Modern.az

"Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik" - Baş məşqçi

Aktual

16 İyul 2019, 20:59

"İlk oyundakı nəticədən sonra bura ümidli gəlmişik. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik".

Modern.az  APA-ya istinadən xəbər verir ki, bunu "Partizani"nin baş məşqçisi Franko Lerda deyib.

Albaniya çempionu Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq.

Qarşılaşmadan əvvəl təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

 

- Albaniya mətbuatında yazılana görə, "Partizani" penaltilər seriyasına hazırlaşır. Maraqlıdır, ümidinizi yalnız buna bağlamısınız?

- Bu, oyunun gedişatından asılıdır. Təbii ki, sabah oyun qolsuz bərabərə nəticələnsə, penaltilər seriyasına ehtiyac olacaq. Biz buna da hazırlaşmışıq.

- 90 və ya 120 dəqiqə ərzində "Qarabağ"ı keçmək şansınızı real görürsünüz?    

- Bakıya turist kimi gəlməmişik. Var gücümüzlə çıxış edəcəyik. İlk oyun geridə qalıb. Cavab matçında uğurlu nəticə qazanmağa çalışacağıq.

- Futbolçularınız inamlı çıxış edib. Bu, rəqib üzərində psixoloji təsir cəhdidir, yoxsa, həqiqətən də, növbəti mərhələyə ümidiniz böyükdür?

 - Qələbə qazanacağımıza 100 faiz əmin deyilik. "Qarabağ"ın büdcəsi bizdən qat-qat çoxdur. Amma futbolda hər şey ola bilər.

 - İlk oyundan sonra "Qarabağ" gözlədiyiniz gücdə çıxdı?

 - "Qarabağ" haqda bildiklərim ilk oyundan sonra özünü təsdiqlədi. Fərdi bacarığı yüksək olan oyunçuları var. Onları "Roma"ya qarşı matçda da izləmişdim. Gözlədiyim kimi, güclü komanda ilə qarşılaşdıq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır