Arxiv
9 İyul 2019, 10:08 | TƏHSİL
Ucqar kənd müəllimlərinin məktəbə daşıdıqları inanılmaz yeniliklər

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi artıq yekunlaşıb. Müsabiqədə ümumi təhsil müəssisələri və pedaqoji işçilərdən  ümumilikdə 878  layihədən 168-in maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

 

Modern.az-ın əməkdaşı  qalib layihələrin müəllifi olan müəllimlərin müsabiqə ilə bağlı təəssüratlarını öyrənib:

 

Bərdə rayon Kürdborakı kənd tam orta məktəbinin kimya müəllimi Elşən Məmmədov II qrant müsabiqədə iştirak etsə də qalib ola bilməyib, bu dəfə isə istəyinə çatıb:

 

“Təhsil Nazirliyinin təşkil etdiyi  qrant müsabiqəsinə keçən il qatılsam da,  qalib ola bilmədim. Bu il yenidən  müsabiqədə  iştirak etdim. Lakin bu dəfə  yalnız  qalibiyyət istəyirdim. İstəyimə də nail oldum.

 

Keçən müsabiqədən fərqli olaraq  bu dəfə mövzumu  öz ixtisasım üzrə müəyyənləşdirdim. Layihəmin  adı da  "Kimyadan laboratoriya işlərinin və kimyəvi təcrübələrin animasyon filmləri"dir. Bu gün kimya fənninin əsas problemlərindən biri odur ki, təcrübə olmadan dərs keçirik  və bu da  uşaqlara maraqsız gəlir. Bəzi məktəblərdə laboratoriya yoxdur. Belə bir şəraitdə şagirdlərin maraqlarını cəlb etmək üçün animasiya filmlərdən istifadə etmək olar.  Laboratoriya olmasa belə biz təcrübələrin animasiya şəklində hazırladıb disklərdə uşaqlara paylasaq yaxşı nəticə əldə edəcəyimizə əminəm”.

 

Şirvan rayonu 3 saylı tam orta məktəbin fizika müəllimi Vasif  Zeynalov “Gələcəyin fizikləri” adlandırdığı layihə ilə həm şagirdlərin dünyagörüşünü, həm də olimpiada hazırlığını inkişaf etdirəcəyinə inanır:

 

 “Son 4-5 ildə Şirvan şəhərindən fizika olimpiadasında iştirak edənlərin sayında kəskin azalma var. Hətta vəziyyət o həddə çatıb ki, artıq Respublika turuna keçən şagirdimiz olmur.

 

“Gələcəyin fizikləri” adlandırdığım layihəm də bu problemlə bağlıdır. Olimpiadadan əlavə, şagirdin düşüncəsini  inkişaf etdirmək də əsas məqsədlərimizdən biridir.  Layihə nəticəsində həm olimpiada iştirakçıları uğur qazanacaq, həm də onların dünyagörüşündə irəliləyiş olacaq”.

 

Astara rayonu Qapıçıməhəllə kənd tam orta məktəbin tarix müəllimi Həbib Əliyevin layihəsində əsas məqsəd  Astaranın müxtəlif kəndlərindən uşaqlara robototexnikanın sirlərini öyrətməkdir:

 

“" Voltran" Robotexnika layihəsinin məqsədi Astara bölgəsində şagirdlərin robototexnika sahəsində bilik və bacarıqlarının artırılmasıdır. Əsas vəzifələr robotexnikanın əhəmiyyətinin anlatmaq, şagirdlərdə praktiki bacarıqları formalaşdırmaq, sonra isə peşəkar robotexnika bacarıqlarını aşılamaq, onları bu sahədəki yarış və olimpiadalara hazırlamaqdır. Həmçinin, gələcəkdə ev və məktəb şəraitində özləri robototexnikanın qurulması və tətbiqi bacarıqlarını qazandırmaq da qarşıya  qoyulan əsas vəzifələrdən biridir.

 

Əksər  bölgələrdə olduğu kimi, layihənin həyata keçirilməsi nəzərdə tutulan Astara rayonunda da şagirdlərin robototexnikaya aid bilik və bacarıqları olduqca azdır. Hətta yox deyilə biləcək qədər az. Bəzi məktəblərdə kompüter və digər elektron cihazlar olsa da şagirdlərin İKT biliyi çox məhdud və bəsitdir. Müasir dövrdə robototexnikanın əhəmiyyətini nəzərə alsaq , layihənin verəcəyi faydanı   təxmin etmək çətin olmaz.

 

Dünyada və  ölkəmizdə elektronlaşdırılma, avtomatlaşdırmanın artdığı bir zamanda bölgələrin bu prosesdən  kənarda qalması xoş mənzərə deyil. Hazırda ölkədə məktəblilərin robototexnika bacarıqlarının inkişaf etdirilməsi məqsədilə bir çox işlər görülür. Lakin bütün bunlar daha çox paytaxt Bakı şəhərində aparılır. Bölgələrdə də belə  işlərin edilməsinə, şagirdlərin lego hazırlama, proqramlaşdırma, robototexnika sahəsini öyrənməsi, bilik və bacarıqlarının artırılmasına çox ehtiyac var. Müasir texnologiya telefon, kompüter və s. formada artıq bütün evlərə daxil olması hamıya bəllidir. Təəssüf ki,  valideyn və şagirdlər  bundan daha faydalı və geniş məqsədli istifadə edə bilmirlər. “Voltran" Robotexnika” layihəsilə də şagirdlərin məhz bu  faydalılığı artırmağı qarşıya məqsəd qoymuşuq.

 

Bugün şagirdlərin müasir texnologiya və texnikaya marağını da nəzərə alsaq layihənin uğurla davam edəcəyini əminliklə demək olar. Ümid edirik və inanırıq ki, gözlədiyimiz nəticələri əldə edəcəyik.

 

Layihə ilə  Astarada kənd məktəblərində təhsil alan şagirdlərin robototexnika, legoyığma, avtomatlaşdırma sahəsində bilik və bacarıqları artacaq. Şagirdlər robototexnikanın bütün dünyadakı və həmçinin ölkəmizdəki əhəmiyyətini  yaxşı anlayacaqlar. Onların legolar, müxtəlif avadanlıqlar və vasitələrdən istifadə edərək praktiki bacarıqları formalaşacaq. Layihədə 10-14 yaş arası şagirdlərin iştirakı nəzərdə tutulub. Onlara  peşəkar robototexnika bacarıqlarını aşılanacaq. Eyni zamanda,  gələcəkdə yarış və olimpiadalara hazırlanacaqlar. Bundan əlavə,  ev və məktəb şəraitində robototexnikanın qurulması və tətbiqi bacarıqlarını qazanmaqla bu istiqamətdə  bilik və təcrübələrini məktəb yoldaşları ilə paylaşılması istiqamətləndiriləcəklər. Gələcəkdə bu sahədə peşəkar olmaları üçün lazımi istiqamətlər veriləcək. Qeyd edim ki, layihə çərçivəsində AREA- Azerbaijan robotiks engineering academy,  AzEdu.az  təhsil portalı ilə əməkdaşlıq edilməklə yanaşı,  Bakıdan mütəxəssis dəvət olunacaq”.

 

Rəna Nəbi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sumqayıtda 32 yaşlı kişi itkin düşdü - FOTO 17 Sentyabr 2019, 20:40 Azərbaycanda abort edən qadınların sayı azalıb 17 Sentyabr 2019, 20:29 Xəzərdə  zəlzələ oldu 17 Sentyabr 2019, 20:13 Əfqanıstan prezidenti Azərbaycana gəlir 17 Sentyabr 2019, 20:01 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb  17 Sentyabr 2019, 19:28 Xəzərdə zəlzələ olub 17 Sentyabr 2019, 18:55 İlham Əliyev çilili həmkarını təbrik edib 17 Sentyabr 2019, 18:24 “Azercell” Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir   17 Sentyabr 2019, 18:22 İki mədəniyyət xadimi fəxri diplomla təltif olunub - SƏRƏNCAM 17 Sentyabr 2019, 18:20 Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi 17 Sentyabr 2019, 18:13 Prezident onları “Tərəqqi” medalı ilə təltif etdi 17 Sentyabr 2019, 18:11 Gömrükdən qeyri-qanuni 2 milyon manatlıq dərman keçirmək istəyənlərin qarşısı alındı 17 Sentyabr 2019, 18:04 İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində  17 Sentyabr 2019, 17:52 Məhkəmə Robert Koçaryanı həbsdə saxladı 17 Sentyabr 2019, 17:52 Manatın sabahkı məzənnəsi 17 Sentyabr 2019, 17:33 Heydər Əliyev Fondu Ağsu və İsmayıllı sakinlərini SEVİNDİRDİ - FOTOLAR 17 Sentyabr 2019, 17:24 Bərpa olunan enerji mənbələri müzakirə olundu 17 Sentyabr 2019, 17:17 “Ekologiya postu”na rəis təyin edildi 17 Sentyabr 2019, 17:13 Mübariz Qurbanlı: “Zəncirvurma Aşura keçirilən ölkələrdə özünü biruzə verir” 17 Sentyabr 2019, 17:07 UNICEF və BAMF rəhbərliyi Goranboyun icra başçısı ilə müzakirələr aparıb 17 Sentyabr 2019, 16:49 Universitet dekanı işdən çıxarıldı 17 Sentyabr 2019, 16:47 Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE 17 Sentyabr 2019, 16:32 Orta məktəb dərslikləri Milli Məclisdə tənqid olundu 17 Sentyabr 2019, 16:22 Nazirliyin sabiq Aparat rəhbəri Əjdər Ol yeni vəzifəyə təyin olundu 17 Sentyabr 2019, 16:20 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müsabiqə elan etdi 17 Sentyabr 2019, 16:03 Əhalini siyahıyaalmaya az qalıb - Milli mənsubiyyət də soruşulacaq - RƏSMİ 17 Sentyabr 2019, 16:00 “Azərsu” kanalizasiya sistemlərini yeniləyir 17 Sentyabr 2019, 15:57 Azərbaycan Qazaxıstanla Xəzər dənizi üzrə məsləhətləşmələr keçirib 17 Sentyabr 2019, 15:51 “Ali təhsil haqqında” qanun layihəsinin müzakirə vaxtı bəlli oldi 17 Sentyabr 2019, 15:44 Qaxda QƏZA - 3 nəfər yaralandı 17 Sentyabr 2019, 15:41 Zöhrə Abdullayeva tanınmaz halda - Dostları onu səhnəyə qayıtmağa çağırdılar - FOTO 17 Sentyabr 2019, 15:33 Komitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanır 17 Sentyabr 2019, 15:27 Rövşən Rzayev 30-dan çox köçkünü qəbul etdi 17 Sentyabr 2019, 15:20 “Qanlı yer adlarımız” silsiləsindən: İki qardaşın asılmağı... - I YAZI 17 Sentyabr 2019, 15:13 Oyuncağa dönən mitinq məsələsi... 17 Sentyabr 2019, 14:56