Arxiv
4 İyul 2019, 16:52 | REPORTAJ
“Rəsulzadəyə mütləq abidə qoyulacaq, əksi qeyri-mümkündür!” - ETİRAZ

“Məhəmməd Əmin Cümhuriyyətin qurucularından biri yox, əsl qurucusudur!”


“Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin xatirəsinin əbədiləşdirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət daxil olmayıb”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Bakı Meriyasından bildiriblər.

Bu cavabdan sonra “nə əcəb” sualı ətrafında düşünə-düşünə Rəsulzadənin nəvəsi Rais Rəsulzadəyə müraciət etdik. Ancaq R.Rəsulzadə illərdir babasına heykəl qoyulması, abidə ucladılması üçün davamlı müraciətlərin olduğunu deyib:

“27 ildir tək mən yox, eləcə də ictimaiyyət Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulması üçün müraciət edir. Ona görə də məsələ aydındır. Mən demirəm istəyirlər, istəmirlər. Amma əminəm ki, mütləq babama abidə qoyulacaq. Çünki bu, onun haqqıdır. Əksi qeyri-mümkündür”.

 

R.Rəsulzadə bəzi hallarda babası haqqında dnaışarkən təhriflərə yol verildiyini dilə gətirib:

“Çox vaxt babam haqqında danışarkən deyirlər, “Cümhuriyyətin qurucularından biri”. Rəsulzadə Cümhuriyyətin qurucularından biri yox, əsl qurucusudur. Heykəl də ona qoyulmalıdır, özü də tək, kollektiv şəkilində yox. Tarixi faktlar da, sənədlər də bunu sübut edir. Prezidentin sərəncamına əsasən, Dövlət Dram Teatrında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi keçiriləndə, hamı çıxış edirdi, onu “quruculardan biri” kimi təqdim edirdilər. Mərhum Şirməmməd Hüseynov, Allah ona rəhmət eləsin, Rəsulzadənin əsas tədqiqatçılarındandır. O çıxış  edəndə dedi ki, “Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyətin qurucularından biri yox, qurucusudur, bunu dilə gətirmək və qorxmaq lazım deyil”. Bütün zal onu alqışladı”.

 


Rais Rəsulzadənin sözlərinə görə, Bakı Dövlət Universitetinin adı da Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlı olmalıdır:

“Biz tariximizi unutmamalıyıq, əks təqdirdə, informasiya müharibəsində düşmənə uduzacağıq. Sağ olun ki, heç olmasa sizlər onu unutmursunuz”.

 

Qeyd edək ki, hazırda  Məmməd Əmin Rəsulzadənin Zaqatalanın mərkəzində heykəli var. Heykəl Elçibəy hakimiyyəti dövründə - 1993-cü ildə qoyulub. Gəncədə isə 1992-ci ildə Rəsulzadənin Dəmiryol Parkında büstü qoyulub. Rəsulzadənin başqa bir heykəli isə doğulduğu Novxanı kəndindədir. Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə ucaldılmış heykəl 1993-cü ildə heykəltəraş Cavanşir Dadaşov tərəfindən qranitdən hazırlanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bitkilər necə mühafizə olunmalıdı? - AQTA MAARİFLƏNDİRİR 15 Oktyabr 2019, 10:40 “Bala Tofiq” ləqəbli leş ət satan daha bir dələduz ifşa edildi - FOTOLAR 15 Oktyabr 2019, 10:40 “İtirilmiş  torpaqlarımız...” silsiləsindən V YAZI - (Qazax rayonu) 15 Oktyabr 2019, 10:34 Vaşinqtonla Ankara arasında “soyuq küləklər” – Türkiyədən 50 nüvə bombası çıxarılacaq 15 Oktyabr 2019, 10:33 İşdən qanunsuz çıxarılan 82 nəfər əvvəlki işlərinə bərpa edilib 15 Oktyabr 2019, 10:31 Çirkaba batıb, çamur atanlar... 15 Oktyabr 2019, 10:27 “Avro-2020”nin seçmə mərhələsi - Bu gün daha 9 oyun keçiriləcək 15 Oktyabr 2019, 10:24 Trampdan Türkiyəyə qarşı sanksiya QƏRARI  15 Oktyabr 2019, 10:13 Türk əsgərinə salam olsun! – Türkiyə millisindən möhtəşəm ADDIM 15 Oktyabr 2019, 10:03 “Xaqibis” 66 can aldı 15 Oktyabr 2019, 09:56 Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub 15 Oktyabr 2019, 09:55 DİQQƏT! Bu küçə və yollarda rənglənmə işləri aparılacaq 15 Oktyabr 2019, 09:50 Türkdilli dövlətlərin prezidentləri bu gün bir araya gələcək - Bakıda Zirvə Görüşü 15 Oktyabr 2019, 09:40 Ermənilər cəbhədə pulemyotları işə saldılar 15 Oktyabr 2019, 09:25 Rəsmi Bakı “Kuhner Fondu”nun üzvlərinin adını “qara siyahı”dan çıxardı 15 Oktyabr 2019, 09:21 Türk ordusu Suriyada 595 terrorçu zərərsizləşdirib 15 Oktyabr 2019, 09:12 Futbol oynamağa gedən məktəbli itkin düşdü 15 Oktyabr 2019, 09:02 Məşhurların son günü - Rüfət Mehdiyevin qızı: “Atamın ən böyük arzusunu gerçəkləşdirə bildik” - FOTOLAR 15 Oktyabr 2019, 08:58 Xalq artistinin sadə həyat tərzi keçirən yeganə övladı: “Qazancım maşın sürməyə imkan vermir” - MÜSAHİBƏ 15 Oktyabr 2019, 08:07 Bakıda bir nəfər intihar etmək istədi 15 Oktyabr 2019, 07:59 Türkiyə dünya çempionundan xal aldı - VİDEONƏTİCƏLƏR 15 Oktyabr 2019, 01:03 Baş qərargah rəisləri Suriyadakı əməliyyatı müzakirə etdi 15 Oktyabr 2019, 00:20 Onlar “Maşın”ın finalında 15 Oktyabr 2019, 00:04 Bu ölkə Türkiyəyə silah satışını dayandırdı 14 Oktyabr 2019, 23:43 İlham Əliyev Bakıya gələn dövlət başçıları ilə birgə şam edib - FOTOLAR 14 Oktyabr 2019, 23:22 Anasını qətlə yetirib yandıran oğul 19 il həbs cəzası aldı 14 Oktyabr 2019, 23:07 İlham Əliyev Nursultan Nazarbayevlə görüşdü - FOTOLAR 14 Oktyabr 2019, 22:49 Salyanda ağır qəza 14 Oktyabr 2019, 22:30 Cinayətkarlar 14 polisi öldürdü 14 Oktyabr 2019, 22:16 Xalqı sosial şəbəkələr vasitəsilə üsyana çağırdılar 14 Oktyabr 2019, 22:00 Türkiyə 560 terrorçunu zərərsizləşdirdi 14 Oktyabr 2019, 21:45 “Azərbaycanı haqlı mübarizəsində tək buraxmamalıyıq” - Mövlud Çavuşoğlu  14 Oktyabr 2019, 21:27 “Bizim əməkdaşlığı möhkəmlətməyimiz taleyimizə yazılıb” - Şavkat Mirziyoyev 14 Oktyabr 2019, 21:14 “Özbəkistan və Azərbaycan öz gələcəyini çoxəsrlik tarixi təməl üzərində qurur” - İlham Əliyev 14 Oktyabr 2019, 20:59 Qaxda 7 avtomobil toqquşdu: xəsarət alanlar var 14 Oktyabr 2019, 20:44