Arxiv
18 İyul 2019, 12:03 | ƏDƏBİYYAT
Məsləhət Onundur

 

Ötən əsrin axırlarında – dostlarımdan birinin dediyi kimi, min doqquz yüz çoxdanıncı illərdə ucqar dağ kəndində Zəhra nənə oğul-uşağı, nəvələri ilə özünün də bilmədiyi, fikrinə gətirmədiyi, olduqca mənalı, maraqlı həyat yaşayırdı. Dörd-beş inəyi, beş-on qoyun-quzusu, saysız-hesabsız toyuq-cücəsi, ördəyi, qazı ailənin ərzaq sarıdan korluq çəkməsinə imkan vermirdi. Bağ-bağatdan götürdüyü mer-meyvə, tərəvəz sahəsindən yığdıqları özlərinə də, hətta qonşularına da bol-bol yetirdi. Bir sözlə, heç nəyin korluğunu çəkmir, sağlam həyat tərzinin dadını çıxarırdılar. 

Allahın verdiyi nemətləri süfryə düzdükcə, ətli-canlı çolpanı, toyuğu doğrayıb qazana atdıqca Zəhra nənə əllərini qaldırıb ucadan səslənərmiş: 

- Xudaya, kərəminə şükür, ruzimizi kəsmirsən, qapımızın bərəkətini əksiltmirsən, Səndən çox razıyıq. Ya Rəbbim, bir xahişim var, həmişə mənim canımı sağ elə, ağlımı da əlimdən alma. Qulunam, Allah, səsimi eşit. 

Nəvələrinin ən dəcəli və fərasətlisi Ağəli nənəsinin hər gün eyni mətnlə Allaha müraciətinə qulaq asmaqdan bezib, axırda dözməyib: 

-Ay Zəhra nənə, hər dəfə qulaq asıram, eyni şeyi təkrar eləyirsən. Heç oğlun, qızın, nəvələrin yada düşmür axı, elə dayanmadan Allahdan özünə can sağlığı, baş salamatlığı istəyirsən. Bəs biz adam deyilik? 

Zəhra nənə Ağəlinin başını sığallayıb qısaca cavabını verir: 

- Ay bala, qurbanolduğumun vaxtı nə gəzir ki, bir-bir hamımızı dinləyib, ürəyimizdən keçəni yerinə yetirsin. Mən öz şəxsi xahişimi eləyirəm, eşidər-eşitməz, ya qismət. Siz də baxın da, növbə ilə əllərinizi qaldırın göyə, qəlbinizdən keçəni çatdırın. Məsləhət də ki, Onundur. Qandınız, ədə?! 

 

Dunka niyə yoxa çıxdı... 

 

Uşaqlıq dostum Nəriman əsl Allah adamı, həyatsevər, insansevər və heyvana, ağaca, gölə, dənizə, yaşıl yamaclara ürəyində tükənməz məhəbbət gəzdirən, qəlbən kövrək, ürəyiaçıq adamdır. Bu günlərdə görüşdük, söhbət elədik, adama bir parç pivə də içdik. Amma axıracan dostumun kefi açılmadı ki, açılmadı. Səbəbini soruşdum, bircə cümlə ilə cavabını verdi: 

- Heç, Dunkanı oğurlayıblar, ona görə qanım qaradır. 

Daha heç nə demədim. Dərhal bildim ki, həyətlərindəki iti nəzərdə tutur. Bu iti mən də görmüşdüm, hətta ürək eləyib zavallını başını da sığallaşmışdım. Ara-sıra Nərimangilə qonaq gedəndə bu boz, yaraşıqlı iti bir tikə toyuq ətinə, sosisə qonaq da eləmişdim. Dunkanı lap küçük vaxtından bu həyətdə yüz cür nəvazişlə, xətir-hörmətlə böyütmüş, nazını çəkmişdilər. İt də sakinlərlə necə deyərlər, nümunəvi davranır, uşaqlarla əylənir, böyüklərə səmimi qəlbdən iltifat göstərirdi. Bazarlıqdan gələn qadınların böyrünə düşüb giriş qapısınadək ötürür, az qala dil açıb öz köməkliyini təklif etmək də istəyirdi. Dunka həyətdə hamının sevimlisinə çevrilsə də, ondan zəhləsi gedən, bəzən aqressivlik göstərənlər də tapılırdı. Təbii ki, hərənin bir cür xasiyyəti olur və hər kəsdən heyvana qarşı mehribançılıq, ülfət gözləmək əbəsdir. Dunkadan acığı tutanların arqumenti isə adidən adi idi; it qapının ağzında, bəzən də liftin yanında kölgələnir, arabir də özünü unudub altını isladırdı. Nə etmək olardı, necə başa salydın ki, belə hallarda aralan, ağacların dibinə yaxınlaş. Bəlkə də Dunka elədiyinin peşmançılığını çəkirdi, amma danışa bilmidi axı, ürəyindən keçəni necə çatdıraydı... 

Nə isə. Nəriman müəllim bütün bunları xatırlayıb dərindən köksünü ötürdü: 

- Hə, qardaş, neçə gündür həyətimizdən Dunka əlli-ayaqlı yoxa çıxıb. Özbaşına heç yana gedən deyildi. Son günlər onun gözlərində qəribə bir nigarançılıq, izaholunmaz qüssə işartısı görürdüm. Görünür, bizdən ayrılacağı ürəyinə damıbmış. O gün Dunkanın itməsi barədə söhbət düşmüşdü. Bir nəfər qayıtdı ki, itib-itib də, bizə itmi lazımdır? Mən də qayıtdım ki, bəs it oğrusu necə, bizə lazımdırmı? Allahın dilsiz-ağızsız heyvanını aylardan bəri tapındığı, güvəndiyi, bir tikə çörəyə, bir ovuc suya görə şükranlıqla gəzib-dolaşdığı, əvəzində yad itləri, pişikləri həyətdən uzaqlaşdıran bir iti gedər-gəlməzə yollamaq hansı insafdandır? Onu yaradan varlıq qismətini məhz bu ünvana yazmışdı və bizlərə də mesaj yollamışdı ki, xəlq etdiyimi yaşatmaq və qorumaq da sizlikdir. Əməl elədikmi? 

Nə isə. Allah insaf versin aparana da, apatdıran da. Barı, yerini desinlər, məhəllədə onu görmək, vəziyyətindən xəbərdar olmaq istyən mərhəmətli və şəfqətli insanlar çoxdur... 

Nə deyək?! Nəriman müəllimin haqlı olduğunu təsdiq edən yəqin ki, tək mən deyiləm. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tramp: “Türkiyə-Suriya sərhədində böyük müvəffəqiyyət əldə olunub” 23 Oktyabr 2019, 17:22 Elmar Məmmədyarov Məhəmməd Cavad Zərif ilə görüşdü 23 Oktyabr 2019, 17:15 Ramiz Mehdiyev AMEA prezidenti oldu - SƏRƏNCAM 23 Oktyabr 2019, 17:15 Təhsildə inqilab edən strategiya 6 yaşında: “Xeyli məqsədlərə çatılıb”  23 Oktyabr 2019, 17:11 Saxta yuyucu vasitələr istehsal edən sexlər aşkarlanıb     23 Oktyabr 2019, 17:07 AMEA-nın prezidentliyinə Ramiz Mehdiyevin namizədliyi təklif  edildi - YENİLƏNİB 23 Oktyabr 2019, 17:06 İlham Əliyev Lyudmila Duxovnayanı “Şöhrət” ordeni ilə təltif etdi 23 Oktyabr 2019, 17:04 Türkiyə Suriyada əməliyyatları dayandırdı 23 Oktyabr 2019, 17:00 Rövşən Rzayev İsveçrə səfiri ilə görüşdü 23 Oktyabr 2019, 16:56 Mikayıl Cabbarovun İqtisadiyyat Nazirliyinə gətirilməsi böyük ETİMADDIR 23 Oktyabr 2019, 16:47 Prezident Akif Əlizadəyə də orden verdi 23 Oktyabr 2019, 16:46 Ölkə başçısı vəzifədən gedən Ramiz Mehdiyevi qəbul etdi - FOTOLAR 23 Oktyabr 2019, 16:42 Mərkəzi Seçki Komissiyasının yeni sədr müavini seçilib 23 Oktyabr 2019, 16:23 Prezident Ramiz Mehdiyevə yeni vəzifə verdi 23 Oktyabr 2019, 16:20 Prezidentdən Ramiz Mehdiyevlə bağlı daha bir SƏRƏNCAM 23 Oktyabr 2019, 16:19 Ramiz Mehdiyev vəzifəsindən AZAD EDİLDİ 23 Oktyabr 2019, 16:14 Prezident Azərbaycanın yeni iqtisadiyyat nazirini qəbul etdi - FOTO 23 Oktyabr 2019, 16:07 “Tək Akif Əlizadə ilə siyahı yekunlaşmayacaq” - Deputatlardan Prezidentin çağırışına DƏSTƏK 23 Oktyabr 2019, 15:59 İcbari Tibbi Sığortanın tətbiqi 2021-ə qalır? 23 Oktyabr 2019, 15:52 Rövşən Rzayev UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb 23 Oktyabr 2019, 15:29 Prezident üç qurumu - 1 nazirliyi, 1 komitəni və 1 agentliyi LƏĞV ETDİ 23 Oktyabr 2019, 15:13 Yeni İqtisadiyyat nazirinin DOSYESİ 23 Oktyabr 2019, 15:05 Mikayıl Cabbarov Vergilər naziri vəzifəsindən azad edildi, yeni posta APARILDI 23 Oktyabr 2019, 14:55 67 yaşlı səfir qocaman məmurlar əleyhinə fikirlərə belə CAVAB VERDİ 23 Oktyabr 2019, 14:53 Türkiyə “Barış Pınarı” əməliyyatını DAYANDIRDI 23 Oktyabr 2019, 14:50 İtkin düşmüş balıqçının axtarışları davam etdirilir   23 Oktyabr 2019, 14:44 Türk Dövlətləri Birliyinə doğru daha bir addım - Deputat YAZIR 23 Oktyabr 2019, 14:39 AZƏRTAC və Bernama xəbər agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub  23 Oktyabr 2019, 14:30 “9 ayda 90 minə yaxın əmək müqaviləsi qeydə alınıb” - Vergilər Nazirliyi 23 Oktyabr 2019, 14:29 Milli Elmlər Akademiyasının gəlmiş-getmiş PREZİDENTLƏRİ 23 Oktyabr 2019, 14:23 ASCO yüksək bal toplayan tələbələrə əlavə TƏQAÜD verəcək 23 Oktyabr 2019, 14:11 Bakıdakı “güzəştli mənzil”lər uğrunda 3807 nəfər mübarizə aparıb 23 Oktyabr 2019, 13:30 Soçi ANLAŞMASI: “Rusiya Türkiyənin narahatlığını anladı” 23 Oktyabr 2019, 13:27 Rusiya-Türkiyə protokolu: Proses 150 saat içində tamamlanacaq 23 Oktyabr 2019, 13:12 Azərbaycanın yaşlı diplomatları da istefa verəcək? - SİYAHI 23 Oktyabr 2019, 13:09