Arxiv
1 İyul 2019, 16:37 | DİASPOR
Azərbaycanda ilk dəfə mobil imza vasitəsilə memorandum imzalandı

Diasporla İş üzrə Dövlət Komitəsi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında anlaşma Memorandumu imzalanıb. İki dövlət qurumu arasında imzalanan anlaşma memorandumu Azərbaycanda ilk dəfə olaraq onlayn qaydada, mobil imza vasitəsi ilə həyata keçirilib.

 

Modern.az xəbər verir ki, imzalanma mərasimindən öncə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tədbir iştirakçılarını salamlayıb. O bildirib ki, imzalanan memorandum xaricdə yaşayan azərbaycanlılarla əlaqələrinin gücləndirilməsi və ölkəmizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. “Memorandumun imzalanması elektron və mobil imzanın verilməsi, xaricdə yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan həmyerlilərimizin Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, “Made in Azerbaijan” brendinin xaricdə təbliğinə və tanıdılmasına dair səyləri birləşdirmək kimi məsələləri özündə ehtiva edir. Bu proses ölkə rəhbərinin apardığı siyasi kursun tərkib hissəsi olduğundan aktual və vacib məsələdir. Bütün bunlar həm də, Dövlət komitəsinin əsas hədəflərindən olan soydaşlarımızın Azərbaycanla əlaqələrinin gücləndirilməsi məsələsindən irəli gələn bir zərurətdir”.

 

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisadi elmləri doktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən Azərbaycan diaspor quruculuğunda elektron imzanın verilməsi ilə yeni səhifə açılır: “Tarixdə ilk dəfə diaspor nümayəndəsinə elektron imza verilməsi xaricdəki həmvətənlərimizin Azərbaycanla əlaqlərində pul köçürmələri, bank hesablarının açılması, sərmayə qoyuluşu, idxal-ixrac əməliyyatları, vergilərin ödənilməsində irəliyə doğru addımdır. Artıq xaricdəki soydaşlarımızın Azərbaycanla əlaqələri rəqəmsal müstəviyə keçməklə daha çevik və az resurs sərf etməklə reallaşacaq. Enterpriseazerbaijan.com portalında toplanan biznes layihələri və startapların xaricdən sərmayə cəlbi üçün yeni imkanlar açılacaq. Xaricdəki həmvətənlərimiz Azexport-un imkanlarından istifadə edərək ixracın genişlənməyinə daha fəal cəlb olunacaqlar. E-rezidentlik xaricdəki soydaşlarımızın bir araya gətirilməsi və onların Azərbaycana bağlılığının artırılmasına öz töhfəsini verəcək”.

 

Çıxışların ardınca Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında ASAN imza vasitəsi ilə onlayn anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimdə bütün proses elektron qaydada smart avadanlıqlar vasitəsilə ilə həyata keçirilir. Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli Azərbaycanın xaricdə yaşayan və sahibkarlıq fəaliyyəti göstərən diaspor nümayəndəsi Samir Xəlilova Azərbaycanın mobil rezidentliyini təqdim etdi. Nicat Əsədli həmçinin elektron və mobil rezidentliyin əsas mahiyyəti, üstünlükləri və imkanları barədə tədbir iştirakçılarına məlumat verib.

 

Qeyd edək ki, Rəqəmsal Ticarət Qovşağı buna qədər dünya tarixində ilk dəfə olaraq qeyri-rezidentə mobil imza – ASAN imzanı İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycriyə təqdim edib. Eyni zamanda Azərbaycan Estoniyadan sonra xaricilərə elektron rezidentlik təqdim edən ikinci ölkə olub. Elektron rezidentlik Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskasa təqdim edilib. Hazırda Rəqəmsal Ticarət Qovşağı vasitəsi ilə mobil rezidentlik Türkiyə, Rusiya, Litva, BƏƏ, Mərakeş, Fransa, Pakistan, Hindistanda təqdim olunub.

 

Əlavə edək ki, qeyri-rezidentlərə elektron imza sertifikatı, həmçinin, elektron və mobil rezidentlik Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”na əsasən təqdim edilir. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının təqdim etdiyi elektron və mobil rezidentliyi dünyanın 100-ə yaxın nöqtəsində əldə etmək mümkündür.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlandı 15 Avqust 2020, 18:43 Türkiyə Cənubi Qafqazda NATO-nun rəyini nəzərə almayacaq - POLİTOLOQ 15 Avqust 2020, 18:21 Paşinyanın BBC-də biabır olduğu müsahibəsi Azərbaycan dilində - VİDEO 15 Avqust 2020, 18:00 Xaricdə daha bir azərbaycanlı koronavirusdan öldü 15 Avqust 2020, 17:52 Qazaxda təhlükəli top mərmisi tapıldı - FOTO 15 Avqust 2020, 17:43 Lerikdə 15 yaşlı qızla əlaqəyə görə daha bir şəxs həbs edildi 15 Avqust 2020, 17:34 Azərbaycanda aparılan testlərin sayı 826 mini keçdi 15 Avqust 2020, 17:25 Karantin qaydalarını pozan 86 sahibkara protokollar tərtib olundu 15 Avqust 2020, 17:17 Bakıda 550 küçə dezinfeksiya edildi - FOTO 15 Avqust 2020, 17:08 Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - daha 2 nəfər öldü 15 Avqust 2020, 17:00 Ziyafət Əsgərov: “Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşılmalıdır” 15 Avqust 2020, 16:51 İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi 15 Avqust 2020, 16:43 Koronavirusdan sağalan Cavid Paşayev evə buraxıldı 15 Avqust 2020, 16:37 ÜST Misiri səhv testlərə görə tənqid etdi 15 Avqust 2020, 16:30 Polis velosipedçiləri cərimələdi 15 Avqust 2020, 16:23 Bərdədə dəhşətli qəza - sürücü ağır xəsarət aldı    15 Avqust 2020, 16:14 Azərbaycanda paralel xəstəliklərin ağırlaşmasından dünyasını dəyişən koronaviruslu XƏSTƏLƏR 15 Avqust 2020, 16:06 Barələrində cinayət işi başlanılan COVID-19 xəstələrinin sayı açıqlandı 15 Avqust 2020, 15:58 Paşinyan öz dili ilə ifşa olundu! - “Dünyanın gözü qarşısında biabırçı vəziyyətə düşdü” 15 Avqust 2020, 15:50 Qadın fermerlərə dəstək - FOTO 15 Avqust 2020, 15:42 Dini ayinlərin məscidlərdə keçirilməsi ral təhlükədir - QMİ-nin sədr müavini 15 Avqust 2020, 15:33 Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlandı - Foto 15 Avqust 2020, 15:25 Körpünün üstündəki qəza tıxaca səbəb oldu - FOTO 15 Avqust 2020, 15:17 Bakıda özünü dənizə atan şəxs xilas edildi 15 Avqust 2020, 15:08 Baş Nazirdən icra başçılarına TAPŞIRIQ 15 Avqust 2020, 15:00 Putin və Lukaşenko Belarusdakı vəziyyəti müzakirə etdilər 15 Avqust 2020, 14:54 Gəncədə dezinfeksiya işləri davam etdirilir - FOTO 15 Avqust 2020, 14:48 İranda daha 161 nəfər koronavirusdan öldü 15 Avqust 2020, 14:40 “Paşinyan Livan ermənilərindən canlı şit kimi istifadə edir” - Azay Quliyev 15 Avqust 2020, 14:33 Anasını öldürmək istəyən gəncin məhkəməsi başlayır 15 Avqust 2020, 14:26 Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı 15 Avqust 2020, 14:19 Paşinyanın, onun simasında Ermənistanın növbəti mənəvi İFLASI   15 Avqust 2020, 14:11 Fransa Azərbaycanlıları Koordinasiya Şurasının yeni əlaqələndiricisi seçilib 15 Avqust 2020, 14:04 Ermənilərin Kəlbəcərdə saldığı yeni yaşayış evlərinin peyk görüntüləri yayıldı - FOTO 15 Avqust 2020, 13:56 Rusiyada koronavirusa qarşı dərman istehsalına başlandı 15 Avqust 2020, 13:51