Modern.az

Təhsil naziri əmr imzaladı

Təhsil naziri əmr imzaladı

16 İyul 2019, 10:35

Təhsil naziri Ceyhun Bayramov tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2019-2020-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.

 

Modern.az xəbər verir ki, əmrə əsasən 2019-2020-ci dərs ilində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin X-XI sinifləri üçün tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib.

 

Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) və Maliyyə şöbəsi (R.Orucov) tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını, İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin əlavələrlə birlikdə "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etməlidir.

 

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir