Modern.az

Bakı-Laqodexi avtobusunun sürücüsü narkotikin təsiri altında olub?

Bakı-Laqodexi avtobusunun sürücüsü narkotikin təsiri altında olub?

18 İyul 2019, 14:10

İyun ayının 26-da Bakı-Laqodexi marşrut xətti üzrə hərəkətdə olan beynəlxalq daşımalara aid müntəzəm marşrut xəttində sürücü Şabanov Zaur Sabir oğlunun sükan arxasında narkotik vasitədən istifadə etdiyinə dair sərnişin tərəfindən iyul ayının 16-da daxil olan şikayət və video görüntü ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən araşdırılması üçün hüquq mühafizə orqanlarına şifahi şəkildə məlumat verilib.

 

Bu barədə Modern.az-a DANX-ın mətbuat katibi Nuridə Allahyarova bildirib.

 

N.Allahyarova qeyd edib ki, fakt öz təsdiqini taparsa, daşıyıcı şirkət ciddi xəbərdarlıq almaqla yanaşı, xətdən 1 ay müddətinə uzaqlaşdırılacaq:

 

“Sərnişinlərimizdən ricamız, bu cür hallarla və digər qayda pozuntuları ilə rastlaşdıqları təqdirdə ilk növbədə hüquq mühafizə orqanlarına və avtomobil nəqliyyatı ilə daşımaları tənzimləməkdə məsul qurum qismində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 566-52-58 nömrəli Çağrı Mərkəzinə müraciət etsinlər. Hadisəni telefonla qeydə aldıqdan sonra 1 ay məlum olmayan səbəblərdən gizli saxlayaraq yayımlamasınlar. Çünki bu zaman həm aidiyyatı qurumun faktı araşdırması üçün çətinlik yaranır, həm də sərnişinin (şikayətçinin) bizə məlum olmayan səbəblərdən dolayı bir ay faktı üzə çıxartmadığı aydın olur”.

 

DANX rəsmisinin sözlərinə görə, aidiyyatı üzrə araşdırılıb tədbir görülməsi üçün məlumatların birbaşa quruma ötürülməsi üçün sərnişinlərin dəstəyi vacibdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir