Arxiv
17 İyul 2019, 23:56 | AKTUAL
“Növbəti mərhələyə maksimum hazır olmağa çalışacağıq” - Qurban Qurbanov

"Futbolçularıma təşəkkür edirəm. Bu gün çox səbirli oynadılar və lazım olan anda hücum etdilər".

Modern.az  APA-ya  istinadən  xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya çempionu "Partizani" ilə səfərdə qolsuz bərabərə qalan Azərbaycan çempionu cavab qarşılaşmasında 2:0 hesabı ilə qalib gələrək, yoluna davam edib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Q. Qurbanov bildirib ki, komandası  baxımlı oyun göstərib: "İlk turlarda görüşdüyümüz ən çətin rəqiblərdən biri idi. "Partizani" müdafiə olunmaqdan həzz alırdı və çox sürətli əks-hücumlar edirdi. Rəqibə də uğurlar arzulayıram. Azarkeşlərimizə isə bizi dəstəklədiyi üçün təşəkkür edirəm".

- İlk oyundan sonra tənqidlər var idi ki, komanda meydanda ağır görünür. Bu gün isə futbolçular sürətli idi. Doğrudanmı, bir həftə ərzində bu qədər dəyişiklik oldu?


- Açığı, tənqid görməmişəm. Hazırlıq prosesindən sonra futbolçuların hazırlıq durumu bir-birindən fərqli olur. Bunu qəbul edirik. Digər tərəfdən bəzi oyunçular kollektivə gec qoşuldular. Fərqli hazırlıq oldu. Nə qədər məşq etsək də, oyundan-oyuna artım olur. Bir qədər səbirli olmalıyıq ki, futbolçular yaxşı formanı bərpa etsinlər.

- Son iki transferin hər ikisini növbəti mərhələ üçün sifariş edəcəksiniz?

- Məncə, bunda elə bir problem olmamalıdır.

- Bədavi Hüseynovun durumu nə yerdədir?

- Sual altındadır. Növbəti mərhələnin cavab oyununu da buraxa bilər.

- Mərkəz müdafiəçisi transferi düşünmürsünüz?

- Legionerləri də gətirib doldurmaqla deyil. Müdafiənin hər iki cinahına legioner gətirmişik. Lazım olanda Maksim Medvedevi də mərkəzə çəkəcəyik. İnşallah, bir problem olmaz.

- Növbəti rəqib "Dandalk" oldu. Bu barədə nə deyə bilərsiniz?

- Məncə, nəsə demək hələ tezdir. Rəqibi daha yaxından tanıdıqdan sonra ətraflı məlumat vermək olar. Uzaq səfərə çıxacağıq. Bu da futbolçularda yorğunluq yaradacaq. Buna baxmayaraq, növbəti mərhələyə də maksimum hazır olmağa çalışacağıq.

- Qol vəziyyətlərini boşa vermək nə ilə bağlıdır?

- Rəqibin oyunçularını da nəzərə almaq lazımdı. Qol buraxmamaq üçün hər şeyi etdilər. Futbolda belə hallar olur. Bəzən 4-5 epizodu qaçıra bilirsən. Bəzən isə bir şansın olur, onda da fərqlənirsən.

- "Qarabağ" adətən təmkinli oynayır. Bu dəfə isə hücumameyilli çıxış etdiniz. Bu, oyun üslubunuzdakı dəyişikliklə bağlıdır?

- Bu gün çox topa sahib olduq. Səfərdəki matçda da rəqib zonaları boş qoymurdu. O qədər də hücumlarımız olmamışdı. Amma doğma meydanda azarkeş dəstəyi ilə futbolçular daha inamlı olur.

- Ailton Silva ilk rəsmi oyununa çıxdı. O, Donald Geryenin boşluğunu doldura biləcəkmi?

- Normal oynadı. Ailton yaxşı formasından uzaqdır. Oyun təcrübəsi də azdı. Son rəsmi oyununu səhv etmirəmsə martda oynamışdı. Yaşı da azdı. Futbolçuları müqayisə etmək istəməzdim. Hər bir oyunçunun öz potensialı var. Ailtonda bu gün heç də pis alınmadı. Yavaş-yavaş qaydasına düşəcəyini düşünürəm.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ecevitin həyat yoldaşı vəfat etdi 18 Yanvar 2020, 00:48 Bakıda qayınana kürəkənini döyüb 18 Yanvar 2020, 00:32 Dünyanın ən kiçik adamı vəfat etdi 18 Yanvar 2020, 00:18 Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya etdi 17 Yanvar 2020, 23:58 Qənirə Paşayeva seçicilərlə görüşdü - FOTO 17 Yanvar 2020, 23:34 Uşaqlı analar gediş haqqı ödəməyəcək 17 Yanvar 2020, 23:16 Növbəti qlobal böhran gözlənilir 17 Yanvar 2020, 22:58 Prezident Baş nazirin istefasını qəbul etmədi 17 Yanvar 2020, 22:36 Suriyada 50 silahlı zərərsizləşdirilib 17 Yanvar 2020, 22:18 Qeydiyyata cəlb olunan mənzillərin sayı açıqlandı 17 Yanvar 2020, 22:18 “Güclü Millət - Qüdrətli Dövlət yolunda sizin səsiniz!” – Musa Qasımlı 17 Yanvar 2020, 21:59 Vüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdi - FOTOLAR 17 Yanvar 2020, 21:46 ABŞ-dan İrana yeni sanksiya - SƏBƏB 17 Yanvar 2020, 21:29 DYP polisin rüşvət alması videogörüntüsünə münasibət bildirdi 17 Yanvar 2020, 21:16 Jurnalistlərin gəlirləri artıb: JuHİ hesabatını açıqladı 17 Yanvar 2020, 20:58 Əhliman Əmiraslanov seçki kampaniyasına başladı - FOTOLAR 17 Yanvar 2020, 20:42 Alman əsgərin 1943-cü ildə arvadına yazdığı məktub tapıldı 17 Yanvar 2020, 20:21 "Keşlə" Almaniya klubuna məğlub olub 17 Yanvar 2020, 20:04 Qonşudan qaçırdığı maşınıyla qəza törətdi 17 Yanvar 2020, 20:02 Ceyhun Bayramovdan yeni TƏYİNAT 17 Yanvar 2020, 19:53 İcra başçısı “Sovetski” sakinləri ilə görüşdü 17 Yanvar 2020, 19:44 Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTO 17 Yanvar 2020, 19:35 “Azərişıq” yeni işçiləri onlayn yoxlayacaq 17 Yanvar 2020, 19:26 Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verdi - FOTO 17 Yanvar 2020, 19:17 Bakı Ali Neft Məktəbində anım mərasimi keçirilib - FOTO 17 Yanvar 2020, 19:08 “Qan yaddaşımız” adlı əbədi-bədii kompozisiya təqdim edilib - FOTO 17 Yanvar 2020, 19:00 İnformatika müəllimləri üçün təlim keçirilib 17 Yanvar 2020, 18:51 Putin özünə yeni köməkçi təyin edi 17 Yanvar 2020, 18:43 Deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatdı 17 Yanvar 2020, 18:35 Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yüksək VƏZİFƏ VERDİ 17 Yanvar 2020, 18:28 BMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc etdi 17 Yanvar 2020, 18:23 Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək 17 Yanvar 2020, 18:18 Dövlət Komitəsində faciənin 30-cu ildönümü qeyd olunub - FOTO 17 Yanvar 2020, 18:11 Rafiq Hüseynlinin qızı AzTV-də aparıcılıq edəcək 17 Yanvar 2020, 18:06 Musa Quliyev ilk görüşünü könüllü gənclərlə keçirib - FOTO 17 Yanvar 2020, 18:00
SORĞU Yeni parlamentdə kimlər olsun?