Arxiv
3 İyul 2019, 13:33 | MƏDƏNİYYƏT
Kişilər daha çox yaltaqlanır, qadınlar?..

Bu gün istər hansısa dövlət sektorunda, istərsə də özəl iş sahələrində, sosial şəbəkələrdə kimlərinsə kimlərəsə yaltaqlıq etdiyi müşahidə olunur. Yaltaqlıq adlanan xüsusiyyət kənardan xoşagəlməz mənzərə yaradır. Son vaxtlar bu əlamətin xüsusilə gənclər arasında vüsət alması isə lap üzücü haldır.

Özündən daha üstün hesab etdiyi və ya məqsədlərinə çatmaq üçün müəyyən şəxslərə yaltaqlanan şəxslər sosial şəbəkələrdə tez-tez qınaq obyekti olsalar da, onlar bu şakərdən əl çəkmirlər.

Yaltaqlığın ölkəmizdə qadağan olunması haqda hələ iki il bundan əvvəl Milli Məclisdə təklif belə irəli sürülüb. "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev Özbəkistanda yaltaqlığın qadağa olunduğunu əsas gətirərək, bu qanunun ölkəmizdə də tətbiq edilməsini təklif etmişdi. Təklif nəticəsiz qalsa da, cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.

Zamanla öz “aktuallığını” itirməyən yaltaqlıq xüsusiyyəti nədən qaynaqlanır? Mənəvi cəhətdən özünü alçaltmaq kimi qiymətləndirilən yaltaqlıq kişilərdə ya qadınlarda daha çox müşahidə olunur? 


Bu barədə ətraflı psixoloq Gülər Məmmədova Modern.az-a danışıb. 

“Yaltaqlıq zaman keçdikcə, insanın xarakterindən qaynaqlanan bir əlamətdir. Bunu bir neçə aspektdən yanaşmaq olar. Məsələn, qarşı tərəfin sevgisini qazanmaq üçün,özündən rütbə cəhətdən yüksək olan insanı əzərək daha yuxarı  qalxmaq üçün və s. Yaltaqlıq ailədən də gələ bilər. Valideyn övladına tərbiyə verə bilər ki, özündən üstünlərə baş əy, xarakterindən aslı olmayaraq onunla razılaş. Belə olan halda insanın mənlik konsepsiyası itir, istədiyi səviyyəyə çatmaq üçün hər yola əl ata bilir. Bəiz insanlar istədiyinə nail ola bilmədikdə yaltaqlığa əl atır, bu yolla irəliləmək istəyir. Burada da şəxsin özünə inamının aşağı olması, hazırkı statusu, vəzifəni itirməmək məqsədilə keçirdiyi narahatlıq hissi əsas rol oynayır. Bu cür insanlar cəmiyyətdə də yaxşı qarşılanmır, qınaq obyektinə çevrilir. Lakin bəzi hallarda  cəmiyyət yaltaqlığı başqa xüsusiyyətlərlə qarışıq salır.  Məsələn, elə tip insanlar var ki, baş verən hadisələrə çox mülayim yanaşır, mühakimə yürütmürlər. Belə olan halda bəzi insanlar onları yaltaq kimi qiymətləndirirlər”.


Psixoloq deyir ki, əslində hər birimiz müəyyən məqsədlərə çatmaq üçün özümüz olmaqdan kənara çıxırıq:

“Bəzən istəklərimizə çatmaq üçün özümüz olmaqdan imtina etsək də, mənliyimizi alçatmamalı, ləyaqətimizə xələl gətirməməliyik.

Yaltaqlığın daha çox qadın və ya kişilərdə müşahidə edildiyini demək doğru olmazdı. Çünki bu, insana məxsus xüsusiyyətdir və hər iki cinsdə eyni dərəcədə müşahidə oluna bilər. Bu xüsusiyyəti daha çox yaş qrupu ilə əlaqədar bölmək düzgün olardı. Məsələn, kiçik yaşlı uşaqlarda bu, tez-tez müşahidə olunur. İstədiyi oyuncağı almaq məqsədilə uşaq valideynlərinə qarşı u üsuldan istifadə edir. Qadın qrupunda da yaltaqlıq özünü göstərir. Belə ki, qrupdan bir qadının digərlərinə nisbətdə daha imkanlı, şöhrətli olması digər qadınların da onu lider olaraq görməsinə, ona doğru getməsinə səbəb olur”.

Gülər Məmmədovanın sözlərinə görə, qadınlar şirindilli olduqları üçün onlarda yaltaqlıq daha effektiv görünür:

“Qadınlar kişilərə nisbətdə daha çox xoş sözlərdən istifadə etdiyi üçün yaltaqlığın onlarda daha uğurlu alındığını düşünənlər var. Lakin bu istər kişi, istərsə də qadında bacarıqdan irəli gələn bir xüsusiyyətdir. Belə ki, manipulyasiya vasitəsilə açıq şəkildə yox, gizli olaraq müəyyən addımlarla qarşı tərəfdən öz istədiklərini ala bilirlər. Təəssüflər olsun ki, yaltaqlıq bəzi insanlara zövq verir. Belə ki, qarşı tərəfin ona mülayim davranması, öyməsi həmin şəxslərdə müsbət aura yaradır. Elə insanlar da var ki onlara qarşı yaltaqlıq olunduğunu bilir, lakin biruzə vermir”.
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 Yasamalda mənzildə iki  meyit aşkarlandı 20 İyul 2019, 00:14 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25 Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO 19 İyul 2019, 23:05 İran Hörmuz boğazında Britaniya tankerini saxladı 19 İyul 2019, 22:47 “İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİN 19 İyul 2019, 22:33 Əsgərin yola salınma mərasimində kütləvi zəhərlənmə 19 İyul 2019, 22:16 FETÖ-ya bağlı baş nazir istefa verdi 19 İyul 2019, 22:03 Şirvanda toyda 14 nəfər tüstüdən zəhərləndi 19 İyul 2019, 21:46 Sel Türkiyədə 7 can aldı 19 İyul 2019, 21:28 Rövşən Lənkəranskinin qətli  “göyərti kralı” ilə bağlı olub - Şok ifadə 19 İyul 2019, 21:16 Amerikada mətbuat tarixi və ya Xəbərlər heç vaxt yatmır... 19 İyul 2019, 21:09 ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir 19 İyul 2019, 20:56 Avstriyada təyyarə qəzası: Ölənlər var 19 İyul 2019, 20:43 Bu məhkəmələr ləğv edildi - SİYAHI 19 İyul 2019, 20:17 Davudoğlundan sərt təpki: “Hər qapını bağlasalar da, susmayacağıq” 19 İyul 2019, 20:03 Ərdoğan İlham Əliyevə zəng etdi 19 İyul 2019, 20:00 Polis jurnalistlərlə birgə gücləndirilmiş əməliyyat tədbirlərinə başladı - FOTO 19 İyul 2019, 19:52 Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open” 19 İyul 2019, 19:43 Prezident 11 səfiri geri çağırdı 19 İyul 2019, 19:34 “Qarabağ” UEFA reytinqində irəlilədi   19 İyul 2019, 19:25 Neft Fondunun gəlir və xərcləri təsdiqləndi -SƏRƏNCAM 19 İyul 2019, 19:15 Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv edildi - FƏRMAN 19 İyul 2019, 19:06 Əcnəbilərə Azərbaycanda təhsil almaq üçün yeni imkan - FƏRMAN 19 İyul 2019, 18:58 Azercell ödənişsiz göz müayinələri təşkil etdi   19 İyul 2019, 18:49 Prezident məhkəmə sədrini vəzifəsindən azad etdi - SƏRƏNCAM 19 İyul 2019, 18:42 Qəbul imtahanının yeganə rekordçusu Səbinə: “Müəllimlərim məni təmənnasız hazırlayıblar”   19 İyul 2019, 18:35 Azərbaycanda hakimlərlə bağlı yeni SƏRƏNCAM 19 İyul 2019, 18:27 Bu nazirliyiə övladlığagötürmə ilə bağlı yeni səlahiyyətlər VERİLDİ 19 İyul 2019, 18:19 Mətbuat Şurası Elçin Əlibəylinin saytına xəbərdarlıq etdi 19 İyul 2019, 18:10 Dövlət Komitəsi aparatının işçilərinin sayı artırıldı 19 İyul 2019, 18:02 SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlər başladı 19 İyul 2019, 17:55 230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb   19 İyul 2019, 17:47