Modern.az

Gürcüstanda azərbaycanlı ailənin evində yanğınsöndürən öldü

Gürcüstanda azərbaycanlı ailənin evində yanğınsöndürən öldü

Aktual

15 İyul 2019, 20:03

Gürcüstanın Telavi bələdiyyəsinin Qaracalar kəndində azərbaycanlı ailəyə məxsus ikimərtəbəli yaşayış binasında baş verən yanğının söndürülməsi zamanı yanğınsöndürən həlak olub.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, həlak olan yanğınsöndürənin 50 yaşı olduğu və 20 ildir xidmət etdiyi bildirilir.

Bildirilib ki, həmin şəxs yanğının nəzarət altına alınması zamanı baş və bədən nahiyəsindən xəsarətlər alıb və xəstəxanaya çatdırılarkən yolda vəfat edib.

Qeyd edək ki, yanğının söndürülməsinə üç yanğınsöndürmə briqadası cəlb edilib. Hadisə zamanı evdə 5 nəfər olsa da, xəsarət alan olmayıb. Yanğının sürətlə yayılması səbəbi ilə ev sahibləri əşyalarını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır