Arxiv
11 İyul 2019, 08:55 | MƏDƏNİYYƏT
O, xalqımızın qənimət övladlarından biridir...

Tarixçi alimlər iki çür olurlar- hadisələrə öz mülahizə və düşüncələrini qatıb, qələmə alanlar və hadisələri olduğu kimi təqdim edənlər. Birincilərin kitablarını oxuyarkən biz tarixi hadisələrə onların düşüncəsindən boylanırıq. İkincilərin vasitəsi ilə isə heç bir rəng qatılmadan, hadisələrlə olduğu kimi, yəni çılpaqlığı ilə tanış oluruq və olaylara dəyər vermək oxucunun öz səviyyəsindən asılı olur. Nəsiman Yaqublu tarixi hadisələri olduğu kimi oxucuya çatdırmağa çalışan alimlərimizdəndir...

Hər zaman axtarışdadır. Rusiya, Türkiyə və Avropa arxivlərində tədqiqatlarını yorulmadan davam etdirir. 30 ildən çox olar ki, M.Ə.Rəsulzadə irsinin tədqiqinə vaxt ayırır. Bu mövzuya sədaqətlidir. Demək olar ki, hər il bir kitabla oxucularının görüşünə gəlir...

Belə alimlər həm də xalqın canlı sərvətləridir. Onları qorumaq, ehtiram göstərmək, məişət qayğılarını yüngülləşdirməyə çalışmaq lazımdır...

Onların ərsəyə gətirdiyi hər əsər qiymətsiz xəzinə kimi xalqın sabahına bir mirasdır. Özünü bir dəfə də olsun belə görməmişəm. Amma onu sevən minərlə insandan biri də mənəm. Bu sevgi əbəs yerə yaranmayıb. O, bunu yaradıcılığı ilə haqq edib...

Belə insanların siyasi əqidəsi, ifadə etdiyi kəskin fikrlər kimlərinsə xoşuna gəlməyə bilər, lakin bir vacib məsələni unutmaq lazım deyil ki, o, Azərbaycan xalqının qənimət övladlarından biridir. Olub keçənlərin tarixini yaza-yaza özü də tarixə çevrilib...

Deyirlər, alim olmaq asandır, insan olmaq çətin. Amma əsl alimlərə ən böyük dəyəri İslam peyğəmbəri verib; alimin qələminin mürəkkəbi şəhid qanına bərabərdir. Bəli, tarix üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu məhz belə alimlərdəndir…

Sevinirəm ki, ölkə rəhbəri bir sıra ziyalılarla yanaşı, uzun illərdir cumhuriyyət tarixini araşdıran Nəsiman Yaqublunu da "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif edib. Bəlkə də bu bir başlanğıcdır. İnanıram ki, Nəsiman Yaqublu nə vaxtsa dövlətimizin ən ali mükafatlarına da layiq görüləcək...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu gün “Qarabağ” - “Neftçi” oyunu keçiriləcək 15 Sentyabr 2019, 09:53 Ermənistan atəşkəsi 22 dəfə pozdu 15 Sentyabr 2019, 09:49 “Azərbaycan, gəldik!” deyən PAŞALAR 15 Sentyabr 2019, 09:18 Üç qadının sevdiyi rejissor... 15 Sentyabr 2019, 09:15 Metroda silahlı insident 15 Sentyabr 2019, 00:46 Mehriban Əliyeva İvanovkada Mədəniyyət Sarayının açılışında - FOTO 15 Sentyabr 2019, 00:31 Azərbaycanda Bilik günüdür 15 Sentyabr 2019, 00:15 Bakının azad olunmasından 101 il ötür 15 Sentyabr 2019, 00:01 Bakıda ağır qəza: 3 ölü, 6 yaralı 14 Sentyabr 2019, 23:50 5,9 bal gücündə zəlzələ oldu 14 Sentyabr 2019, 23:29 Qusarda itkin düşən qadın və azyaşlı qızı tapılıb 14 Sentyabr 2019, 23:07 Mehriban Əliyeva İsmayıllıda - FOTOLAR 14 Sentyabr 2019, 22:41 Səhiyyədə şəffaflıq və hesabatlılıq müzakirə olundu 14 Sentyabr 2019, 22:11 Rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlar - REKTOR ÇIXIŞ YOLU GÖSTƏRDİ 14 Sentyabr 2019, 21:57 Mehriban Əliyeva Şamaxı Cümə məscidində olub - FOTOLAR 14 Sentyabr 2019, 21:44 ABŞ hərbi gəmisi İstanbul boğazında 14 Sentyabr 2019, 21:28 Neft emalı zavodunda partlayış 14 Sentyabr 2019, 21:16 Mehriban Əliyeva Şamaxıda məktəb açılışında - FOTOLAR 14 Sentyabr 2019, 21:02 Ağsu polisi aztəminatlı ailələri sevindirdi 14 Sentyabr 2019, 20:46 Mehriban Əliyeva  Şamaxıda əhali ilə görüşdü - FOTOLAR 14 Sentyabr 2019, 20:33 Çörçilin doğulduğu saraydan qızıl unitaz oğurlanıb 14 Sentyabr 2019, 20:16 Dayanıqlı inkişafa xidmət edən müasir təhsil strategiyası... 14 Sentyabr 2019, 20:01 Təhsil ekspertindən direktorlara sərt İTTİHAM: “Sevgililərini katibə, laborant götürürlər!” 14 Sentyabr 2019, 17:37 Əminə Dilbazinin Amerikadakı qızı İlham Əliyevə təşəkkür etdi: “Təkliflərim var” 14 Sentyabr 2019, 17:13 Taksi xidmətlərində gəlirlərin gizlədilməsinə necə mane olmalı... 14 Sentyabr 2019, 16:28 “Eldar Həsənov vəzifədən getdikdən sonra saxtakar müstəntiq və prokuroru böyütdülər” - Bir cinayətin TARİXÇƏSİ 14 Sentyabr 2019, 16:04 Binəqədidə təhsil konfransı keçirilib 14 Sentyabr 2019, 15:42 Ordumuzun tarixini yazan polkovnik: “Bakının azad edilməsi üçün əsas istiqamət “Qurd qapısı” götürülmüşdü” 14 Sentyabr 2019, 15:32 Məktəblərin ətrafında piyada keçidləri yenilənir 14 Sentyabr 2019, 15:06 Rusiyada ağır yol qəzası: 9 ölü, 20 yaralı... 14 Sentyabr 2019, 14:42 Təhsil naziri Biləsuvarda məktəb açılışına gedib 14 Sentyabr 2019, 14:29 Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi … 14 Sentyabr 2019, 14:27 İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib 14 Sentyabr 2019, 14:17 Dilçilik İnsititutunun direktoru: “Qarabağ dialektoloji atlasını çapa hazırlayırıq” - MÜSAHİBƏ 14 Sentyabr 2019, 14:12 Post-patrul xidmətindən yol polisinə ezam olunanlar geri qaytarılıb - RƏSMİ 14 Sentyabr 2019, 13:27