Arxiv
10 İyul 2019, 12:51 | HADİSƏ
Kişilər şort geyinə bilər, qadınlar yox - İlahiyyatçıdan səs-küylü AÇIQLAMA

Geyim insan tərbiyəsi ilə ölçülmür.  Hər kəsin sərbəst geyinmək və yaşamaq hüququ var. Lakin elə geyim tərzləri olur ki, cəmiyyətin bir hissəsi belə geyimlərə yaxşı baxmır.  Xüsusilə, şort geyinən kişilər və qızlar qınaq obyektinə çevrilir.  Görəsən insanların  bu  geyim tərzini aqressiya ilə qarşılamasına səbəb nədir? Bunun əsasında, mental fikirlər, yoxsa Avropa həyat tərzinə etiraz dayanır? 

 

Mövzununun aktuallığını nəzərə alaraq, Modern.az məsələ ilə  bağlı İlahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudovun mövqeyini öyrənib:

“Əlbəttə, cəmiyyət nöqteyi-nəzərindən yanaşsaq, şortik qeyinmək qəbul olunur, ancaq dini aspektdən baxanda müəyyən məhdudiyyətlər var.  İslamda məhrəm və naməhrəm məsələsi var . Məhrəmə görə, qadın və kişinin örtülməsi vacib olan müəyyən  yerləri var. Vacib olan işlər yerinə yetirildiyi zaman din hər hansı bir şəkildə başqa bir münasibət bildirmir. Əsas odur ki, dinin geyimlə əlaqəli qoyduğu qayda-qanunlar təsdiq olunsun. Mənim özümün bu məsələyə necə baxmağımın heç bir əhəmiyyəti yoxdur”.

 

İlahiyyatçı kişilərin göbəyi açıq gəzməsinə icazə verildiyini söyləyib.

“Qadının  üz və əllərindən başqa hər yerləri örtülməlidir. Kişilərdə isə bu işin minimum dərəcə göstəricisinə baxanda dizdən aşağı açıq ola bilər. Ümumi əxlaq çərçivəsində götürsək, sinə bağlı olsa,  daha yaxşı olar. Amma  göbəyin üstündən  biraz açıq şəkildə  bədənin görsənməsi elə də ayıb hesab olunmur. Lakin bu ona əsas vermir ki, kişilər göbəyi açıq çıxıb cəmiyyətin ortasında  gəzsin. Dini baxımdan buna icazə var, qadağa yoxdur. İslamda digər məsələ  də ondan ibarətdir ki, geyimə xüsusi bir baxış tərzi var. Fərqi yoxdur qadın və kişi olsun. Ümumi əxlaq çərçivəsindən kənara çıxmamaq şərtilə. İnsanlar bu çərçivəyə diqqət etsələr, daha məqsədəuyğun olardı.

Ümumiyyətlə, cəmiyyətimizdə geyimlə bağlı müxtəlif fikirlər var.  İndi yay ayıdır, əlbəttə ki, biz dini bir cəmiyyətdə yaşamırıq, dünyavi cəmiyyətdə yaşayırıq. Hər bir kəsin də geyim sərbəstliyi var. Heç kimi qınamaq olmaz ki, niyə belə geyinmisən. Onlar istədiyi paltarı geyinə bilərlər. Ancaq istədiyimiz paltarı geyinə bilərik deyərkən, Azərbaycan xalqının ümumi baxış tərzini də diqqətə almaq lazımdır”.

 

Elşad Mahmudov şort geyinən şəxslərə Azərbaycan cəmiyyətində pis baxıldığını etiraf edib. O, kişilərin sort  geyinmək hüququnu dəstəkləsə də, qadınların belə geyimlərdə olmasına pis baxdığını da vurğulayıb:

 

“Xarici ölkələrlə müqayisədə , bizdə şort geyinən şəxslərə çox da yaxşı baxmırlar. Təbii ki, mental düşüncülər də ön plana keçir. Kişinin kişi geyimi, qadının da qadın geyimi olar. İstər- istəməz o tərzdə geyinən şəxslərə cəmiyyət pis gözlə baxacaq. Yaxşı olardı ki, geyim geyərkən təkcə  özlərini yox, cəmiyyətin də baxış tərzini nəzərə alsınlar.
Kişilərin şort geyinmək məsələsinə o qədər də pis baxmıram.  Dizdən aşağı  geyinsələr, normaldır. Burda bir problem də görmürəm. Həm də yay fəslidir, bunu da diqqətə almaq lazımdır. Bir ilahiyyatçı kimi qadınların şort geyinməyinə  yaxşı baxmıram. Qadın nəzərə almalıdır ki, bu geyim tərzi onlara uyğun deyil”.

 

Azvision.az saytının xanım əməkdaşı Şəhanə Rəhimova isə məsələyə başqa cür yanaşaraq, bunları söyləyib.

“Şort mənim ən sevimli geyim formalarından biridir. Özümü onda sərbəst və rahat hiss edirəm. Hər zaman da istifadə edirəm.

Ancaq cəmiyyətimizin bu məsələyə  qarşı fikirləri birmənalıdır. Elə yerlər var ki, şort  geyinən qıza yaxşı baxmırlar. Şort  geyinən oğlanı isə daş-qalaq edirlər. Bu paltarın geyinilməsinə utancverici bir hadisə kimi baxırlar.

Bir dəfə çəkilişə gedirdik, hava da çiddətli isti idi. Təbii ki, mən sort geyinmişdim. Bir oğlan həmkarımdan soruşanda ki, bu istidə sən niyə şort geyinmirsən ? Mənə dedi ki, “heç vaxt geyinmərəm. Çünki özümü alçalmış hesab edərəm”.
Şort  geyinənlərə  pis baxan insanları  isə heç cür qəbul edə bilmirəm. Hansı zəmanədə yaşayırıq? O, düşüncə tərzi artıq arxivə qovuşub. Müasir bir zəmanədə yaşayırıq,  enerjimizi və baxışlarımızı geyimə yox , daha vacib məsələlərə versək, yaxşı olar. Belə mövzular olanda nədənsə  hər zaman bu  şeir yadıma düşür:

Əcnəbi seyrə balonlarla çıxır

Biz hələ avtomobil minməyiriz.

Quş kimi göydə uçar yerdəkilər

Bizi gönmüş yerə minbərdəkilər".

 

Jurnalist Anar Kəlbiyev isə kişi və qadınların şort  geyinməsinə normal baxır. Söyləyir ki, burda qəbahət bir şey yoxdur:

“Mən özüm əsasən də rayonlara istirahə gedən zaman şort geyinirəm. Gündəlik olaraq geyinməsəm də, geyinənləri qınamıram. Hər kəsin sərbəst geyinmək hüququ var. Qadın və kişi fərqi yoxdur. İnsanı geyimlə dəyərləndirmək düzgün yanaşma deyil”.  

 

Jalə Mehdi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda karantin rejimini pozan kafelər aşkarlandı 28 May 2020, 23:55 İtaliya çempionatı iyunun 20-də bərpa olunacaq 28 May 2020, 23:34 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 27 119-a çatdı 28 May 2020, 23:23 Azərbaycan bayrağı dünyanın ən hündür binasında 28 May 2020, 23:17 Əsəd rejiminə qarşı sanksiyanın müddəti uzadıldı 28 May 2020, 23:10 28 May Azərbaycan qədər Türkiyənin də əziz günüdür - Qənirə Paşayeva 28 May 2020, 22:54 ATƏT PA sədri Milli Məclisin spikeri ilə danışıq aparıb 28 May 2020, 22:49  “Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər” - Prezident 28 May 2020, 22:38 Türkiyədə karantin rejimi yumşaldılır 28 May 2020, 22:21 “Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - İlham Əliyev 28 May 2020, 22:12 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 28 May 2020, 22:00 Türkiyədə 161 min insan COVİD-19-a yoluxdu 28 May 2020, 21:48 Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır 28 May 2020, 21:44 “Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir” - İlham Əliyev  28 May 2020, 21:26 “Köçkünlərin problemlərinin həlli ən başlıca vəzifələrimdən biridir” - Prezident 28 May 2020, 21:15 Gürcüstanda Azərbaycan bayrağına sevgi - FOTO 28 May 2020, 20:59 Daha 5 futbolçuda koronavirus aşkarlandı 28 May 2020, 20:46 Köməksiz vəziyyətdə qalan fəhlə xilas edildi 28 May 2020, 20:33 Gözəllik salonunda işləyən qadın əri tərəfindən  qətlə yetirildi 28 May 2020, 20:19 Prezident və birinci xanım AÇILIŞDA - YENİLƏNİB 28 May 2020, 20:01 Azərbaycanda koronavirus REKORD VURDU: 191 yoluxma, 2 ölüm 28 May 2020, 19:23 Türkiyəli uşaqlardan Azərbaycana 28 May günü təbriki - VİDEO 28 May 2020, 19:01 Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 18:47 Rusiyanın beynəlxalq ehtiyatları 565 milyard dolları ötüb 28 May 2020, 18:11 İstixanada narkotik yetişdirən Maştağa sakini saxlanılıb 28 May 2020, 17:51 Ərdoğandan Azərbaycana 28 May TƏBRİKİ: “Millətim adımdan salamlarımı və sevgilərimi çatdırıram” 28 May 2020, 17:36 Daha bir ölkədə "Formula 1" yarışı ləğv olundu 28 May 2020, 17:12 Azərbaycan Cümhuriyyəti necə meydana çıxdı? 28 May 2020, 16:56 İtaliya mafiyasına növbəti zərbə vuruldu 28 May 2020, 16:53 Gürcüstanlı deputat Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 16:48 Polad Bülbüloğlu: "Münaqişənin həllində həmsədr ölkələrdən dəstək gözləyirik" 28 May 2020, 16:46 İmamoğludan Azərbaycana TƏBRİK: “Ürəklərimiz hər zaman birlikdə atacaq” 28 May 2020, 16:28 Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır 28 May 2020, 16:23 İran XİN Azərbaycan xalqını təbrik edib 28 May 2020, 16:08 Peşə dərslərinin mayın 29-na olan cədvəli açıqlanıb 28 May 2020, 15:55