq sahəsinə yönəlirdi, kiminsə tapdanmış hüququnun, qanunların müdafiəsi üçün. Hərdən insanların psixologiyasını öyrənmək üçün bəlkə psixoloq olum  - deyə düşünürmüş, amma aktrisa olmaq ağlının ucundan belə keçməzmiş. 

Orta məktəbi bitirib sənədlərini Universitetin Filologiya fakültəsinə verir. Bu, qərarsızlıqdan irəli gəlir. Olur adamda, müəyyən bir məsələdə qərar verə bilmirsən, elə bil Tanrı bunu görüb, özü səni yönləndirməyə başlayır. Mehribanı da Tanrı yönləndirir. Filologiyaya qəbul olmaq üçün balı çatmır, o vaxtkı təhsil sistemi ilə müsabiqədən keçmir. Kursa gedib stenoqrafiyanı öyrənir, bir müddət makinaçı işləyir. Maliyyə Nazirliyində karqüzarlıqla məşğul olur və ordan göndərişlə sənədlərini Xalq Təsərrüfatı İnstitutuna verir.

Qəribədir, deyilmi? Özünə də qəribə gəlirmiş... İki imtahandan keçir, üçüncüyə gecikir və imtahana buraxılmır. Sevincək qayıdır evə ki, kəsildim. Evdəkiləri dərd götürür, bu qız orta məktəbi yaxşı qiymətlərlə başa vurub, bəs, niyə taleyi belə gətirir, ali məktəbə qəbul oluna bilmir. 

Mehriban vəzyyəti belə görüb içindən gələn bir hisslə deyir ki, qoyun İncəsənət İnstitutuna gedim, teatrşünas olmaq istəyirəm. Görünür, valideynlər qızın heç yerə qəbul oluna bilmədiyini özlərinə o qədər dərd ediblərmiş ki, Mehribanın bu istəyinə qarşı çıxa bilməyiblər. Düşünüblər ki, təki bu qız axır bir yerə qəbul olunsun. 

“Teatrşünaslığa iki yerə 15 nəfər sənəd vermişdi, verdim aktyorluğa, valideynlərimə dedim ki, oranı bitirəcəm, amma sənətşünas olacam. İmtahanı Həsənağa müəllim Turabov götürmüşdü, elə bildim müəllimim də o olar, sevinmişdim. Böyükağa Kazımov, Məhəmməd Verdiyevdən dərs aldım. Ağakişi Kazımov da bizə dərs deyib. Ən böyük şansım o oldu ki, 3-cü kursdan gəlib “Yuğ” teatrına düşdüm, Vaqif müəllimin yanına”. 

Təsəvvür eləyin, uşaqlıqdan bəri nə istədiyini bilməyən, nə isə axtaran, arayan, amma nəyi aradığını özü də müəyyən edə bilməyən qızcığaz oxuduğu ali məktəbdə də özünə maraq dairəsi tapa bilmir. Orda da özünü yerində hiss etmir. Niyə bu qədər yüklüdür, narahatdır, niyə oturuşa bilmir bu qız?  - özünün də özünə verdiyi, amma cavab tapa bilmədiyi suallar idi. Bir dəfə hətta institutda Şəfiqə Məmmdova (Mehribana dərs deməyib, amma Şəfiqə xanımda belə bir maraqmı deyim, qabiliyyətmi, orda təhsil alan bütün tələbələri izləyir, duyur, onların gizli aləmlərindən xəbərdar olur və bir gün bunu özlərinə deyirdi) ona demişdi ki, elə bil bəşəriyyətin yükü sənin çiyinlərindədir, bəşəri bir suala cavab axtarırsan, nədir səni belə incidən? Mehriban “bilmirəm” –deyə cavab verib. 

Belə bir tələbə Vaqif İbrahimoğlunun marağına, sərhədsiz suallarına tuş gəlir və hədəf bu maraqdan çox məmnun olur. Elə bil onun illərdir özündə arayıb tapmaq istədiklərini Vaqif İbrahimoğlu onun özündə tapır və çıxardıb göstərir ki, bunlar səndə var, sən bunun üçün yaranmısan ki, onları sənətində göstərəsən.

Bu da Vaqif İbrahimoğlu ustadlığı idi, heç kimin görə bilmədiyini görürdü yetirmələrində, üzə çıxardıb özlərini özlərinə tanıdır və gənclərdə özünəinam yaradırdı. Bu səbəbdən də özünütəsdiqi onun yanında tapan gənc bir daha o əhatədən çıxa bilmirdi. Buna Vaqif İbrahimoğlu estetikası deyilir. Bu gün çoxlu yetirmələri var bu estetikanın, amma davamçı yoxdur. Bir qığılcım idi yandı, çox gəncləri alışdırdı, onlar indi yanıb-yanıb qalıblar Vaqif İbrahimoğlusuz, tüstülənə-tüstülənə. 

Vaqif İbrahimoğlu odunun atəşinə qızınan, o oda yanan Mehriban Zəki də 10 il alovlandı, alov dilləri ərşə çıxdı. Onun “Qanlı Nigar” tamaşasına baxandan sonra Vaqif İbrahimoğlu atəşinə düşən aktrisa elə bildi ki, elə ömür boyu belə də davam edəcək hər şey. Onunla söhbətdən sonra bağlandı “Yuğ” teatrına. “Bura mənim teatrımdır”- dedi. 

Şəhriyarın “Heydərbabaya salam” tamaşası “Yuğ”da gördüyü ilk tamaşa idi. “

Elə bil məni aldılar harasa apardılar, hansısa proses getdi mənim mənəvi dünyamda və qaytardılar”.  “Dədə Qorqud”dan “Bamsı Beyrək boyu”nu hazırladı Vaqif müəllim. Mehriban tamaşada sazla nəql edirdi əhvalatı. “Bütün dastanı başdan-ayağa öyrənmişdim. Hamının rolunu bilirdim. Belə-belə tamaşa arxasınca tamaşa, bağlandım”.

Valideynləri bir də görürlər ki, Mehribanı “Yuğ”un səhnəsindən ayırmaq qeyri-mümkündür, özü demiş, artıq taleləri ilə barışırlar. “Sirlər xəzinəsi”, “Səma”, “Açar” tamaşaları. Beləcə 10 il. Sonra daha bir 10 il “İbrus” teatrında keçir. “Yuğ”da işləyə-işləyə Rüstəm İbrahimbəyovun dəvəti ilə “İbrus”da “Şirəbənzər” tamaşasında rol alır. Sonra daha bir tamaşa, ilk vaxtlar Vaqif İbrahimoğlu ona məsləhət verib, yol göstərib, “get, sən xəmir idin, yoğurub kökəfason bir şey düzəltmişəm, indi özün necə olacağını müəyyən etməlisən” -demişdi. 

Zamanın hökmü,məişətin diktəsi  ilə Mehriban Zəki doğma “Yuğ”dan tədricən ayrıldıqca ustadın qəlbində umu-küsü yaranır. Mehriban da ruhu ilə bunu duyurdu, amma  məişətin də diktəsi vardı axı.

“Məişətdən danışmaq istəmirəm, amma o problemlər səni idarə edir, xüsusən də müəyyən bir yaşa çatırsan, artıq valideynlərin səni deyil, sən onları idarə etməlisən. Özünü də, onları da saxlamalısan maddi cəhətdən, o zaman məişətin yükündən azad ola bilmirsən, həyat sənə məişətlə hesablaşmağı diktə edir”.

“İbrus”da “Arabir görüşməyə kişi axtarıram”, “Buninin sonuncu döyüşü” Mehribanın ən uğurlu tamaşaları olur. Tamam fərqli teatr, fərqli estetika, yeni cığırlar, yeni qastrollar. 

“Ümumiyyətlə, o teatr çox balaca məkanda idi və əvvəldən də ikidilli tamaşaçı üçün nəzərdə tutulmuşdu. İlk tamaşalarda biz oynayanda ikidilli tamaşaçılar üçün oynayıqdıq -bir dəfə rus dilində, bir dəfə də Azərbaycan dilində. Mən çox vətənpərvər insanam və dilimi də çox sevirəm, inanılmaz dərəcədə çox sevirəm. Azərbaycandilli tamaşaçı ilə rusdilli tamaşaçı arasında yerlə göy qədər fərq var. Hətta rusdilli tamaşaçı ilə Rusiya tamaşaçısı arasında da böyük fərq gördüm. Azərbaycan tamaşaçısından rus tamaşaçısından aldığın enerjini, teli almırsan. Bir dəfə Mahaçqalada oynayırıq. “İvan Buninin sonuncu döyüşü” tamaşası idi. Tamaşaçı da çox, iynə atsan yerə düşməz. Artıq pilləkənlərin üstündə oturublar.Oranın da zalı təxminən bizim Gənc Tamaşaçılar Teatrının zalı kimidir,arena kimi. Zalda da teatralinsanlar,teatrşünaslar var. Əsəri bilirlər və rus tamaşaçısı üçün Bunin dahidir. Buninə baxmağa gəliblər.Ağzımı açdım elə bir kəlmə dedim ki, cümləmi tamam etməmiş bir nəfər zaldan qışqırdı ki, eşitmədim dediyini. Heç tərpənmədən, zərrə qədər özümü itirmədən, hərçənd, mən tez panikaya düşən insanam, eyni tonla – çünki sən özün sakit olmamısan, otur, sakitləş, eşidəcəksən – dedim. Xırp səsləri kəsildi”. 

Mehriban Zəki “İbrus”da da axtarışda idi, dayanmaq, qane olmaq yoxdur bu aktrisanın təbiətində. Milli Akademik Dram Teatrı isə onu dəvət edirdi. 

Yalnız bir tamaşa oynadı o teatrın səhnəsində. Mir Mehdi Seyidzadənin yazdığı “Füzuli” tamaşasında. Məşqlər boyu nə yaşadısa, duydusa, tamaşanı yarıda qoymamaq üçün üç premyerada oynadı və rolunu da dublyora həvalə edib o teatrın qapısını öz əlləri ilə arxasınca qapatdı. Məşq müddətində Mehriban Zəki elə bil dənizdən qumluğa düşmüş balıq idi, suya həsrət, ölmədən dənizinə qovuşacağını gözləyən balıq. 

Bir dəfə onunla müsahibəmin başlığını belə qoymuşdum “Uzun, incə bir yolun yolçusu”.  Həmin uzun, incə yoldadır Mehriban Zəki - əlində sazı, qəlbində incə duyğuları, boynunda vicdanı və şəxsiyyəti (bəli bu zamanlar vicdan və şəxsiyyət deyilən məfhumlar insanın boynunda olur) yıxıla-dura, dizləri qanaya-qanaya, qəlbi ondan da artıq qan verə-verə, aldığı yaralar göynəyə-göynəyə bir yol gedir. Paralel yol düpbədüzdür, orda rahatlıqla addımlamaq olar, amma Mehriban Zəki kimi insanlara o düz yollar çox maraqsızdır. O, az qism yolçular hamının gedə bilmədiyi yolları sevərlər.  

“Gələcəyim hələ qabaqdadır, rollarım hələ məni gözləyir- zarafatla bunları deyib üstəlik qəribə bir poza alıb gülümsəyir. Ona elə gəlir ki, hansısa pafoslu aktrisanı yamsılayır, təqlid edir, lağlağı ilə deyir bunları, amma mən bir tamaşaçı kimi həqiqət qəbul edirəm bu sözləri, çünki Mehriban Zəki potensialının bəlkə yarısını qoya bilib ortaya. Vaqif İbrahimoğlunun qoyduğu o cığırla gedir, hələ sərt döngələr qabaqdadır. 

“Tamaşaçını gözəllik və gənclik cəlb edir”-deyir. Mən də razıyam ki, Azərbaycan ədəbiyyatında Mehriban kimi aktrisaların oynaması üçün güclü qadın obrazlarının kasadlığı var, amma ömür də başa çatmayıb axı, mədəniyyətimiz yıxılandan sonra yeni bir dövrə - yola çıxıb, ümid ölməz. Kinoda çəkildiyi obrazlar haqda sual verdim – neçə filmə çəkilmisən, yaxud səncə neçə filmdə varsan? - soruşdum. Cavabı dərhal aldım – heç neçə. Vikipediya-da 20 filmin adı var. 

Ailə qurmadı Mehriban Zəki, bunun üçün o uzun, incə yolda bir az ləngimək, yoldan sapmaq lazım idi. “İnsan həmişə xoşbəxt olmaq istəyir. Nə fərqi var, ailə qurub xoşbəxt hiss edirsən özünü, yoxsa subaykən. Əsas sevib, sevilib xoşbəxt olmaqdır. Bəlkə 70 yaşımda “nə sevgi?” deyəcəm, amma indi belə düşünürəm, sevib-sevilmək xoşbəxtlikdir. İnsan həyata tək gəlir, tək də gedir, nə gələndə kimisə gətirir, nə gedəndə özü ilə kimisə aparır. Sənin olan da, olmayan da burda qalır, sən gedirsən, bəlkə izin qala”.


Ramilə Qurbanlı
"33 pərdəli dram"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 Yasamalda mənzildə iki  meyit aşkarlandı 20 İyul 2019, 00:14 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25 Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO 19 İyul 2019, 23:05 İran Hörmuz boğazında Britaniya tankerini saxladı 19 İyul 2019, 22:47 “İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİN 19 İyul 2019, 22:33 Əsgərin yola salınma mərasimində kütləvi zəhərlənmə 19 İyul 2019, 22:16 FETÖ-ya bağlı baş nazir istefa verdi 19 İyul 2019, 22:03 Şirvanda toyda 14 nəfər tüstüdən zəhərləndi 19 İyul 2019, 21:46 Sel Türkiyədə 7 can aldı 19 İyul 2019, 21:28 Rövşən Lənkəranskinin qətli  “göyərti kralı” ilə bağlı olub - Şok ifadə 19 İyul 2019, 21:16 Amerikada mətbuat tarixi və ya Xəbərlər heç vaxt yatmır... 19 İyul 2019, 21:09 ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir 19 İyul 2019, 20:56 Avstriyada təyyarə qəzası: Ölənlər var 19 İyul 2019, 20:43 Bu məhkəmələr ləğv edildi - SİYAHI 19 İyul 2019, 20:17 Davudoğlundan sərt təpki: “Hər qapını bağlasalar da, susmayacağıq” 19 İyul 2019, 20:03 Ərdoğan İlham Əliyevə zəng etdi 19 İyul 2019, 20:00 Polis jurnalistlərlə birgə gücləndirilmiş əməliyyat tədbirlərinə başladı - FOTO 19 İyul 2019, 19:52 Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open” 19 İyul 2019, 19:43 Prezident 11 səfiri geri çağırdı 19 İyul 2019, 19:34 “Qarabağ” UEFA reytinqində irəlilədi   19 İyul 2019, 19:25 Neft Fondunun gəlir və xərcləri təsdiqləndi -SƏRƏNCAM 19 İyul 2019, 19:15 Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv edildi - FƏRMAN 19 İyul 2019, 19:06 Əcnəbilərə Azərbaycanda təhsil almaq üçün yeni imkan - FƏRMAN 19 İyul 2019, 18:58 Azercell ödənişsiz göz müayinələri təşkil etdi   19 İyul 2019, 18:49 Prezident məhkəmə sədrini vəzifəsindən azad etdi - SƏRƏNCAM 19 İyul 2019, 18:42 Qəbul imtahanının yeganə rekordçusu Səbinə: “Müəllimlərim məni təmənnasız hazırlayıblar”   19 İyul 2019, 18:35 Azərbaycanda hakimlərlə bağlı yeni SƏRƏNCAM 19 İyul 2019, 18:27 Bu nazirliyiə övladlığagötürmə ilə bağlı yeni səlahiyyətlər VERİLDİ 19 İyul 2019, 18:19 Mətbuat Şurası Elçin Əlibəylinin saytına xəbərdarlıq etdi 19 İyul 2019, 18:10 Dövlət Komitəsi aparatının işçilərinin sayı artırıldı 19 İyul 2019, 18:02 SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlər başladı 19 İyul 2019, 17:55 230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb   19 İyul 2019, 17:47