Arxiv
4 İyul 2019, 11:10 | ÖLKƏ
“Bu nə görməmişlik, bu nə acgözlükdür?!” - Deputatdan Xəzəri hasarlayan oliqarxlara sərt İTTİHAM

2003-cü il yanvarın 13-də mərhum prezident Heydər Əliyev “Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda deyilir ki, torpaq sahələrinin dövlətin müstəsna mülkiyyətində olması nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilib.
“Həmin torpaq sahələrində bağ evləri və digər obyektlər inşa edilib, dənizin içinədək hündür hasarlar çəkilib. Bununla da əhalinin dəniz sahilinə gediş-gəlişi xeyli dərəcədə məhdudlaşdırılıb”.

Prezident H.Əliyev vətəndaşların Xəzər dənizi sahillərində çimərlik və istirahət hüququnun maneəsiz gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə hələ o vaxt Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət Torpaq Xəritəçəkmə Komitəsinə, Bakı və Sumqayıt şəhərləri, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Abşeron, Salyan, Neftçala, Lənkəran, Masallı və Astara rayonlarının İcra hakimiyyəti başçılarına tapşırıb ki, Xəzər dənizi sahilinin 130 metrlik zolağında yerləşən torpaqların inzibati və ya məhkəmə qaydasında, hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasını təmin etsinlər.


Azərbaycan hökuməti prezidentin sərəncamını icra etmək yerinə 5 il sonra Milli Məclisdə dəniz sahilindəki 130 metrlik zolağı “20-50 metrlik zolaq” sözləri ilə əvəzləməyə nail olub.
2008-ci ilin dekabrında isə “Torpaq islahatı haqqında” qanuna, Torpaq Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanun qüvvəyə minib.

Qanunda dəniz sahilinin dövlət məqsədləri üçün istifadəsinə icazə verilib.

Sənəddə deyilir ki, qanundan “dövlət məqsədləri üçün” sözləri çıxarılsın. “İstifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər”.


Məhz bundan sonra Xəzərin hasarlanması işi daha da sürətləndi.


Nəhayət 2016-cı ilin yanvarında Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarıldı. Dəyişikliklərdən biri də Xəzərin Azərbaycan sahilində gediş-gəlişi məhdudlaşdıranların cəzalandırılmasını nəzərdə tuturdu. Layihə səsverməyə çıxarıldı və qəbul olundu. Dəyişikliyə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər isə 40 min manat miqdarında cərimə olunmalı idilər. Eyni zamanda, xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunmalı idilər.

Milli sərvətimizin illərdir zəbt olunmasına baxmayaraq, nə hasarlamaya görə cəzalanan var, nə də gediş-gəlişi məhdudlaşdırdığına görə cərimələnən. Görünən odur ki, məmurların özlərinin təklifləri üzərinə qəbul edilən qanunlar onların özünə kar etmir. Və o da gün kimi aydındır ki, məhz bu istiqamətdə qəbul edilən qanunlar elə onları pozmaq üçün nəzərdə tutulub...

 

“Xəzəri hasarlayanlar turizmi inkişaf etməyə qoymur”


Problemi dəfələrlə parlamentin iclas zalına daşıyan Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a bildirib ki, Xəzər hasarlardan azad edilməli, Azərbaycan xalqının və turistlərin üzünə açıq olmalıdır:


“Mən bu barədə fikirlərimi parlamentdə də səsləndirdim. Mənə belə gəlir ki, fikrimdə kifayət qədər obyektivəm və yetərincə haqlıyam. Xəzərin hasarlanması ilə bağlı dəfələrlə həmkarlarım, o cümlədən Zeynəb Xanlarova parlamentdə fikirlərini söyləyiblər. Hazırda ölkə Prezidenti bütün istiqamətlərdə genişmiqyaslı islahatlara start verib və bunlar sistemli xarakter daşıyır. Onu da qeyd edim ki, ölkə başçısının son zamanlar imzaladığı fərman və sərəncamlar olduqca ciddi xarakter daşıyır. 2018-ci ildən sonra ölkə başçısı öz komandasını yeniləyrək, buraya daha təşəbbüskar, müasir dünyagörüşünə malik, imici təmiz insanları gətirdi. Ona görə də ümid edirəm ki, vəzifələrə gətirilmiş müvafiq qurumların rəhbərləri Azərbaycanın Xəzəryanı sahillərinə diqqəti artıracaqlar. Həmin qurumlar məsələ ilə bağlı özlərindən asılı olan işləri daha böyük ardıcıllıqla həyata keçirməlidirlər. Söhbət təkcə ondan getmir ki, Azərbaycan vətəndaşları hasarlanmış Xəzərin içərisinə girib çimərliklərdən istifadə etməkdə məhdudlanıblar. Söhbət həm də ondan gedir ki, hasarlar turizmin inkişafına mane olur. Bu, birmənalı şəkildə yolverilən hal deyil”.

 

Xəzər dənizi iynədirmi, hasarı görünməsin?...

 

F.Ağamalı “İllərdir Xəzər hasarlanıb, bu iynə deyil ki, harasa düşə və gözdən yayına. Vətəndaşlar da, dövlət qurumları da bunu aydın görür. Hətta səlahiyyət sahibi dövlət qurumlarına ünvanladığımız sorğulara cavab olaraq, “bununla bağlı məlumat yoxdur”, “bu mövzuya toxunmayın” kimi göstərişlərdə bulunurlar. Yəni hamımız görə-görə problemə göz yumuruq. Bəs niyə problemin qarşısı alınmır?” fikirlərimizi belə cavablandırıb:


“Doğrudur. Mən həm də onu demək istəyirəm ki, Azərbaycanda turizmin inkişafı ilə bağlı ciddi siyasi iradə ortaya qoyulub. Turizm qeyri-neft sektorunun ən gəlirli sahələrindən biridir. Elə kiçik ölkələr var ki, məhz turizmin inkişafı ilə ölkəyə milyardlarla valyuta axınına səbəb olur, bücələrini turizmdən gələn gəlir hesabına formalaşdırırlar.

Xəzər başdan-başa turizm üçün yararlıdır, həm suyu, həm də sahilindəki qumsallıq turizm üçün son dərəcə əlverişlidir. Ayrı-ayrı oliqarxlar dənizi hasarlayaraq, həm xalqın ora daxil olmasını məhdudlaşdırır, həm də turizmin inkişafını ləngidir.

Görünən odur ki, qəbul edilmiş qanunlar bunu aradan qaldırmaq üçün kifayət deyil. Düşünürəm ki, Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, Xəzərin hasarlardan azad olunması üçün də sərt mövqeyini ortaya qoymalıdır”.

 

“5-10 nəfər hektarlarla əraziyə sahiblənib”


Deputat qeyd edib ki, çıxış yolu hasara alınmış Xəzərin bir neçə ailənin ixtiyarından çıxarılıb, Azərbaycan xalqının və turistlərin ixtiyarına  verilməsidir:

“Onlara təklif oluna bilər ki, həmin yerdə otellər, ticarət mərkəzləri inşa edilsin, turistləri cəlb etsinlər. Həm sahibkar kimi pul qazansınlar, həm də dövlətə vergi versinlər. Bir ailənin, 5-10 nəfərin hektarlarla, min metrlərlə dənizi hasarlamağa nə ehtiyacı var?! Bu nə görməmişlikdir, bu nə acgözlükdür?! Onlara təkliflər verilə bilər. Qəbul etmirlərsə, qanunevriciliyə uyğun addımlar atılmalıdır. Qanunda göstərilib ki, dövlət maraqları üçün istənilən məhdudiyyətlər aradan qaldırılmalıdır, əgər özəlləşdirilirsə kompensasiyası verilməlidir. Özəlləşməyibsə, icarə müqaviləsi ləğv olunaraq, tender elan olunur. Azərbaycanda kifayət qədər imkanlı insanlar, biznesmenlər var. Onlar bu tenderlərdə iştirak edərək, həmin yerlərin işlədilməsinə nail ola bilərlər.

Nəticədə Xəzər dənizi hasardan azad olunar, ətrafı gözəlləşər və turizm məkanına çevrilər. Burada həm dövlət, həm də xalq qazanır, Azərbaycan Xəzərlə dünya xalqlarının üzünə geniş istirahət imkanlarını aça bilər”.

 

“Prezident bununla bağlı sənədə imza ata bilər”

Deputat eyni zaamnda, dənizə tökülən çirkab sularla bağlı da həyəcan təbili çalıb:

“Çirkab suların dənizə axıdılmasının qarşısı alınmalıdır. Nardarandan başlayaraq, Abşeron sahillərinədək çirkab sular Xəzərə axıdılır. Bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı monitorinqlərin nəticəsində bir çox çimərliklərdən istifadə olunması məsləhət görülmədi. Çünki sular çirkab içərisindədir. Bunun qarşısının alınması üçün ciddi dövlət proqramının qəbul edilməsinə ehtiyac var. Xəzər dənizi Tanrının, təbiətin bizə bəxş etdiyi son dərəcə gözəl və əvəzsiz nemətdir. Xəzərdə neft və qaz istismar etməklə problemlərimizi həllində kifayətlənməli deyilik. Eyni zamanda, Xəzərdən turizm məkanı kimi istifadə edib dövlət büdcəsinə vəsait cəlb edə bilərik. Ona görə də müvafiq qurumlar müzakirələr apararaq, konkret təkliflər hazırlayaraq, dövlət başçısına müraciət etməlidir. Əminəm ki, Prezident  hər zaman olduğu kimi, bu təkliflərə də həssas yanaşıb, konkret addımlar atılması üçün tapşırıqlarını verər və lazımi sənədlərə imza ata bilər”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 Yasamalda mənzildə iki  meyit aşkarlandı 20 İyul 2019, 00:14 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25 Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO 19 İyul 2019, 23:05 İran Hörmuz boğazında Britaniya tankerini saxladı 19 İyul 2019, 22:47 “İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİN 19 İyul 2019, 22:33 Əsgərin yola salınma mərasimində kütləvi zəhərlənmə 19 İyul 2019, 22:16 FETÖ-ya bağlı baş nazir istefa verdi 19 İyul 2019, 22:03 Şirvanda toyda 14 nəfər tüstüdən zəhərləndi 19 İyul 2019, 21:46 Sel Türkiyədə 7 can aldı 19 İyul 2019, 21:28 Rövşən Lənkəranskinin qətli  “göyərti kralı” ilə bağlı olub - Şok ifadə 19 İyul 2019, 21:16 Amerikada mətbuat tarixi və ya Xəbərlər heç vaxt yatmır... 19 İyul 2019, 21:09 ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir 19 İyul 2019, 20:56 Avstriyada təyyarə qəzası: Ölənlər var 19 İyul 2019, 20:43 Bu məhkəmələr ləğv edildi - SİYAHI 19 İyul 2019, 20:17 Davudoğlundan sərt təpki: “Hər qapını bağlasalar da, susmayacağıq” 19 İyul 2019, 20:03 Ərdoğan İlham Əliyevə zəng etdi 19 İyul 2019, 20:00 Polis jurnalistlərlə birgə gücləndirilmiş əməliyyat tədbirlərinə başladı - FOTO 19 İyul 2019, 19:52 Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open” 19 İyul 2019, 19:43 Prezident 11 səfiri geri çağırdı 19 İyul 2019, 19:34 “Qarabağ” UEFA reytinqində irəlilədi   19 İyul 2019, 19:25 Neft Fondunun gəlir və xərcləri təsdiqləndi -SƏRƏNCAM 19 İyul 2019, 19:15 Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv edildi - FƏRMAN 19 İyul 2019, 19:06 Əcnəbilərə Azərbaycanda təhsil almaq üçün yeni imkan - FƏRMAN 19 İyul 2019, 18:58 Azercell ödənişsiz göz müayinələri təşkil etdi   19 İyul 2019, 18:49 Prezident məhkəmə sədrini vəzifəsindən azad etdi - SƏRƏNCAM 19 İyul 2019, 18:42 Qəbul imtahanının yeganə rekordçusu Səbinə: “Müəllimlərim məni təmənnasız hazırlayıblar”   19 İyul 2019, 18:35 Azərbaycanda hakimlərlə bağlı yeni SƏRƏNCAM 19 İyul 2019, 18:27 Bu nazirliyiə övladlığagötürmə ilə bağlı yeni səlahiyyətlər VERİLDİ 19 İyul 2019, 18:19 Mətbuat Şurası Elçin Əlibəylinin saytına xəbərdarlıq etdi 19 İyul 2019, 18:10 Dövlət Komitəsi aparatının işçilərinin sayı artırıldı 19 İyul 2019, 18:02 SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlər başladı 19 İyul 2019, 17:55 230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb   19 İyul 2019, 17:47