Modern.az

“Leyla Əliyeva püxtələşmiş ictimai-siyasi xadimə çevrilib” - Ad günü TƏBRİKLƏRİ

“Leyla Əliyeva püxtələşmiş ictimai-siyasi xadimə çevrilib” - Ad günü TƏBRİKLƏRİ

3 İyul 2019, 13:10

Bu gün prezident Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür.

Modern.az xəbər verir ki, Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olmaqla yanaşı, həmçinin Moskvada rus dilində nəşr olunan "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisidir. O, digər sahələrdə də müxtəlif fəaliyyəti ilə diqqət çəkir.


Milli Məclisin deputat Jalə Əliyeva
Leyla Əliyevanın ölkə naminə göstərdiyi fəaliyyətdən söz açıb:


“Bu gün bütün dünyada Azərbaycan gənclərinin simvoluna çevrilmiş Leyla Əliyevanın doğum günüdür. Bu münasibətlə onu təbrik edir, xoş həyat arzu edirəm. Hər zaman olduğu kimi Azərbaycanın inkişafında göstərdiyi fəaliyyətin davamını arzulayıram. Leyla xanım sözün əsl mənasında gənc yaşına baxmayaraq keçdiyi bu qısa həyat yolunda bəlkə də yüzlərlə insanın bir araya gələrək edə bilməyəcəyi işləri xalqı, ökəsi üçün həyata keçirib. Onun zərif qəlbi, humanizmlik duyğuları çox güclüdür. Humanizmlik ideyaları ilə yalnız öz yaşıdları arasında yox, böyüklər arasında da xüsusi yer tutub. Doğulub böyüdüyü ölkənin uşaqlarını, ağsaqqallarını, gənclərini hətta dördayaqlı heyvanlarını, faunasını belə unutmayıb. Onun ideya müəllifi olduğu layihələrin hər biri Azərbaycanın təbiətini, coğrafiyasını ən əsası insanlarını qorumağa yönəlmiş unikal  proqramlardır. Bir daha onu bu gün  münasibəti ilə təbrik edir, gələcək həyatında uğurlarının daha da  bol olmasını arzu edirəm. Çünki o, öz fəaliyyəti ilə artıq gənc olmaqla bərabər, püxtələşmiş ictimai-siyasi xadimə çevrilib.  Bu, onu tanıyan, fəaliyyəti ilə tanış olan  hər bir kəs üçün qəbul olunan birmənalı fikirdir”.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki,  Leyla Əliyevanın Azərbaycan realıqlarının dünyaya çatdırılmasında xüsusi rolu var:

 “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanımı  “İrəli” gəncləri adından təbrik edirik. O  “Xocalıya ədalət” kampaniyasının beynalxalq arenada tanınmasında, Azərbaycanda sosial işlərin həyata keçirilməsində, uşaqlarla bağlı apardığı məqsədyönlü siyasətdə, eyni zamanda  Azərbaycan adına gördüyü bütün işlərdə doğurdan da çox böyük uğurlara imza atıb. Beynəlxalq təmsilçilik platformasında azərbaycanlı gənclərlə  rusiyalı gənclərin bir araya gəlməsində, dostluq münasibətlərinin qurulmasında Heydər Əliyev Fondunun apardığı genişmiqyaslı layihələrdə, regionlarda Leyla xanımın rolu həqiqətən də danılmazdır. Biz ona  yeni yaşında uğurlar, möhkəm can sağlığı arzu edirik. Azərbaycan adına gördüyü işlərdə daha böyük uğurlara imza atmasını diləyirik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir