Arxiv
9 İyul 2019, 12:18 | AKTUAL
Yaqub Mahmudov: “Şəki tək tarixi abidələri ilə məşhur deyil”

“Xan sarayı ilə birlikdə Şəkini tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Prezident İlham Əliyevin Vətən naminə yürütdüyü müdrik, uzaqgörən siyasətin çox böyük qələbəsidir. Həmin sahədə əldə olunan digər mühüm uğurlarla yanaşı bu qələbə sübut edir ki, bizim xalqımız ümumdünya mədəniyyətini, müasir sivilizasiyanı yaradan xalqlardandır. Bunun dünya miqyasında qəbul olunması, daha doğrusu rəsmi olaraq etiraf olunması həqiqətən çox böyük tarixi qələbədir”.

 

Modern.az xəbər verir ki,bunu AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

 

Yaqub Mahmudov qeyd edib ki, dünyanın ən qədim şəhərlərindən biri və 2700 ildən çox yaşı olan Şəki şəhəri haqqında bu tarixi qərarın UNESKO-nun Ümumdünya İrs Komitəsinin məhz Bakıda keçirilən 43-cü sessiyasında qəbul edilməsi isə Azərbaycan üçün çox mühüm tarixi hadisədir:

 

“Bu qələbə çox çətin, mübarizələrlə dolu yolun parlaq sonluğudur. Bu qələbənin tarixi  Ulu Öndər Heydər Əliyevin unudulmaz 2002-ci il Şəki səfəri ilə, Prezident İlham Əliyevin Şəkiyə saysız-hesabsız səfərləri, onun Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva ilə birlikdə məşhur Şəki abidələri ilə tanışlıqlarından, ölkə başçısının birbaşa göstərişi ilə görülən bərpa işlərindən, Prezidentin Şəki ilə bağlı verdiyi çoxsaylı sərəncamlardan başlayır”.

 

Deputat bildirib: “Mən Prezidentimizin Şəki səfərləri zamanı onun Şəki abidələri ilə, şəhərin bütün qədim məhəllələri ilə tanış olması, təkcə Aşağı Karvansarayla dörd dəfə tanış olması prosesinin şahidiyəm. Aşağı Karvansarayla tanışlıq zamanı Prezidentin “bu abidənin bərpası zamanı onun memarlığına qətiyyən əl vurmayın” göstərişini necə kəskinliklə verməsinin şahidiyəm. Dairəvi Tanrıçılıq abidəsi ilə tanışlıq zamanı XIX əsrdə işğalçıların bu abidəni saxtalaşdıraraq görkəmini dəyişməsindən necə təsirləndiyinin və “Tezliklə bu abidəni əvvəlki görkəminə qaytarın!”deməsinin şahidiyəm.

 

Heç yadımdan çıxmır. Prezidentimiz və Birinci xanım, Ərdoğan və xanımı Xan Sarayı və digər abidələrlə tanış olarkən birdən Ərdoğanın xanımı Əminə Ərdoğan Mehriban xanıma müraciətlə “Bu misilsiz abidələrdir, onları UNESKO-nun qeydiyyatına saldırmaq haqqında düşünürsünüzmü?” sualını verdikdə Mehriban xanım çox inamlı və kəskin cavab verdi: “Biz artıq bu işə başlamışıq və məqsədimizə hökmən nail olacağıq!”

 

Yaqub Mahmudov qeyd edib ki, o günlərdən sonra Şəkiyə nə qədər ekspertlər gəldi, nə qədər iradlar oldu, Prezidentin qayğısı ilə nə qədər bərpa işləri görüldü:

 

 “Nəhayət, 2019-cu ildə Azərbaycanın məşhur tarixi şəhəri haqqında UNESKO-nun qərarı Bakıda qəbul olundu! Bu qələbə münasibəti ilə bağlı bütün Azərbaycan xalqını təbrik edirsiniz, cənab Prezident! Əslində isə təbrik Sizə düşür. Çünki bu Sizin Vətən naminə yeritdiyiniz müdrik siyasətin qələbəsidir, yürütdüyünüz qətiyyətli siyasətin qələbəsi naminə Mehriban xanım Əliyevanın yorulmadan apardığı davamlı mübarizənin nəticəsidir. Bu qələbələr üçün xalqımız Zati-alinizə minnətdardır. Bu yolda Sizə, Mehriban xanım Əliyevaya yeni-yeni uğurlar arzulayıram!”

 

Akademik sözünə davam edərək deyib: “Şəki tək tarixi abidələri ilə məşhur deyil, həm də tarixi şəxsiyyətlər yurdudur. Mirzə Fətəli Axun­dzadə, Salman Mümtaz, Bəxtiyar Vahabzadə, Sabit Rəhman, Şəfiqə Axundova və başqa çoxsaylı görkəmli şəxsiyyətlərimiz məhz Şəki torpağının yetirmələridir”.

 

O, qeyd edib ki, bu gün Şəki Azərbaycanın tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan unikal bir şəhərdir: “Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı,  TÜRKSOY tərəfindən 2016-cı ilin Türk mədəniyyəti paytaxtı elan edilib, 2017-ci ildə isə UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Unudulmaz səslər: Erməniləri qəzəbləndirən, Mərkəzi Komitədən töhmət alan XALQ ARTİSTİMİZ 9 Dekabr 2019, 08:44 Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi, ana öldü 9 Dekabr 2019, 08:39 Erməni əsir və girovluğundakı azərbaycanlılar - 29 uşaq, 98 qadın, 112 qoca, 604 hərbçi...   9 Dekabr 2019, 08:23 Manat və dollar həftəyə bu məzənnə ilə başladı 9 Dekabr 2019, 08:21 Bakıda bacı və qardaş bıçaqlanıblar 9 Dekabr 2019, 08:20 Qızıl mədənində 4 fəhlə öldü 9 Dekabr 2019, 00:54 İtalyan nəşri Bakı aeroportundan yazdı 9 Dekabr 2019, 00:39 Qanunsuz yolla qaçmaq istəyən miqrantlar saxlanılıb 9 Dekabr 2019, 00:19 İş yerlərində bu qaydalara əməl edilməlidir - AGENTLİK 8 Dekabr 2019, 23:57 Tovuzda iki qadın dəm qazından zəhərləndi 8 Dekabr 2019, 23:34 Bakıda sürücü vurduğu lal piyadanı naməlum istiqamətə aparıb 8 Dekabr 2019, 23:15 Ukraynada sabiq prezidentə yumurta atdılar - VİDEO 8 Dekabr 2019, 22:50 SEPAH-ın düşərgəsi bombalandı: ölən və yaralanan var 8 Dekabr 2019, 22:32 Məktəb direktorunun qızı Bakıda özünü binadan atdı 8 Dekabr 2019, 22:13 İraqda saxlanılan 2,6 min etirazçı azadlığa çıxdı 8 Dekabr 2019, 21:46 Lənkəranda 3 bal gücündə zəlzələ oldu 8 Dekabr 2019, 21:35 Hava limanı yolunda ağır qəza tıxaca səbəb oldu 8 Dekabr 2019, 21:02 Dövlət satınalmalarında  ciddi islahatlara ehtiyac var 8 Dekabr 2019, 20:49 ABŞ-la İran saxladıqları girovları dəyişdirdi - FOTO 8 Dekabr 2019, 20:32 Bakıda 36 yaşlı kişi mənzilində ölü tapıldı 8 Dekabr 2019, 20:16 Sürücülərə XƏBƏRDARLIQ: bu yollarda sürət həddi endirildi 8 Dekabr 2019, 20:01 Litvada idman təyyarəsi qəzaya uğrayıb 8 Dekabr 2019, 19:31 Keniyada ölənlərin sayı 7-yə çatdı 8 Dekabr 2019, 19:26 Daşqınlar zamanı 22 nəfər ölüb 8 Dekabr 2019, 19:00 Beynəlxalq Avtovağzal yaxınlığında avtomobil yanır 8 Dekabr 2019, 18:30 Valideynləri azyaşlı uşaqlara işgəncə verib - FOTOLAR 8 Dekabr 2019, 17:48 Astarada ev yanıb, 57 yaşlı kişinin yanmış meyiti tapılıb 8 Dekabr 2019, 17:36 Aftandil Hacıyev: "10 oyun qalib gəlməmək böyük problem deyil" 8 Dekabr 2019, 17:31 Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb 8 Dekabr 2019, 17:17 İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb 8 Dekabr 2019, 16:44 Azərbaycan ağırlıqqaldıranı ikinci dəfə Avropa çempionu olub 8 Dekabr 2019, 16:08 Həmkarı Yevda Abramovdan yazdı 8 Dekabr 2019, 16:02 Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıb 8 Dekabr 2019, 15:33 Yevda Abramov dəfn olundu - YENİLƏNİB - FOTOLAR 8 Dekabr 2019, 15:09 Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib 8 Dekabr 2019, 14:57
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?